ÜMUMİ ORTA TƏHSİL
BAZASINDA ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ
ELEKTRON ƏRİZƏ VERƏN
ABİTURİYENT ÜÇÜN TƏLİMAT
Abituriyent
elektron ərizənin doldurulması mərhələsində:
- tələb olunan sənədləri
toplayır;
- elektron ərizə
ilə iş üçün ekabinet.dim.gov.az
internet səhifəsində “Şəxsi kabinet”
yaratmalıdır;
Diqqət! Abituriyent
“Şəxsi kabinet”inin istifadəçi adı və
parolunu unutmamalıdır.
- sonra abituriyent “Şəxsi
kabinet”inin istifadəçi adı və parolunu eservices.dim.gov.az/erizehl
internet səhifəsinin abituriyentlər
üçün giriş bölməsində müvafiq sahələrə
daxil edib "Daxil ol"
düyməsini basır;
- elektron ərizə ekranda
açıldıqdan sonra “Abituriyentin
elektron ərizəsi” formasının doldurulma
qaydasına uyğun olaraq tələb
olunan məlumatları ərizənin müvafiq sahələrinə
daxil edir;
- ərizəni doldurduqdan sonra daxil
edilmiş məlumatların düzgünlüyünü, tam
olmasını yoxlayır və "Bəyannamə"ni
oxuyur;
- "Ərizəni
yadda saxla" düyməsini basır;
- ekranda açılan pəncərədə
iş nömrəsi və şifrə təsvir olunacaq. Bu məlumatları
unutmammalı və çap etməlidir;
- proqram apardığı yoxlamalar nəticəsində
səhvlər aşkar edib bu barədə məlumat verərsə,
abituriyent müvafiq düzəlişlər aparıb yenidən
"Ərizəni yadda saxla"
düyməsini basır;
- ərizəni doldurduqdan sonra iş nömrəsi
və şifrəni çap edir, məxfiliyi təmin etmək
və kənar müdaxilənin qarşısını almaq məqsədilə
"Əvvəlki səhifəyə
qayıt" düyməsini basır.
Abituriyent
elektron ərizənin təsdiqi mərhələsində:
-
elektron ərizəsini
təsdiq etdirmək üçün müəyyən
edilmiş müddətdə sənədlərini müvafiq Sənəd
Qəbulu Komissiyasına təqdim edir. Təsdiqlənmiş ərizədə
yalnız DİM-nə yazılı şəkildə
müraciət etməklə düzəlişlər aparmaq
mümkündür.