Müdafiə Sənayesi Nazirliyi
Müdafiə Sənayesi Nazirliyinin aparatı, Əməyin mühafizəsi, texniki təhlükəsizlik və mülki məmulatlar şöbəsi, böyük məsləhətçi


Əlaqə məlumatları
Dövlət orqanı Müdafiə Sənayesi Nazirliyi
Struktur bölmə Müdafiə Sənayesi Nazirliyinin aparatı, Əməyin mühafizəsi, texniki təhlükəsizlik və mülki məmulatlar şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı böyük məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 5
Aylıq vəzifə maaşı 585
Qulluq funksiyaları
  •  Nazirliyin Aparatında əməyin mühafizəsinə, texniki təhlükəsizliyə, yanğından mühafizə və istehsalat sanitariyasına dair təlimatların, qaydaların hazırlanmasını təmin etmək;
  • Nabeli birlik və müəssisələrdə əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və istehsalat sanitariyası norma və qaydalarının həyata keçirilməsinə dair metodiki köməklik göstərmək;
  • Tabeli birlik və müəssisələrdə ətraf mühitə zərərli təsirin qarşısını almağa və onu minimuma endirməyə, az tullantılı və tullantısız yeni texnika və qabaqcıl texnologiyaların tətbiqinə, əməyin mühafizəsi haqqında normativlərə və standartlara, texniki və yanğın təhlükəsizliyi qaydalarına və sahəni tənzimləyən digər normativ sənədlərə riayət olunmasını müəyyən etmək;
  • Nazirliyin Aparatında, eyni zamanda tabeli birlik və müəssisələrdə əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və istehsalat sanitariyasını təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
  •  Nazirliyin Aparatında, eyni zamanda tabeli birlik və müəssisələrdə əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və istehsalat sanitariyası norma və qaydalarının pozulması hallarına yol verilməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsini həyata keçirmək;
  • Nazirliyin Aparatında, eyni zamanda tabeli birlik və müəssisələrdə əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və istehsalat sanitariyasını üzrə verilmiş tapşırıq və göstərişlərin icra vəziyyətinə dair məlumat (arayış) hazırlamaq;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və istehsalat sanitariyasını sahəsindəki fəaliyyətinə dair arayış və hesabatlar hazırlamaq;
  • Tabeli birlik və müəssisələrdə istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılmasına dair təkliflər vermək;
  • Tabeli birlik və müəssisələrdə əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və istehsalat sanitariyası üzrə təlimatların mövcudluğunu müəyyən etmək və onların tələblərinə əməl edilməsinə nəzarət etmək;
  • Tabeli birlik və müəssisələrdə istehlak bazarının tələbatı əsasında hazırlanan mülki və ikili təyinatlı məmulatların istehsalını və sahənin inkişafının təmin edilməsi üçün təkliflər vermək;
  • Birlik və müəssisələrdə istehsal olunan məhsulların maya dəyərinin aşağı salınması, rentabellik səviyyəsinin və rəqabət qabiliyyətinin yüksəldilməsi üçün təkliflər vermək;
  • Müasir tələblərə cavab verən, respublikanın istehlak bazarının bu günə olan tələbatını nəzərə alaraq mülki məmulatların tabeli birlik və müəssisələrdə istehsalına və yaradılmasına dair təkliflər vermək;        
  • Mülki təyinatlı məmulatların istehsalı üçün müasir texnologiyanı öyrənmək və istehsalatda tətbiq edilməsini həyata keçirmək;
  •  Fəaliyyət istiqamətlərinə uyğun olaraq Kollegiya və Elmi-texniki şuranın iclası üçün arayış və hesabatlar hazırlamaq, habelə rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müasir tələblərə cavab verən mülki təyinatlı məmulatlar barədə informasiyalar toplamaq, onları analiz etmək və istehsalı imkanlarını müəyyənləşdirmək;
  • Qanunvericiliyə uyğun olaraq rəhbərlik tərəfindən təsdiq edilməsi (imzalanması) üçün əmr və sərəncamların, eləcə də daxili qaydaların layihələrini hazırlamaq;
  • Qanunvericiliklə müəyyən olunmuş qaydada vətəndaşlardan, müəssisə, idarə və təşkilatlardan daxil olan müraciətlərə vaxtında baxılmasını və öz səlahiyyəti çərçivəsində onları qərəzsiz həll etmək;
  • Fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifə və funksiyaları yerinə yetirmək.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: texniki istiqamətlər ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: 2 il ümumi iş stajı
  • Kompyuter tələbləri: MS Ofice Proqlamlarından və ofis texnikasından istifadə qabiliyyəti-yüksək səviyyədə
  • Xarici dil bilikləri: Rus dili-A2;İngilis dili-A2;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA3
Müsahibə elanının tarixi 05.11.2018 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 05.12.2018 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 5 noyabr 2018-ci il tarixdən 5 dekabr 2018-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir