Qida Təhlükəsizliyi Agentliyi
Lənkəran regional bölmə, Qida təhlükəsizliyinə nəzarət sektoru, sektor müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Qida Təhlükəsizliyi Agentliyi
Struktur bölmə Lənkəran regional bölmə, Qida təhlükəsizliyinə nəzarət sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 7
Aylıq vəzifə maaşı 380
Qulluq funksiyaları
  • qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə nəzarəti təşkil etmək;
  • öz səlahiyyətləri çərçivəsində qida təhlükəsizliyi sahəsində risklərin təhlilinə, o cümlədən risklərin qiymətləndirilməsinə, idarə edilməsinə və risklər haqqında məlumatlandırma  işinə nəzarət etmək
  • qanunla müəyyən edilmiş qaydada qida təhlükəsizliyi sahəsində yoxlamalar aparmaq və digər dövlət nəzarəti tədbirlərini həyata keçirmək,
  • qida təhlükəsizliyi sahəsində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarların qəbul edilməsi (göstərişlərin verilməsi) üçün bölmənin rəhbərinə təkliflər vermək;
  • agentliyin aidiyyəti struktur bölmələri ilə birlikdə qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə nəzarətin təmin edilməsi ilə bağlı işləri həyata keçirmək;
  • ölkəyə idxal edilən yeyinti məhsullarına qanunvericiliklə müəyyən edilmiş qaydada qida təhlükəsizliyi sertifikatının verilməsi üçün əsasların müəyyən edilməsi, sertifikatın imzalanması və sertifikat sahibinə verilməsi ilə bağlı sektorun səlahiyyətləri daxilində tədbirlər görmək;
  • qida təhlükəsizliyi sertifikatının verilməsi və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması ilə bağlı prosedurların təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq və ya təkliflərin hazırlanmasında iştirak etmək;
  • qida təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi ilə əlaqədar təkliflər vermək; 
  • qida təhlükəsizliyi sahəsində mövcud vəziyyətin təhlil edilməsi, dövlət tənzimləməsi və nəzarəti sisteminin təkmilləşdirilməsi, habelə əlaqələndirmə barədə təkliflərin hazırlanmasi və bölmənin rəhbərliyinə təqdim edilməsi;
  • qida təhlükəsizliyi sahəsinin inkişafı üzrə prioritetlərin müəyyən edilməsində, dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • Agentliyinin səlahiyyətlərinə aid edilmiş məsələlər ilə bağlı inzibati xətalar haqqında işlərə baxmaq, habelə rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək;
  • sektorun iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
  • sektorun əməkdaşları barəsində həvəsləndirici və intizam tənbehi tədbirləri görülməsi üçün bölmənin rəhbərliyinə təkliflər vermək;
  • sektora daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını  təmin etmək;
  • Rəhbərliyin digər xidməti tapşırıqlarını yerinə yetirmək.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: qida məhsullarının texnologiyası, biologiya, kimya, aqronomluq, baytarlıq, tibbi profilaktika, biologiya və gigiyena, istehlak mallarının keyfiyyət ekspertizası (sahələr üzrə), ərzaq məhsullarının əmtəəşünaslığı, standartlaşdırma və sertifikasiya (sahələr üzrə) ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: 2 il ümumi iş stajı
  • Kompyuter tələbləri: MS WINDOWS, MS OFFICE, İNTERNET və s. orta-yüksək səviyyədə
  • Xarici dil bilikləri: Rus dili-A2;İngilis dili-A2;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat AC4
Müsahibə elanının tarixi 05.02.2019 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 07.03.2019 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 5 fevral 2019-cu il tarixdən 7 mart 2019-cu il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir