Qulluq funksiyaları |
-
Şöbənin
işini təşkil etmək, işçilərin işə davamiyyətinə və əmək intizamına
nəzarəti təmin etmək;
- Heyvandarlığın bütün sahələri üzrə Dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
- Elmi nailiyyətləri və qabaqcıl təcrübəni heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin təsərrüfatlarında tətbiq etməklə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın artırılması yönümündə tədbirlər görmək, mülkiyyət formasından asılı olmayaraq, heyvandarlıq məhsulları istehsalçıları ilə istehlakçılar arasında əlaqələri təkmilləşdirmək;
- Bazar iqtisadiyyatına uyğun olaraq heyvandarlıq məhsullarının istehsalı, tədarükü, emalı, idxalı və ixracı ilə bağlı proqramların və proqnoz məlumatlar hazırlamaq, respublikada mövcud olan qiymətli yerli heyvan cinslərinin genefondunun qorunub saxlanması və daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər görmək;
- Özəl damazlıq təsərrüfatlarının yaradılması işlərini təşkil etmək;
- Heyvandarlıq məhsulları istehsalının artırılmasına və emal sahələrinin inkişafına yönəldilmiş xüsusi proqram və layihələr hazırlamaq;
- Heyvandarlığın inkişaf etdirilməsi məqsədilə yeni texnologiyaların tətbiq olunmasında heyvandarlıqla məşğul olan sahibkarlara qısamüddətli treninqlərin keçirilməsini, maldarlıq, qoyunçuluq, donuzçuluq, quşçuluq, atçılıq, arıçılıq və heyvandarlıq məhsullarının sərgi-satış yarmarkalarını təşkil etmək;
- Heyvandarlıq sahəsində beynəlxalq, elmi-texniki və iqtisadi əməkdaşlıq məsələlərində iştirak etmək;
- Yay və qış otlaqlarının səmərəliliyini artırmaq, məhsuldarlığını yüksəltmək, ot örtüyünün botaniki tərkibini yaxşılaşdırmaq üçün Milli Proqramların hazırlanmasında iştirak edir və həyata keçirilməsində yaxından köməklik göstərmək, sahibkarların ortaq problemlərini həll etmək məqsədilə heyvandarlıq cəmiyyətlərinin yaradılmasını təşkil etmək və onların işini əlaqələndirmək;
- Ölkədə heyvandarlıq məhsullarının istehsalı və emalı istehsalçılarına zəruri xidmətlərin göstərilməsi, emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı proqramlar hazırlayaraq icrasını təmin etmək;
- Heyvandarlıq məhsullarının istehsalının artırılması, onların emalının genişləndirilməsi, itkilərin qarşısının alınması və məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə texniki, texnoloji, təşkilatı və iqtisadi tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Yem ehtiyyatlarından səmərəli istifadə olunması üzrə tədbirlər həyata keçirir və tövsiyələr hazırlamaq;
- Müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilən yay və qış otlaqlarının təyinatı üzrə istifadəsi barədə təkliflər vermək, həmçinin yay və qış otlaqlarından istifadənin səmərəliyini artırmaq, ot örtüyünün botaniki tərkibini yaxşılaşdırmaq və heyvandarlığın yem bazasını möhkəmləndirmək üçün müvafiq tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Heyvandarlıq sahəsində sərgilərin, aksuonların, yarmarkaların təşkili yolu ilə istehsalçılarla istehlakçılar arasında əlaqələrin yaradılmasına köməklik etmək;
- Heyvandarlıq məhsullarının istehsalının və idxalının tənzimlənməsində ərzaq məhsulları ehtiyyatlarının yaradılmasında və daxili bazarın qorunmasında səlahiyyətləri daxilində iştirak etmək;
- Aqrar bölməyə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi üçün məqsədyönlü iş aparmaq;
- Heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə informasiya məsləhət xidmətləri göstərmək;
- Şöbənin işçiləri arasında vəzifə bölgüsü aparmaq, şöbəyə daxil olan müraciətlərin və digər sənədlərin işçilər arasında bölüşdürülməsini, onlara baxılmasını, cavablandırılmasını və digər müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Sahə üzrə normativ hüquqi aktların, əmr, sərəncam və qərar layihələrinin hazırlanmasında iştirak etmək və bu barədə təkliflər vermək;
- Şöbənin fəaliyyəti üzrə sənədlərin müəyyən olunmuş qaydada aidiyyəti üzrə və ya arxivə təhvil verilməsinə nəzarət etmək;
- Nazirliyin rəhbərliyinin digər xidməti tapşırıqlarını yerinə yetirmək və aidiyyəti məsələlərlə bağlı vətəndaşların qəbulunu həyata keçirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsil tələbləri: zootexniklik, baytarlıq, balıqçılıq, balıqçılıq, biologiya ixtisas istiqamətləri üzrə ali təhsil
-
Staj tələbi: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
-
Kompyuter tələbləri: MS Windows. MS Office. Internet və s. (yüksək səviyyədə)
-
Xarici dil bilikləri: Rus dili-B1;İngilis dili-B1;
|