Baş səhifə > Müsahibə elanları və vakant vəzifələr üzrə axtarış > Dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanı

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
aşağıda göstərilən dövlət orqanları üzrə
dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə
müsahibə elan edir

(Elan tarixi - 12.07.2018, sənəd qəbulu 12 avqust 2018-ci il tarixində başa çatmışdır)

  1. Strateji planlaşdırma və proqnozlaşdırma şöbəsi, Makroiqtisadi proqnozlaşdırma və təhlil sektoru, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  2. Regionların inkişafı və dövlət proqramları şöbəsi, Regionlarla iş sektoru, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  3. Gəncə-Qazax regional bölməsi, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  4. Lənkəran regional bölməsi, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  5. Quba-Xaçmaz regional bölməsi, böyük məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  6. Quba-Xaçmaz regional bölməsi, aparıcı məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  7. Yuxarı Qarabağ regional bölməsi, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  8. Dağlıq Şirvan regional bölməsi, aparıcı məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  1. Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət büdcəsinin uçotu və hesabatı şöbəsi, Gəlirlərin uçotu sektoru, aparıcı məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  1. İmişli regional "ASAN xidmət" mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektoru, baş məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  2. İmişli regional "ASAN xidmət" mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektoru, böyük məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  3. İmişli regional "ASAN xidmət" mərkəzi, Vətəndaşların hüquqlarının təminatı sektoru, baş məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  4. İmişli regional "ASAN xidmət" mərkəzi, Vətəndaşların hüquqlarının təminatı sektoru, böyük məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  5. İmişli regional "ASAN xidmət" mərkəzi, Uçot sektoru, baş məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  6. İmişli regional "ASAN xidmət" mərkəzi, Uçot sektoru, baş məsləhətçi - mühasib (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  7. Şəki regional "ASAN xidmət" mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektoru, baş məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  8. Şəki regional "ASAN xidmət" mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektoru, böyük məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  9. Şəki regional "ASAN xidmət" mərkəzi, Vətəndaşların hüquqlarının təminatı sektoru, baş məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  10. Şəki regional "ASAN xidmət" mərkəzi, Vətəndaşların hüquqlarının təminatı sektoru, böyük məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  11. Şəki regional "ASAN xidmət" mərkəzi, Uçot sektoru, baş məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  12. Şəki regional "ASAN xidmət" mərkəzi, Uçot sektoru, baş məsləhətçi - mühasib (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 12 iyul 2018-ci il tarixdən 12 avqust 2018-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.