Kənd Təsərrüfatı Nazirliyi
Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti , Toxum nəzarəti və bitki sortlarının qeydiyyatı şöbəsi , Bitki sortlarının qeydiyyatı sektoru , şöbə müdirinin müavini - sektor müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Kənd Təsərrüfatı Nazirliyi üzrə: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi., 84, Hökumət evi
Dövlət orqanı Kənd Təsərrüfatı Nazirliyi
Struktur bölmə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti , Toxum nəzarəti və bitki sortlarının qeydiyyatı şöbəsi , Bitki sortlarının qeydiyyatı sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdirinin müavini - sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 5
Aylıq vəzifə maaşı 540
Qulluq funksiyaları
  • • seleksiya nailiyyətindən istifadə üçün bağlanmış lisenziya müqavilələrinin qeydiyyata alınmasını təşkil etmək
  • • bitki sortlarına verilmiş patentin istifadəsi sahəsində aşkar edilmiş hüquqpozmaların qarşısının alınması sahəsində tədbirlər görmək və həyata keçirilən tədbirlərdə iştirak etmək
  • • sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlərin, təkliflərin və tövsiyələrin hazırlanmasında iştirak etmək
  • • sektorun fəaliyyətini təşkil və ona rəhbərlik etmək
  • • sektorun əməkdaşları arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək intizamına riayət edilməsinə nəzarət etmək
  • • ekspertiza və sınaq nəticələri əsasında bitki sortlarının qeydiyyata alınması və seleksiya nailiyyətlərinin (bitki sortlarının) dövlət reyesrtinin aprılması üçün şöbə müdirinə təkliflər vermək
  • • patent sahiblərinin və müəlliflərin hüquqlarının qorunması sahəsində “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməsini təmin etmək
  • • sektorun əhatə etdiyi sahələr üzrə standartların, qaydaların və normativ sənədlərin işlənib hazırlanmasında, həmçinin statistik məlumatların alınması, təhlili və proqnozlaşdırılmasında iştirak etmək
  • • sahə üzrə müvafiq dövlət proqramlarının və digər dövlət sənədlərinin icrası ilə bağlı sektorun gördüyü işlərə dair hesabatlar hazırlamaq; • Səlahiyyəti daxilində sektora daxil olan ərizə, təklif və şikayətləri araşdırmaq və cavab məktublarının layihələrini hazırlamaq və ya bu işlərin həyata keçirilməsinə rəhbərlik etmək; • Sektorun fəaliyyəti üzrə sənədlərin müəyyən olunmuş qaydada aidiyyəti üzrə və ya arxivə təhvil verilməsinə nəzarət etmək; • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri, Dövlət Xidmətinin rəhbərliyinin və şöbə müdirinin xidməti tapşırıqlarını yerinə yetirmək.
  • • bitki sortlarının yeniliyə görə ekspertizasını keçirmək, fərqliliyə, oxşarlığa və sabitliyə görə sınaqlarını təşkil etmək
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: biologiya, aqronomluq ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: vəzifə üzrə müəyyən edilmiş ixtisas üzrə 5 il iş stajı
  • Kompyuter tələbləri: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
  • Xarici dil bilikləri: İngilis dili-B1;Rus dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat AB4
Müsahibə elanının tarixi 27.12.2017 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 25.01.2018 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 27 dekabr 2017-ci il tarixdən 25 yanvar 2018-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir