Baş səhifə > Müsahibə elanları və vakant vəzifələr üzrə axtarış > Dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanı

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
aşağıda göstərilən dövlət orqanları üzrə
dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə
müsahibə elan edir

(Elan tarixi - 16.05.2019, sənəd qəbulu 14 iyun 2019-cu il tarixində başa çatmışdır)

  1. Ticarət siyasəti və ümumdünya ticarət təşkilatı şöbəsi, Ticarətin hüquqi tənzimlənməsi sektoru, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  2. Sənaye şöbəsi, Sənaye siyasəti sektoru, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  1. Rəhbərlik, baş məsləhətçi - katib (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  2. Hüquq məsələləri şöbəsi, Hüquqi təminat sektoru, aparıcı məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  3. Hüquq məsələləri şöbəsi, Hüquqi təminat sektoru, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  4. Hüquq məsələləri şöbəsi, Hüquqpozmaların araşdırılması sektoru, baş məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  5. Hüquq məsələləri şöbəsi, Hüquqpozmaların araşdırılması sektoru, aparıcı məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  6. İnsan resurslarının idarə edilməsi şöbəsi, Dövlət qulluğu və kadr işinin təşkili sektoru, aparıcı məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  7. Texniki təminat və təsərrüfat işlərinin təşkili şöbəsi, Texniki təminat və təsərrüfat sektoru, məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  8. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Rəhbərlik, məsləhətçi - hüquq üzrə (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  9. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Rəhbərlik, məsləhətçi - sənədlərlə və vətəndaşların müraciətləri ilə işin aparıcısı (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  1. Milli Televiziya və Radio Şurasının aparatı, Hüquq və beynəlxalq əlaqələr şöbəsi, məsləhətçi - hüquq üzrə (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  1. Qəbələ Rayon Məhkəməsi, məhkəmə iclasının katibi (2 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  2. Qəbələ Rayon Məhkəməsi, hakimin köməkçisi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 16 may 2019-cu il tarixdən 14 iyun 2019-cu il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.