Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Dövlət Mülki Aviasiya Agentliyi, Dövlət reyestrləri və sertifikatlaşdırma şöbəsi, şöbə müdirinin müavini


Əlaqə məlumatları
Dövlət orqanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Struktur bölmə Dövlət Mülki Aviasiya Agentliyi, Dövlət reyestrləri və sertifikatlaşdırma şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdirinin müavini (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 5
Aylıq vəzifə maaşı 595
Qulluq funksiyaları
  • Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada həyata keçirmək;
  • mülki aviasiya sahəsini tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;
  • dövlət proqramları və inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • mülki aviasiya sahəsində digər dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi barədə təkliflər vermək; 
  • mükli aviasiya sahəsində dövlət nəzarətini həyata keçirmək;
  • beynəlxalq təşkilatlar və xarici dövlətlərin mülki aviasiya orqanları tərəfindən təşkil edilən aidiyyəti üzrə seminar və konfranslarda, o cümlədən işçi qruplarda iştirak etmək;
  • aidiyyəti üzrə mülki aviasiya sahəsində milli qayda, norma və prosedurlara, beynəlxalq standartlara və tövsiyə edilən təcrübəyə riayət olunmasına nəzarət etmək, habelə mülki aviasiya sahəsində hüquqi aktlarla Beynəlxalq Mülki Aviasiya Təşkilatının Standartları və Tövsiyə olunan təcrübəsi arasında fərqlərin mövcudluğu barədə məlumat hazırlamaq;
  • aviasiya texnikası və avadanlığı da daxil olmaqla, Azərbaycan Respublikasının bütün mülki aviasiya subyektlərinin milli və beynəlxalq tələblərə uyğun olaraq icbari sertifikatlaşdırılmasına, həmçinin mülki aviasiya subyektlərinə verilmiş sertifikatların şərtlərinə onların riayət etməsinə nəzarəti həyata keçirmək;
  • Azərbaycan Respublikasında mülki aviasiya subyektlərinin və aviasiya texnikasının sertifikatlaşdırılması ilə bağlı ekspert qruplarının yaradılmasını təmin etmək;
  • hava nəqliyyatı istismarçılarının sertifikatlarının və uyğunluq sertifikatlarının verilməsi, onları verməkdən imtina edilməsi, qüvvədə olma müddətlərinin dayandırılması və ləğv edilməsi barədə təkliflər vermək;
  • mülki hava gəmilərinin dövlət reyestrinin, sertifikatlaşdırılmış aviasiya personalının, sertifikatlaşdırılmış aerodromların, vertodromların və mülki aviasiya subyektlərinin reyestrlərinin aparılmasına, mülki hava gəmilərinin qeydiyyatının həyata keçirilməsinə, müvafiq şəhadətnamələrin və vəsiqələrin verilməsinə nəzarət etmək, həmçinin xarici dövlətlərin səlahiyyətli orqanlarının verdikləri analoji sənədlərin tanınmasına dair tələblərin müəyyən edilməsi ilə bağlı təkliflər təqdim etmək;
  • ölkənin sertifikatlaşdırılmış aviaşirkətlərinin respublika daxilində və respublikanın hüdudlarından kənarda uçuş marşrutlarının istismarı üçün müvafiq icazələrin rəsmiləşdirilməsinə nəzarət etmək;
  • mülki aviasiya sahəsində yüklərin və poçtun aviasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə yük agentlərinin və məlum yükgöndərənlərin sertifikatlarının rəsmiləşdirilməsinə və fərdi kod nömrəsinın verilməsinə nəzarət etmək;
  • şöbənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Agentliyin daxili kadr hazırlığı üzrə keçirilən təlimlərə dair sertifikatların rəsmiləşdirilməsinə nəzarət etmək;
  • direktorun əmr və şöbə müdirinin göstərişlərinə əsasən ona həvalə edilmiş digər vəzifələri yerinə yetirmək;
  • şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
  • şöbənin əməkdaşları arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət etmələrinə nəzarət etmək və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil etmək;
  • şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədi ilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalamaq, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
  • Agentliyin iclaslarında şöbə üzrə müzakirə edilməli məsələləri müəyyən etmək və bu barədə təkliflərini direktora təqdim etmək; normativ və qeyri-normativ hüquqi aktlardan irəli gələn tələblərin şöbə tərəfindən vaxtında icrasını təmin etmək;
  • şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək;
  • şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirlərinin görülməsi haqqında direktora təqdimat vermək;
  • şöbənin vəzifələrini yerinə yetirmək üçün Agentliyin digər struktur bölmələri və tabeliyindəki qurumlardan zəruri məlumat və sənədləri almaq;
  • daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil etmək;
  • şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək;
  • şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirmək;
  • şöbəni təmsil etmək;
  • qanunvericiliyə uyğun olaraq digər məsələlərin həllini təmin etmək.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: texniki istiqamətlər ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: 3 il dövlət qulluğu stajı və yaxud 5 il ümumi iş stajı
  • Kompyuter tələbləri: Windows, Microsoft Office, Internet –yüksək səviyyədə
  • Xarici dil bilikləri: Rus dili-B2;İngilis dili-B2;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat AB4
Müsahibə elanının tarixi 04.01.2019 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 04.02.2019 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 4 yanvar 2019-cu il tarixdən 4 fevral 2019-cu il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir