MAGİSTRATURAYA ƏRİZƏ VERƏN
BAKALAVR ÜÇÜN TƏLİMAT
"Bakalavrın
elektron ərizəsi" formasının doldurulması və təsdiqi mərhələsi
Bakalavr:
- elektron ərizə ilə iş üçün ekabinet.dim.gov.az
internet səhifəsində “Şəxsi kabinet” yaratmalı və həmin kabinetin pul hesabına
tələb olunan pul vəsaitini əlavə etməlidir. Bakalavr yalnız “Şəxsi kabinet”inin
istifadəçi adı və parolundan istifadə etməklə ərizə doldurub onu təsdiqləyə
bilər;
- Mərkəzin
saytından (eservices.dim.gov.az/erizemag/erize)
ali təhsil müəssisəsinə qəbul olmaq üçün təqdim etdiyi “Abituriyentin
ərizəsi”ndəki iş nömrəsini öyrənir və tələb olunan sənədləri (bax: səh. 2)
toplayır;
-
eservices.dim.gov.az/erizemag/erize
internet səhifəsinə daxil olur, “Şəxsi kabinet”inin istifadəçi adını və parolu
müvafiq sahələrə daxil edib “Daxil ol” düyməsini basır.
- elektron ərizə forması ekranda açıldıqdan
sonra “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydasına uyğun
olaraq tələb olunan məlumatları ərizənin müvafiq sahələrinə daxil edir;
-
ərizəni doldurduqdan sonra daxil edilmiş
məlumatların düzgünlüyünü, tam olmasını yoxlayır və "Bəyannamə"ni
oxuyur;
-
"Ərizəni yadda saxla" düyməsini basır;
-
proqram məntiqi yoxlamalar nəticəsində
səhvlər barədə məlumat verərsə, müvafiq düzəlişlər aparır və yenidən
"Ərizəni yadda saxla" düyməsini basır;
-
proqram məntiqi yoxlamalar nəticəsində heç bir səhv aşkar etmədikdə, ekranda
"Ərizəni təsdiq et" düyməsi aktivləşir;
-
"Ərizəni təsdiq et" düyməsini
basır. Bəyannaməni oxuyur və "Şərtlərlə razıyam" düyməsini
basmaqla elektron ərizəni özü təsdiq edir. Ərizənin təsdiq edilməsi haqqında
məlumat ekranda göstərilir;
-
məxfiliyi təmin etmək və kənar
müdaxilənin qarşısını almaq məqsədi ilə ərizəni doldurduqdan və ərizənin
təsdiqindən sonra "Səhifədən çıxış" düyməsini basır.
Ərizəsini
təsdiq edənə qədər bakalavr elektron ərizəsində düzəlişlər edə bilər.