Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Təhsil Nazirliyi |
Struktur bölmə |
Samux rayon Təhsil Şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
baş mühasib (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
7 |
Aylıq vəzifə maaşı |
340 |
Qulluq funksiyaları |
- Direktiv orqanlarından daxil olmuş qərar, sərəncam və əmrlərin vaxtında icra edilməsi
- İlkin uçot sənədlərinin və mühasibat registrlərinin tərtibi
- Uçotun milli mühasibat uçotu standartlarına və dövlət büdcəsindən maliyyələşən təşkilatlar üçün bu standartlara uyğun müəyyənləşdirilmiş hesablar planına uyğun aparılması
- Müvafiq maliyyə hesabatlarının hazırlanması
- Daxil olan pul vəsaitlərinin, əsas vəsaitlərin uçotunun aparılması
- Xərclər smetasının hazırlanması və icrası
- Təsərrüfat, maliyyə fəaliyyəti üzrə bütün əməliyyatların uçotunun aparılması və bu əməliyyatların uçotunun nəticələrinin mövcud qaydada maliyyə və mühasibat hesabatlarında əks etdirilməsi
- Hesablaşmaların və ödəniş öhdəliklərinin aparılmasına, əmək haqqı fondunun sərf olunmasına, vəzifə maaşlarının təyin edilməsinə, pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkili
- Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi
- İnzibati-təsərrüfat və digər xərclərin, debütor borcların, çatışmazlıqların və digər itkilərin mövcud qaydalara uyğun mühasibat uçotunda əks etdirilməsi
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin mövcud qaydada yerinə yetirilməsinə nəzarət
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsil tələbləri: mühasibat ucotu və audit, maliyyə və kredit, statistika, iqtisadiyyatın tənzimlənməsi, təhsil, elm və sosial mədəni sahənin iqtisadiyyatı, iqtisadi nəzəriyyə, iqtisadiyyatın hüquqi tənzimlənməsi, iqtisadi kibernetika, əməyin iqtisadiyyatı və sosialogiyası, istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi (sahələr üzrə) ixtisas istiqamətləri üzrə ali təhsil
-
Staj tələbi: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompyuter tələbləri: MS Windows, MS Office, Internet və s, (orta səviyyədə)
-
Xarici dil bilikləri: yoxdur
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
BB3 |
Müsahibə elanının tarixi |
02.08.2019 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
02.09.2019 18:00 |
Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər.
Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir.
Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir.
Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 2 avqust 2019-cu il tarixdən 2 sentyabr 2019-cu il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.