“ABİTURİYENTİN ELEKTRON ƏRİZƏSİ (ÜMUMİ ORTA TƏHSİL BAZASI)”NİN DOLDURULMA QAYDASI

 

Abituriyent elektron ərizə formasını aşağıdakı qaydada doldurur:

Sistemdə qeydiyyat zamanı (iş nömrəsi və şifr əldə edilən zaman) istifadə edilən şəxsiyyəti təsdiq edən sənədin növündən asılı ərizənin bəzi sahələrində hər-hansı bir dəyişiklik etmək mümkün deyil.

6-cı bənddə siyahıdan cinsinə uyğun olaraq “kişi” və ya “qadın” sözünü seçir;

7-ci bənddə vətəndaşı olduğu ölkəni siyahıdan seçir;

9-cu bənddə yaşadığı məntəqəni siyahıdan seçir;

10-cu bənddə qeydiyyatda olduğu ünvanı daxil edir;

11-ci bənddə abituriyentin “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqə təsvir olunur. Bu bənddə abituriyent heç bir əməliyyat aparmır.

12-ci bənddə əlaqə telefonunun operatorunu siyahıdan seçir, telefon nömrəsini isə müvafiq sahəyə daxil edir;    

13-cu bənddə bitirdiyi ümumi orta təhsil müəssisəsinin yerləşdiyi yaşayış məntəqəsinin adını, sonra isə bitirdiyi ümumi orta təhsil müəssisəsinin adını siyahıdan seçir;

14-cü bənddə ümumi təhsil müəssisəsini bitirdiyi ili daxil edir;

15-ci bənddə təhsil haqqında şəhadətnamənin seriyasını siyahıdan seçir, nömrəsini və verilmə tarixini müvafiq sahələrə daxil edir;

16-cı bənddə test imtahanı verəcəyi dil Azərbaycan dili seçilir;

17-ci bənddə orta ixtisas təhsili müəssisələrinin təhsil forması dövlət hesablı və ya ödənişli əsaslarla olan 1 ixtisas kodunu göstərə bilər.

Seçilmiş ixtisas aşağıdakı tələbləri ödəməlidir:

-   ixtisas kodu elan olunmuş ixtisaslar siyahısından seçilməlidir;

-   Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan, rus bölməsinin abituriyentləri isə rus bölməsinə aid olan ixtisasları seçməlidirlər.

Bu tələbləri ödəməyən ixtisas kodları nəzərə alınmır.