Əmlak Məsələləri Dövlət Komitəsi
Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Rəhbərlik, mərkəzi icra hakimiyyəti orqanı yanında olan orqanın rəhbərinin müavini - direktor müavini


Əlaqə məlumatları
Dövlət orqanı Əmlak Məsələləri Dövlət Komitəsi
Struktur bölmə Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Rəhbərlik
Vakant inzibati vəzifənin adı və vakansiya sayı mərkəzi icra hakimiyyəti orqanı yanında olan orqanın rəhbərinin müavini - direktor müavini (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 6
Aylıq vəzifə maaşı 895
Qulluq funksiyaları
  • Mərkəzin işinin təşkili və ona rəhbərlik edilməsi, işçilərin işə davamiyyətinə və əmək intizamına nəzarət edilməsində iştirak edilməsi
  • Özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışının həyata keçirilməsinə nəzarət edilməsi
  • Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının həyata keçirilməsinə nəzarət edilməsi
  • Özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışı, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi sahəsində normativ tənzimləmənin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təkliflər verilməsi
  • Özəlləşdirilən müəssisə və obyektlər, habelə səhmləri satışa çıxarılan səhmdar cəmiyyətləri, dövlət və bələdiyyə mülkiyyətində olan, mülkiyyətə və ya icarəyə verilmək üçün müsabiqə və hərraclara çıxarılan torpaq sahələri barəsində fiziki və hüquqi şəxslərə məlumat verilməsinin təmin edilməsi
  • Fiziki və hüquqi şəxslər tərəfindən ixtisaslaşdırılmış pul hərraclarında iştirak etmək üçün verilən sifarişlərin qəbul edilməsi, alıcıların bərabər, sağlam rəqabət mühitində, aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğun olaraq iştirakının təmin edilməsinə nəzarət edilməsi
  • Fiziki və hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin hərrac komissiyasına çatdırılmasının təmin edilməsinə nəzarət edilməsi
  • Özəlləşdirmə prosesində əmək kollektivinin mənafelərinin qorunmasına nəzarət edilməsi, habelə səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətlərinin əmək kollektivi üzvlərinə güzəştli satışı zamanı bərabər, sağlam rəqabət mühitinin, aşkarlıq şəraitinin, ictimai nəzarətin, sosial ədalətin, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğunluğun təmin edilməsinə nəzarət edilməsi
  • Hərracların və müsabiqələrin, habelə səhmlərin (payların) əmək kollektivinə güzəştli satışının yekunlarını rəsmiləşdirmək məqsədi ilə sənədlərin aidiyyəti üzrə təqdim edilməsinə nəzarət edilməsi; Hərracların və müsabiqələrin yekunları ilə bağlı, o cümlədən hərraclarda səhmlərin (payların) əmək kollektivinə güzəştli satışının yekunlarına dair fiziki və hüquqi şəxslərə, əmək kollektivi üzvlərinə, habelə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və müvafiq dövlət orqanlarına məlumat və bildirişlər verilməsinin təmin edilməsi; Hərraclara və müsabiqələrə, o cümlədən səhmlərin (payların) əmək kollektivinə güzəştli satışına dair bütün məlumatların elektron və kağız daşıyıcılarda saxlanılmasının təmin edilməsinə nəzarət edilməsi; Sifarişləri ödənilməyən fiziki və hüquqi şəxslər tərəfindən verilmiş pulların geri qaytarılması barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdimat verilməsinə nəzarət edilməsi; Dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın hərraclar vasitəsilə alıcılara bərabər, sağlam rəqabət mühitində, aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğun olaraq satışının təşkil edilməsinin təmini
  • Müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclar vasitəsilə alıcılara bərabər, sağlam rəqabət mühitində, aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğun olaraq satışının təşkilinə nəzarət edilməsi; Hərrac və müsabiqə haqqında və hərracın və müsabiqənin nəticələri barədə məlumatın “Mülkiyyət” qəzetində dərc olunması və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin internet saytında yerləşdirilməsi üçün aidiyyəti üzrə təqdim edilməsinə nəzarət edilməsi; Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verildikdə, müsabiqə və ya hərracın qalibinə şəhadətnamə verilməsinə nəzarət edilməsi; “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə” ilə müəyyən edilən vəzifə və hüquqların Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan vahid informasiya sistemini tətbiq etməklə həyata keçirilməsinə nəzarət edilməsi; Mərkəzdə aparılan kargüzarlıq işinin təkmilləşdirilməsi, işçilərin xidməti ezamiyyəti ilə bağlı məsələlərin tənzimlənməsi, müvafiq hesabatların təqdim edilməsinə, digər sənədləşmə işlərinə nəzarətin həyata keçirilməsində iştirak edilməsi; Mərkəzin işçiləri tərəfindən daxili intizam və dövlət qulluqçularının etik davranış qaydalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi; Komitə sədrinin və Mərkəzin direktorunun qərar, əmr, sərəncam, göstəriş və tapşırıqları ilə müəyyən edilən digər funksiyaların həyata keçirilməsi.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: humanitar və sosial istiqamətlər, iqtisadiyyat və idarəetmə, texniki istiqamətlər, təbiət elmləri istiqamətləri, təbiət-texniki ixtisaslar ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: 3 il dövlət qulluğu stajı və yaxud rəhbər vəzifələr üzrə 1 ildən az olmamaqla 4 il ümumi iş stajı
  • Kompyuter tələbləri: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə)
  • Xarici dil bilikləri: Rus dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat AC3
Müsahibə elanının tarixi 05.07.2018 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 05.08.2018 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 5 iyul 2018-ci il tarixdən 5 avqust 2018-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir