Qida Təhlükəsizliyi Agentliyi
Salyan regional bölmə, Qida təhlükəsizliyinə nəzarət sektoru, sektor müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Qida Təhlükəsizliyi Agentliyi
Struktur bölmə Salyan regional bölmə, Qida təhlükəsizliyinə nəzarət sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 7
Aylıq vəzifə maaşı 555
Qulluq funksiyaları
  • Qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinin təşkili ilə əlaqədar regional bölməyə daxil olan inzibati ərazi vahidlərində işlərin həyata keçirilməsini təşkil etmək və regional bölmə rəhbərinin verdiyi aidiyyəti göstərişləri yerinə yetirmək;
  • Qanunla müəyyən edilmiş hallarda və qaydada qida təhlükəsizliyi sahəsində yoxlamalar aparılmasını təşkil etmək və digər dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsində iştirak etmək, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarların qəbul edilməsi (göstərişlərin verilməsi) üçün regional bölmə rəhbərinə təkliflər vermək;
  • Aşkarlanmış qanun pozuntularının aradan qaldırılması ilə bağlı verilmiş qərarların (göstərişlərin) yerinə yetirilməsini nəzarətdə saxlamaq, belə qərarların (göstərişlərin) yerinə yetirilmədiyi məlum olduqda, onların məcburi icrası məqsədi ilə məhkəməyə müraciət edilməsi üçün müvafiq sənədlərin hazırlanmasını təmin etmək;
  • Qida təhlükəsizliyi sahəsində mövcud vəziyyətin təhlil edilməsi, dövlət tənzimləməsi və nəzarəti sisteminin təkmilləşdirilməsi barədə mütəmadi olaraq təkliflər hazırlamaq və regional bölmə rəhbərinə təqdim etmək;
  • Qida təhlükəsizliyi ilə bağlı dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə aparılan yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı), qida məhsullarının təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsi barədə qərar qəbul edilməsi, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması və qanunla nəzərdə tutulmuş digər tədbirlərin görülməsini təmin etmək;
  • Regional bölmənin əhatə dairəsi üzrə qida təhlükəsizliyi sahəsində ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlərin görülməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək;
  • İstifadəyə yararsız yeyinti məhsullarının zərərsizləşdirilməsi və utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi və ya məhv edilməsi) barədə qanunla müəyyən edilmiş hallarda və qaydada qəbul edilən qərarların icrasını təmin etmək;
  • Regional bölməyə daxil olan inzibati ərazi vahidlərində qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanması, emalı, utilizasiyası və məhv edilməsi üçün tikintisi və yenidən qurulması nəzərdə tutulan tikinti obyektlərinə dair layihələrə rəy verilməsini təmin etmək;
  • Qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi təminatının gücləndirilməsi məqsədi ilə qida məhsullarının izlənilməsi və geri götürülməsi sisteminin aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlanması və tətbiqi ilə bağlı tədbirlərin görülməsi üçün müvafiq təklifləri regional bölmə rəhbərinə təqdim etmək;
  • Yeyinti məhsuluna “müalicəvi”, “pəhriz” və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsi zamanı texniki reqlamentlərdə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulan tələblərin yerinə yetirilməsinə nəzarət etmək;
  • Qida məhsullarının saxlanması və ya satışı zamanı mal qonşuluğunun və satılmış malların dəyişdirilməsi və ya geri çağırılması qaydalarının pozulmasına qarşı tədbirlərin görülməsinə nəzarət etmək;
  • Qida zəncirinin müvafiq mərhələlərində işləyən şəxslərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada və müddətdə məcburi tibbi müayinədən keçmələrinə nəzarətin təşkili ilə bağlı təkliflər hazırlamaq;
  • Qida zəncirinin müvafiq mərhələlərində işləyən və çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar olaraq yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxslərin, habelə sanitariya norma və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxslərin işdən kənarlaşdırılması ilə bağlı təkliflər hazırlamaq və müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərə məxsus binalarda, qurğularda, sahələrdə, ərazilərdə, qida məhsulları daşınan nəqliyyat vasitələrində dezinfeksiya, dezinseksiya, deratizasiya və qida təhlükəsizliyi ilə bağlı digər tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Regional bölmənin fəaliyyət istiqamətləri üzrə aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və müvafiq hesabatları regional bölmə rəhbərinə təqdim etmək;
  • Sektorun işçiləri arasında vəzifə bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, barələrində intizam və həvəsləndirmə tədbirlərinin görülməsi məqsədilə regional bölmə rəhbərinə təqdimatlar vermək;
  • Sektorun əməkdaşları tərəfindən xidməti vəzifələrini yerinə yetirərkən onlara məlum olan xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını qanunvericiliyə uyğun olaraq təmin etmək;
  • Sektorun fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərin baxılmasını təmin etmək və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: tibbi profilaktika, aqronomluq, baytarlıq, qida məhsullarının texnologiyası, standartlaşdırma və sertifikasiya (sahələr üzrə), istehlak mallarının keyfiyyət ekspertizası (sahələr üzrə), ərzaq məhsullarının əmtəəşünaslığı, balıqçılıq, aqrokimya və aqrotorpaqşünaslıq ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: 2 il ümumi iş stajı
  • Kompyuter tələbləri: MS Windows, MS Offıce, Internet və s. yüksək səviyyədə
  • Xarici dil bilikləri: İngilis dili-A2;Rus dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat AC4
Müsahibə elanının tarixi 05.02.2019 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 07.03.2019 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 5 fevral 2019-cu il tarixdən 7 mart 2019-cu il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir