“NAMİZƏDİN ELEKtrON ƏRİZƏSİ"NDƏ

İXTİSASLARIN SEÇİMİ VƏ TƏSDİQİ ÜÇÜN TƏLİMAT

Namizəd:

ilk növbədə imtahan veridiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisaslardan qəbul olunmaq istədiklərini  müəyyənləşdirir (bax: elan);

eservices.dim.gov.az/erizerez/ixtisas2  internet səhifəsinə daxil olur, özünə məxsus olan iş nömrəsini və şifri müvafiq sahələrə daxil edib "Daxil ol" düyməsini basır;

seçdiyi ixtisasların kodlarını ərizəsində müvafiq sahələrə daxil edir. İxtisas kodlarının sayını və ardıcıllığını namizəd özü müəyyənləşdirir. Seçilmiş ixtisas kodlarının ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və namizəd müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.  Seçilmiş ixtisaslar aşağıdakı tələbləri ödəməlidir:

– namizədin seçdiyi ixtisaslar onun baza ali tibb təhsili istiqamətinə aid olmalıdır (bax: elan);

      ixtisas kodları elan olunmuş ixtisaslar siyahısından seçilməlidir (bax: elan);

       Bu tələbləri ödəməyən ixtisas kodları nəzərə alınmır.

ərizəni doldurduqdan sonra daxil edilmiş məlumatların düzgünlüyünü və tam olmasını yoxlayır və "Bəyannamə"ni oxuyur;

"Ərizəni yadda saxla" düyməsini basır;

proqram məntiqi yoxlamalar nəticəsində səhvlər barədə məlumat verərsə, müvafiq düzəlişlər aparır və yenidən "Ərizəni yadda saxla" düyməsini basır;

proqram məntiqi yoxlamalar nəticəsində heç bir səhv aşkar etmədikdə ekranda "Ərizəni təsdiq et" düyməsi aktivləşir;

namizəd  "Ərizəni təsdiq et" düyməsini basaraq ixtisas seçimini təsdiq edir.

Ərizə təsdiq edildikdən sonra ekrana ərizədə ixtisas seçiminin təsdiq edilməsi haqqında məlumat çıxır.

Təsdiqlənmiş ərizənin surətini çap etmək üçün "Çap et" düyməsini basır.

 

 

Diqqət!
Müsabiqəyə yalnız seçmiş olduğu ixtisasları ərizəsində qeyd etmiş və təsdiqləmiş namizədlər buraxılacaqlar. Ərizə təsdiq edildikdən sonra onda heç bir dəyişiklik etmək mümkün olmayacaqdır.