Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Dövlət Mülki Aviasiya Agentliyi, İnzibati sektor, baş məsləhətçi


Əlaqə məlumatları
Dövlət orqanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Struktur bölmə Dövlət Mülki Aviasiya Agentliyi, İnzibati sektor
Vakant inzibati vəzifənin adı və vakansiya sayı baş məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 6
Aylıq vəzifə maaşı 450
Qulluq funksiyaları
  • Agentliyin fəaliyyəti ilə bağlı məlumatların rəsmi saytda əks etdirilməsini təşkil etmək;
  • Agentliyin rəsmi poçt ünvanına (hq@caa.gov.az) daxil olan sənədlərlə tanış olmaq, sektor müdiri ilə razılaşdırmaqla onları rəhbərliyə və struktur bölmələrinə yönəltmək;
  • elektron sənəd dövriyyəsi sistemi çərçivəsində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən daxil olan elektron sənədlərin qəbulunu, müvafiq dərkənarla icraçılara yönəldilməsini, hazırlanmış cavab məktublarının aidiyyəti üzrə göndərilməsini təmin etmək, bu sahəyə cari nəzarəti həyata keçirmək;
  • elektron sənədlər üzrə axtarış sistemlərini qurmaq və onlardan səmərəli istifadə etmək;
  • xüsusi əhəmiyyətli elektron sənədlərə dair verilmiş tapşırıqların vaxtında icra olunmasına cari nəzarəti həyata keçirmək;
  • quraşdırılmış avadanlığın iş qabiliyyəti və effektivliyi ilə bağlı yoxlamaların aparılmasında iştirak etmək, yoxlamaların nəticələrinin təhlili, görülən tədbirlərin səmərəliliyinin artırılması üzrə təkliflər vermək;
  • Agentliyin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə digər idarə, təşkilat və müəssisələrin texniki vasitələrin istifadəsi üzrə təcrübəsini öyrənmək və ümumiləşdirmələr aparmaq;
  • tapşırılan vəzifələri təyin olunmuş müddətdə yüksək səviyyədə və müvafiq təlimatlara uyğun icra etmək:
  • qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
  • sektor müdirinin tapşırıqlarına əsasən sektora həvalə edilmiş digər vəzifələri həyata keçirmək;
  • fəaliyyəti ilə bağlı sektor müdirinə hesabatları təqdim etmək.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: ali təhsil
  • Staj tələbi: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompyuter tələbləri: Windows 7, 8 və 10 əməliyyat sistemləri, kompüterlərin komponentlərinə dair tələblər (Hardware), şəbəkənin (Lan/Network) əsasları - yüksək səvviyədə
  • Xarici dil bilikləri: Rus dili-B1;İngilis dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB1
Müsahibə elanının tarixi 04.01.2019 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 04.02.2019 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 4 yanvar 2019-cu il tarixdən 4 fevral 2019-cu il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir