Əmlak Məsələləri Dövlət Komitəsi
Hərracların Təşkili üzrə Auksion Mərkəzində , Müsadirə edilmiş əmlakın satışı üzrə hərracların təşkili şöbəsi, məsləhətçi


Əlaqə məlumatları
Dövlət orqanı Əmlak Məsələləri Dövlət Komitəsi
Struktur bölmə Hərracların Təşkili üzrə Auksion Mərkəzində , Müsadirə edilmiş əmlakın satışı üzrə hərracların təşkili şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 7
Aylıq vəzifə maaşı 380
Qulluq funksiyaları
  • Hüquqi və fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin müəyyən edilmiş qaydada və vaxtda Müsadirə edilmiş əmlakın satışı üzrə daimi hərrac komissiyasına çatdırılmasında iştirak edilməsi
  • “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə” ilə müəyyən edilən vəzifə və hüquqların Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan vahid informasiya sistemini tətbiq etməklə həyata keçirilməsi
  • Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların təhvil götürülməsi
  • Hərracların təşkil olunması üçün elan layihələrinin hazırlanması
  • Hərracların nəticəsi barədə məlumatın Maliyyə Nazirliyinə göndərilməsi, Komitənin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində dərc olunması üçün təqdim edilməsi
  • Hüquqi və fiziki şəxslər tərəfindən hərraclarda iştirak etmək üçün verilən sifarişlərin, o cümlədən elektron xidmət vasitəsilə verilən sifarişlərin qəbul edilməsində iştirak edilməsi
  • Müsadirə edilmiş əmlakın satışına dair məlumatların elektron və kağız şəkilində saxlanılması
  • Şöbəyə daxil olan məktub, müraciət və digər sənədlərə baxılması, cavabların hazırlanması və digər müvafiq tədbirlərin görülməsi
  • Komitə sədrinin, Mərkəz və şöbə rəhbərliyinin tapşırıqlarının yerinə yetirilməsi.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: hüquqşünaslıq , beynəlxalq hüquq, iqtisadiyyat və idarəetmə, texniki istiqamətlər ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: yoxdur
  • Kompyuter tələbləri: MS Windows, MS Office, Internet və s. (orta səviyyədə) və s.
  • Xarici dil bilikləri: Rus dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB4
Müsahibə elanının tarixi 11.01.2018 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 09.02.2018 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 11 yanvar 2018-ci il tarixdən 9 fevral 2018-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir