Əmlak Məsələləri Dövlət Komitəsi
Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Rəhbərlik, mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbəri - rəis


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Əmlak Məsələləri Dövlət Komitəsi üzrə: Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 261
Dövlət orqanı Əmlak Məsələləri Dövlət Komitəsi
Struktur bölmə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Rəhbərlik
Vakant inzibati vəzifənin adı və vakansiya sayı mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbəri - rəis (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 2
Aylıq vəzifə maaşı 1265
Qulluq funksiyaları
  • Səlahiyyətləri daxilində Xidmətin işinin təşkili və ona rəhbərlik edilməsi, işçilərin işə davamiyyətinə və əmək intizamına nəzarət edilməsi;
  • Xidmətin struktur bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsinin və aparılmasının təşkili; Ünvan reyestrinin aparılmasının, daşınmaz əmlak obyektlərinə ünvan verilməsinin təmin edilməsi;
  • Torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli məqsədi ilə yerquruluşu işlərinin təşkili və aparılmasına nəzarət edilməsi; Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının və torpaq kadastrının, yerquruluşu işlərinin aparılması məqsədləri üçün xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin təşkili və yerinə yetirilməsinə nəzarət edilməsi; Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin müəyyən edilməsi işlərinin yerinə yetirilməsinin və xəritələrin hazırlanmasının təmin edilməsi;
  • Bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritələrini, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək üçün arayışın hazırlanmasının təşkili; Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sisteminin və məlumat bankının yaradılmasının təmin edilməsi;
  • Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu işləri, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsi; Xidmətdə aparılan kargüzarlıq işinin təşkili, işçilərin xidməti ezamiyyəti ilə bağlı məsələlərin tənzimlənməsi, müvafiq hesabatların təqdim edilməsinə, digər sənədləşmə işlərinə nəzarət edilməsi; Xidmətin işçiləri tərəfindən daxili intizam və dövlət qulluqçularının etik davranış qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
  • Xidmətin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxılması və tədbirlər görülməsinin təşkil edilməsi; “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə” ilə müəyyən edilən vəzifə və hüquqlarının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan vahid informasiya sistemini tətbiq etməklə həyata keçirilməsinin təmin edilməsi;
  • Müvafiq sahəni tənzimləyən normativ-hüquqi, metodik və digər sənədlərin layihələrinin hazırlanmasının təşkili və ya onların hazırlanmasında iştirak edilməsinin təmin edilməsi; Xidmətin fəaliyyətinin yekunu olan sənədlərin müəyyən olunmuş qaydada aidiyyəti üzrə və ya arxivə təhvil verilməsinə nəzarət edilməsi;
  • Vətəndaşların qəbulunun həyata keçirilməsinin təmin edilməsi; Xidməti vəzifələrin icrası ilə bağlı Komitə rəhbərliyinin tapşırıqlarının yerinə yetirilməsi.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: iqtisadiyyat və idarəetmə, humanitar və sosial istiqamətlər, yer quruluşu və yer kadastrı, təbiət elmləri istiqamətləri, təbiət-texniki ixtisaslar, coğrafiya, aqronomluq ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: dövlət qulluğunda rəhbər vəzifələr üzrə 3 ildən az olmamaqla 6 il ümumi iş stajı və yaxud rəhbər vəzifələr üzrə 5 ildən az olmamaqla 9 il ümumi iş stajı
  • Kompyuter tələbləri: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə)
  • Xarici dil bilikləri: Rus dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat AA2
Müsahibə elanının tarixi 05.07.2018 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 05.08.2018 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 5 iyul 2018-ci il tarixdən 5 avqust 2018-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir