Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Kənd Təsərrüfatı Nazirliyi |
Struktur bölmə |
Dövlət Aqrar İnkişaf Mərkəzləri, Quba Dövlət Aqrar İnkişaf Mərkəzi, Maliyyə-təsərrüfat sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
baş məsləhətçi - mühasib (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
7 |
Aylıq vəzifə maaşı |
340 |
Qulluq funksiyaları |
-
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin
hazırlanmasını, əmək haqqı fondunun sərf olunmasının, əmtəə-mal
qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasını təmin
etmək;
- İnzibati təsərrüfat və digər xərclərin, debitor borcların, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etmək;
- Səlahiyyəti daxilində sektora daxil oaln ərizə, təklif və şikayətləri araşdıraraq cavablandırılması ilə bağlı tədbirlər görmək;
- Mərkəzin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək;
- Mərkəzin istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə,hesabat və kredit əməliyyatlarının uçotunu aparmaq;
- İş və xidmətlərin maya dəyəri hesabatının tərtibini,dövlət büdcəsinə məcburi ödəmələrin, dövlət sosial sığorta fonduna ayırmaların və ödəmələrin aparılmasını həyata keçirmək;
- Sektor müdiri və rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək, əmək və icra intizamına riayət etmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsil tələbləri: mühasibat ucotu və audit, maliyyə və kredit, iqtisadiyyat və idarəetmə, maliyyə və kredit ixtisas istiqamətləri üzrə ali təhsil
-
Staj tələbi: 1 il ümumi iş stajı
-
Kompyuter tələbləri: MS Office Proqramlarından və ofis texnikasıdan istifadə qabiliyyəti
-
Xarici dil bilikləri: yoxdur
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
BB3 |
Müsahibə elanının tarixi |
02.08.2019 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
02.09.2019 18:00 |
Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər.
Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir.
Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir.
Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 2 avqust 2019-cu il tarixdən 2 sentyabr 2019-cu il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.