Müdafiə Sənayesi Nazirliyi
Müdafiə Sənayesi Hərbi texniki əməkdaşlıq şöbəsi, şöbə müdirinin müavini - şöbə müdirinin müavini


Əlaqə məlumatları
Dövlət orqanı Müdafiə Sənayesi Nazirliyi
Struktur bölmə Müdafiə Sənayesi Hərbi texniki əməkdaşlıq şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdirinin müavini - şöbə müdirinin müavini (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 845
Qulluq funksiyaları
  • Azərbaycan Respublikasının xarici dövlətlərlə bağlanmışmüqavilələrinə əsasən xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq sahəsində müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı ilə bağlı əməkdaşlığı həyata keçirmək;
  • Müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı üzrə görülən işlər, göstərilən xidmətlər və əqli fəaliyyətin nəticələri ilə bağlı beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində informasiyalar toplamaq;
  • Silah növlərinin, hərbi texnikanın, sursatın yaradılmasında və hazırlanmasında istifadə olunan ikili təyinatlı malların idxal-ixracının mövcud qanunverciliyə uyğun olaraq həyata keçirilməsinə nəzarət etmək;
  • Xarici ölkələrdə hərbi-texnika, silah və döyüş sursatlarının qiymətlərini öyrənmək, alinmiş qiymətləri müqayisə etmək, onların təhlilini aparmaq və bu barədə rəhbərliyə təkliflər vermək;  - Protokol tədbirlərinin təşkili və keçirilməsi qaydaları əsasında müxtəlif səfirlik  və hərbi attaşelik aparatları ilə qarşılıqlı fəaliyyət göstərmək;
  • Xüsusi razılıq (lisenziya) verilməsi haqqında qanunvericiliyə uyğun olaraq müdafiə sənayesi sahəsinə aid fəaliyyət növləri ilə məşğul olmaq üçün xüsusi icazələrin (lisenziyaların) verilməsi ilə bağlı Nazirliyin rəhbərliyinə müvafiq təkliflər vermək;
  • Hərbi-texniki əməkdaşlıq nəticəsində respublikanin müdafiə sənayesinin dünyanın müxtəlif regionlarında hərbi-siyasi mövqelərinin möhkəmləndirilməsi sahəsində rəhbərliyə təkliflər vermək;
  • İxrac nəzarətinə düşən malların (işlərin xidmətlərin əqli fəaliyyətin nəticələrinin) qadağa və məhdudiyyət qoyulmuş dövlətlərin istifadəsinə düşməməsi üçün müvafiq işlər görmək;
  • Müdafiə sənayesi sahəsi üçün sərfəli şərtlər daxilində xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq zamanı qarşılıqlı faydalı hərbi-siyasi və iqtisadi maraqlara riayət etmək;
  • Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının xarici dövlətlərə rəsmi və işçi səfərlərinin hazırlanması və keçirilməsini təşkil etmək; 
  • Nazirlik tərəfindən verilən təkliflərin kommersiya və texniki cəhətdən əsaslandırılmasını hazırlamaq, həmçinin hərbi-texniki əməkdaşlıq sahəsində gələn təkliflərin təhlilini aparmaq;
  • Hərbi-texniki əməkdaşlıq nəticəsində əldə edilən təcrübələrə əsaslanaraq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Birlik və Müəssisələrin elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə dair yeni təkliflər vermək; 
  • Nazirliyin tabeliyində olan qurumların beynəlxalq tədbirlərdə, konfranslarda və sərgilərdə iştirakına dair təkliflər vermək, onlara metodiki köməklik göstərmək və ezamiyyətlərin səmərəliliyi, beynəlxalq görüşlərin yekunları barədə məlumatlar və hesabatlar hazırlamaq;
  • Xarici ölkələrdə hərbi-texniki əməkdaşlıq sahəsində sənədlərə əsasən elmi-texniki informasiyaların, hərbi, hərbi-texniki təyinatlı, zehni fəliyyətin nəticələri üzrə ixtiraların, faydalı modellərin, sənaye nümunələrinin və s. aidiyyəti şöbələrlə birlikdə öyrənilməsini həyata keçirmək;
  • MDB ölkələri ilə müdafiə sənayesi sahələrində imzalanmış istehsal və elmi-texniki kooperasiya haqqında hökümətlərarası sazişlərin müddəalarına uyğun olaraq müdafiə təyinatlı məhsulların istehsalı üçün lazım olan xammal, matreal, yarımfabrikatlar və digər hazır məhsulların qarşılıqlı göndərilməsini təşkil etmək; 
  • Hərbi-texniki əməkdaşlıq çərçivəsində müdafiə sənayesində silah və hərbi texnika üzrə bağlanacaq müqavilələrin kommersiya və texniki şərtlərini hazırlamaq;
  • Hərbi-texniki əməkdaşlıq məslələri üzrə Nazirliyin bölmələrinə, Birlik və Müəssisələrinə metodik və əməli köməklik göstərmək;
  • Hərbi-texniki əməkdaşlıq məslələri üzrə qanunverici və normativ hüquqi aktlara dair rəy hazırlamaq və hazırlanmasında iştirak emək, sahə üzrə təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
  • Fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: humanitar və sosial istiqamətlər ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
  • Kompyuter tələbləri: MS Ofice Proqlamlarından və ofis texnikasından istifadə qabiliyyəti-yüksək səviyyədə
  • Xarici dil bilikləri: İngilis dili-B2;Rus dili-B2;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat AB2
Müsahibə elanının tarixi 04.01.2019 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 04.02.2019 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 4 yanvar 2019-cu il tarixdən 4 fevral 2019-cu il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir