Ali Attestasiya Komissiyası
İnformasiya və analitik tədqiqatlar şöbəsi, şöbə müdirinin müavini


Əlaqə məlumatları
Dövlət orqanı Ali Attestasiya Komissiyası
Struktur bölmə İnformasiya və analitik tədqiqatlar şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdirinin müavini (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 750
Qulluq funksiyaları
  • Şöbəyə daxil olan sənədlərin şöbə müdirinin tapşırığı əsasında təhlili və icrası; 
  • AAK-a daxil olan attestasiya işlərinin elektron bazaya mütəmadi olaraq operativ ötürülməsi, onların attestasiya vəziyyəti və dövriyyəsi haqqında məlumatın toplanması və təhlil edilməsi formatlarının təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması və icrası;
  • AAK-ın şöbələri arasında məlumatların texniki nöqteyi-nəzərdən mübadiləsi məsələlərinə nəzarət;
  • AAK-ın funksional şöbələrindən daxil olan məlumatları elektron bazaya daxil edilməsi üçün toplanması, təhlili və təsnifatı;
  • AAK-ın rəsmi internet saytının idarə olunması;
  • Bütün elm sahələri üzrə dissertasi­yaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən xarici elmi nəşrlərin (beynəlxalq elmi ictimaiyyət tərə­findən birmənalı şəkildə nüfuzlu hesab edilən) illər üzrə siyahısını mütəmadi olaraq AAK-ın rəsmi internet saytında yerləşdirilməsi üçün müvafiq şöbədən alınması və daimi nəzarətdə saxlanılması;
  • AAK-a daxil olan işlərin müvafiq şöbələrdə əsasnamədə nəzərdə tutulmuş müddətə uyğun attestasiyasının aparılmasına nəzarət haqqında sənədlərin toplanması və şöbələrin məlumatlandırılası. 
  • AAK üzrə məlumatların müxtəlif kriteriyalar üzrə təhlili və sistemləşdirilməsi prosesinin avtomatlaşdırılması məsələləri üzrə təkliflərin hazırlanması və icrası; 
  • - AAK-ın Rəyasət Heyətinin və Kollegiyasının iclaslarında baxılmaq üçün AAK-da işlərin hərəkət dövriyyəsi barədə məlumatların hazırlanması;
  • AAK-ın rəyasət heyəti və kollegiyasının müvafiq qərarları ilə elmi dərəcə və elmi ad verilmiş iddiaçıların siyahısını AAK-ın rəsmi internet saytında yerləşdirilməsi məqsədi ilə müvafiq şöbədən əldə edilməsi və saytda yerləşdirilməsi;
  • Dissertasiyaların müdafiəsindən əvvəl AAK-a daxil olan avtoreferatların elektron variantlarının AAK-ın rəsmi internet saytında yerləşdirilməsi üçün onları elm sahələri üzrə sistemləşdirilməsi;  
  • Şöbənin arxivə göndərilməsi olan sənədlərin hazırlanmasına və təhvil verilməsinə nəzarət edilməsi;
  • AAK-ın əsasnaməsindən irəli gələn və şöbənin fəaliyyətinə aid olan şöbə müdiri tərəfindən verilən digər məsələlərinin icrası.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: ali təhsil
  • Staj tələbi: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
  • Kompyuter tələbləri: MS WINDOWS, MS OFFICE, INTERNET və s.– yüksək səviyyədə
  • Xarici dil bilikləri: Rus dili-B1;İngilis dili-C1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat AB2
Müsahibə elanının tarixi 05.02.2019 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 07.03.2019 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 5 fevral 2019-cu il tarixdən 7 mart 2019-cu il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir