Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Dövlət Mülki Aviasiya Agentliyi, İnsan resursları sektoru, sektor müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Struktur bölmə Dövlət Mülki Aviasiya Agentliyi, İnsan resursları sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 6
Aylıq vəzifə maaşı 495
Qulluq funksiyaları
  • Rəhbərlik etdiyi sektorda çalışan dövlət qulluqçuları arasında iş bölgüsünü müəyyənləşdirmək;
  • Agentliyin fəaliyyətində insan resursları ilə bağlı məsələləri həll etmək;
  • müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
  • Agentliyin kadr təminatının proqnozlaşdırılmasını, dövlət qulluqçularının ehtiyat kadrlarının formalaşdırılmasını həyata keçirmək, işçilərin təlim ehtiyaclarının müəyyən edilməsini və peşəkarlığının artırılmasını, etik davranış məsələləri üzrə tədbirləri (görüş, seminar, təlim, treninq və s.) təşkil etmək;
  • qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirləri, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;
  • sektorun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • istifadəsində olan dövlət əmlakının səmərəli istifadəsinə nəzarəti həyata keçirmək və mülki aviasiya sahəsində dövlət maraqlarının qorunmasında iştirak etmək;
  • hüquqi və fiziki şəxslər tərəfindən Nazirlik vasitəsilə və ya bilavasitə  Agentliyə göndərilmiş və icrası sektora tapşırılmış ərizə və şikayətlərə baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Agentliyin və tabeliyindəki qurumların rəhbər və inzibati vəzifə tutan işçilərinə fəxri adların verilməsi üçün müvafiq sənədlərin layihələrini hazırlamaq;
  • kadrların seçilməsi, vəzifəyə təyin edilməsi, rotasiyası, mükafatlandırılması, intizam məsuliyyətinə cəlb edilməsi, məzuniyyətə buraxılması, dövlət qulluğuna, əmək müqavilələrinə xitam verilməsi, habelə insan resurslarının idarə edilməsini təşkil etmək;
  • işçilərin işə qəbulu və işdən azad olunması, başqa vəzifəyə keçirilməsi, Agentliyin işçilərinə dair ezamiyyət və məzuniyyət, təltif və töhmət verilməsi haqqında əmr lahihələrini hazırlayaraq direktora təqdim etmək;
  • işçilərin şəxsi işlərini yeniləmək, onların qulluqda yüksəliş yolu ilə təyin edilməsini, yerləşdirilməsini, dövlət qulluqçularına ilkin və növbəti ixtisas dərəcələrinin verilməsini, dövlət qulluğu və əmək müqavilələri ilə bağlı digər məsələləri həll etmək;
  • Agentliyin rəhbərliyini insan resurslarının idarə edilməsinin vəziyyəti və işçilər haqqında məlumatlandırmaq;
  • işçiləri xidməti vəsiqə və əmək kitabçaları ilə təmin etmək, əmək kitabçalarının doldurulmasını, onların qeydiyyatının aparılmasını və saxlanmasını təmin etmək;
  • ilk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş inzibati vəzifə tutan dövlət qulluqçularının qanunla müəyyən edilmiş qaydada təntənəli şəraitdə andiçmə mərasiminin keçirilməsini təşkil etmək;
  • Agentlik və tabeliyindəki qurumlarda kadrlarla bağlı görülən işləri təhlil etmək və onları ümumiləşdirmək, əmək intizamının vəziyyətini öyrənmək və onun yaxşılaşdırılması üçün tədbirləri həyata keçirmək, bu sahədə nöqsanların aradan qaldırılması üçün təkliflər hazırlamaq, əmək intizamına nəzarət və onun möhkəmləndirilməsi üçün tədbirlərin görülməsini təmin etmək;
  • xüsusi proqram təminatı vasitəsilə Dövlət Reyestrinin aparılmasını həyata keçirmək;
  • Dövlər Reyestrinə daxil edilmiş məlumatlarda baş vermiş dəyişikliklər haqqında informasiyanı aidiyyəti üzrə hər ay təqdim etmək;
  • Agentlik işçilərinə müəyyən edilmiş qaydada servis və xüsusi tariflə aviabiletlərin verilməsi qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilmiş əmək müqavilələri bildirişləri üzrə elektron informasiya sistemindən istifadə etmək
  • Agentliyin dövlət qulluqçularına vəzifə qulluq stajına görə əlavə haqqın məbləğini müəyyən edilmiş qaydada rəsmiləşdirilməsi üçün direktora təqdim etmək;
  • dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi və attestasiyası işini təşkil etmək;
  • insan resurslarının idarə edilməsinin vəziyyəti və işçilər haqqında məlumatları hazırlamaq; 
  • məzuniyyət cədvəllərinin tərtib olunmasını və işçilərə məzuniyyət verilməsini, onların qeydiyyatının aparılmasını təmin etmək;
  • vəzifəyə təyin edilən işçilərin əmək müqavilələrini (kontraktlar) hazırlamaq;
  • hər ay inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan vakant vəzifələr barədə məlumatları müəyyən edilmiş qaydada hazırlayaraq təqdim etmək;
  • əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən müəyyən edilmiş qaydada istifadə etmək;
  • sektorun iş planını, fəaliyyəti ilə bağlı hesabatları hazırlamaq;
  • direktorun əmr, göstəriş və tapşırıqlarına əsasən sektora həvalə edilmiş digər vəzifələri həyata keçirmək
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: texniki istiqamətlər, humanitar və sosial istiqamətlər, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompyuter tələbləri: Windows, Microsoft Office, Internet – orta-yüksək səviyyədə
  • Xarici dil bilikləri: Rus dili-B1;İngilis dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat AC2
Müsahibə elanının tarixi 04.01.2019 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 04.02.2019 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 4 yanvar 2019-cu il tarixdən 4 fevral 2019-cu il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir