Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Dövlət Mülki Aviasiya Agentliyi, Aviasiya təhlükəsizliyi şöbəsi, Təhlükəli yüklərin daşınması və qəzaxilasetmə işlərinə nəzarət sektoru, böyük məsləhətçi


Əlaqə məlumatları
Dövlət orqanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Struktur bölmə Dövlət Mülki Aviasiya Agentliyi, Aviasiya təhlükəsizliyi şöbəsi, Təhlükəli yüklərin daşınması və qəzaxilasetmə işlərinə nəzarət sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı böyük məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 6
Aylıq vəzifə maaşı 440
Qulluq funksiyaları
  • təhlükəli yüklərin daşınması və qəza-xilasetmə işləri sahəsində dövlət proqramları və inkişaf konsepsiyasının müddəalarını öz səlahiyyətləri daxilində həyata keçirmək;
  • təhlükəli yüklərin daşınması və qəza-xilasetmə işləri ilə bağlı aviaşirkətlərin, aeroportların, istismarçıların, aviasiya subyektlərinin fəaliyyətini yoxlamaq; 
  • şöbə müdirinin tapşırıqlarına əsasən, təhlükəli yüklərin daşınması və qəza-xilasetmə işlərinə aid olan beynəlxalq müqavilələrin tərtibatına dair rəy və təkliflər vermək;
  • rəhbərliyin tapşırıqlarına əsasən,ICAO və digər beynəlxalq təşkilatlarla təhlükəli yüklərin daşınması və qəza-xilasetmə işləri sahəsində əməkdaşlıq işlərində iştirak etmək; 
  • təhlükəli yüklərin daşınması və qəza-xilasetmə işləri sahəsində  ICAO-nun təklif olunan yeni Standartlarına və Tövsiyə olunan təcrübəsinə dair rəy hazırlamaq;
  • təhlükəli yüklərin daşınması və qəza-xilasetmə işləri sahəsində milli qanunvericilik aktları ilə ICAO-nun Standartları və Tövsiyə olunan təcrübəsi arasında fərqlərin mövcudluğu barədə məlumatlar hazırlamaq;
  • qəza-xilasetmə işləri sahəsində istifadə olunan texniki vasitələrinin seçilməsində və sertifikasiyasında iştirak etmək;
  • təhlükəli yüklərin daşınması və qəza-xilasetmə işlərinə aid olan qanunvericilik aktlarının layihələrininin işlənib hazırlanmasında iştirak etmək;
  • Azərbaycan Respublikasının hava limanlarına uçuşlar həyata keçirən xarici hava gəmilərinin perron yoxlamalarında iştirak etmək və aşkar edilmiş pozuntuların aradan qaldırılmasına nəzarət etmək; 
  • təhlükəli yüklərin daşınması və qəza-xilasetmə işlərinin vəziyyəti və səviyyəsinin beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunluğunun müəyyən edilməsi və hava limanları, hava gəmilərinin istismarçıları, mülki aviasiya sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən tələblərin yerinə yetirilməsinə nəzarət etmək məqsədi ilə audit və təftiş yoxlamalarında iştirak etmək, sınaq və icmallar aparmaq;
  • hava daşımalarına dair hökümətlərarası sazişlərə əsasən, milli aviaşirkətlərin uçuşlar həyata keçirdikləri xarici dövlətlərin aeroportlarında təhlükəli yüklərin daşınmasının təşkilinin ICAO-nun Standartlarının tələblərinə uyğunluğunu qiymətləndirmək və zəruri hallarda yoxlamalarda iştirak etmək;
  • yoxlamalara dair bütün sənədlərin saxlanılmasını və mühafizəsini təmin etmək;
  • rəhbərliyin göstərişlərinə əsasən qəzaya uğramış və ya qəzaya uğrayan hava gəmiləri ilə bağlı axtarış və qəza-xilasetmə işlərinin təşkilində iştirak etmək və xidməti araşdırma aparmaq;
  • təhlükəli yüklərlə bağlı baş vermiş hadisələrlə əlaqədar yaradılmış komissiyaların işində iştirak etmək;
  • təhlükəli yüklərin hava yolu ilə daşınması ilə məşğul olan aviaşirkətlərin müvafiq sənədlərinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və ICAO-nun tələblərinə uyğunluğunu yoxlamaq və rəy vermək;
  • təhlükəli yüklərlə bağlı qanunsuz müdaxilə aktlarının baş vermə səbəblərinin araşdırılması və onların aradan qaldırılması üzrə əlavə tədbirlər kompleksinin işlənib hazırlanmasında iştirak etmək;
  • təhlükəli yüklərin daşınması ilə bağlı müracətlərə baxılması, icazələrin verilməsi və rəsmiləsdirilməsi prosesində iştirak etmək;
  • təhlükəli yüklərin daşınması və qəza-xilasetmə işləri sahəsində aviasiya tədris mərkəzlərinin yoxlanılmasını həyata keçirmək;
  • qanunvericiliyə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində dövlət sirri və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;
  • rəhbərliyin göstərişlərinə əsasən aviasiya subyektlərinin, hava limanlarının, aerodromların təhlükəsizlik zonalarında, binaların, qurğuların və digər obyektlərin tikilməsi və yerləşdirilməsi layihələrinin müzakirəsində iştirak etmək; 
  • təhlükəli yüklərin daşınması və qəza-xilasetmə sahəsində yoxlamaların keçirilməsi zamanı hava gəmilərinə, xidməti otaqlara daxil olmaq, texniki vasitələrlə, mülki aviasiya subyektlərinin fəaliyyətinə dair bütün sənədlərlə (məlumatlarla) sərbəst tanış olmaq, müfəttiş göstərişləri vermək və onların icra müddətlərinə dair rəy vermək;
  • rəhbərliyə məlumat verməklə, tərkibində hava yolu ilə daşınması qadağan olunmuş maddə və əşyalar olan baqajı, yükü və poçtu saxlamaq;
  • rəhbərliyə məlumat verməklə,əsaslı yoxlama məqsədi ilə hava gəmisini saxlamaq;
  • təhlükəli yüklərin daşınması və qəza-xilasetmə işlərinin ICAO-nun Standartlarına və Tövsiyə olunan təcrübəsinə uyğunluğunun tələb edilən səviyyəsinin təmin olunması tədbirləri üzrə aviasiya subyektləri üçün tövsiyələr və metodiki göstərişlər hazırlamaq;
  • nəzarət yoxlamalarının aparılması zamanı nöqsanlar aşkar edildiyi hallarda, düzəliş tədbirlərinin görülməsini tələb etmək;
  • təhlükəli yüklərin daşınması və qəza-xilasetmə işlərinin təmin edilməsi sahəsində ciddi nöqsanlara yol vermiş və düzəliş tədbirlərinə dair müvafiq işləri görməyən hava limanlarına, aviaşirkətlərə və hava gəmiləri istismarçılarına qarşı hüquqi sanksiyaların tətbiqi barədə təklif vermək; 
  • təkmilləşdirilməsi və inkişaf problemləri ilə bağlı konfranslarda, müşavirələrdə, seminarlarda iştirak etmək;
  • müvafiq sahələr üzrə ixtisas kurslarında iştirak etmək;
  • təhlükəli yüklərin daşınması və qəza-xilasetmə fəaliyyəti qaydalarını müəyyən edən müvafiq qanunvericilik aktlarının və sahə standartlarının layihələrini hazırlamaq, zəruri hallarda sahə üzrə qəbul edilmiş qanunvericilik aktlarına dəyişiklərin edilməsinə dair təkliflər vermək.
  • rəhbərliyin göstərişlərinə əsasən, təhlükəli yüklərin daşınması və qəzaxilasetmə işləri ilə bağlı daxil olan ərizə və şikayətlərin araşdırılmasında iştirak etmək
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: texniki istiqamətlər ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompyuter tələbləri: Windows, Microsoft Word, Internet – orta-yüksək səviyyədə
  • Xarici dil bilikləri: Rus dili-B1;İngilis dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB1
Müsahibə elanının tarixi 04.01.2019 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 04.02.2019 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 4 yanvar 2019-cu il tarixdən 4 fevral 2019-cu il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir