Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə: Füzuli rayon, Əhmədbəyli kəndi
|
Dövlət orqanı |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Struktur bölmə |
Nazirliyin yanında Dövlət Məşğulluq Xidməti, Rayon (şəhər) məşğulluq mərkəzləri, Füzuli rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
7 |
Aylıq vəzifə maaşı |
335 |
Qulluq funksiyaları |
- Sosial müdafiəyə daha çox ehtiyacı olan
vətəndaşların kvota üzrə mövcud boş (vakant) iş yerləri haqqında məlumatlara
müvafiq olaraq münasib iş yerlərinə göndərilməsinin və işə qəbul olunması
haqqında məlumatın alınmasının təmin edilməsinə nəzarət edir;
- işsizlik müavinəti alan vətəndaşların hər ay yenidən qeydiyyatının aparılmasına nəzarət edir;
- işaxtaran və işsiz vətəndaşlara müvafiq arayışların verilməsinə nəzarət edir;
- işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinə dair aylıq, rüblük və illik hesabatların hazırlanmasına nəzarət edir;
- işaxtaran və işsiz vətəndaşları qəbul edir və onlara sosial müdafiə sahəsində məşğulluq xidməti orqanlarının imkanları haqqında məlumatlar verir;
- məşğuluğun təmin edilməsi sahəsində məlumatı və hesabatı təqdim etməyən işəgötürənlərə qarşı müvafiq razılıq alındıqdan sonra Məşğulluq Mərkəzinin direktorunun əmrinə əsasən inzibati cərimənin tətbiqi ilə əlaqədar protokolun tərtib edilməsinə nəzarət edir;
- məşğulluğun təmin edilməsi sahəsində məlumatı və hesabatı təqdim etməyən işəgötürənlərə qarşı görülmüş tədbirlər barədə hesabat hazırlanmasına nəzarət edir;
- “Protokol və Qərarların qeydiyyatı kitabı”nın müvafiq qeydlərin aparılmasına nəzarət edir;
- vətəndaşların ərizə və müraciətlərinə baxılmasına nəzarət edir;
- sektorun qarşısında duran vəzifələrin yerinə yetirilməsini, rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə icrasını, sektor işçilərinin əməyinin səmərəli və düzgün təşkil olunmasını təmin edir;
- sektorun işini təşkil edir, qarşılıqlı əvəzolunma əsasında iş bölgüsü aparır, işçilərin fəaliyyətinə nəzarət edir;
- sektora məxsus inventar və avadanlıqların qorunub saxlanmasına, səmərəli istifadə olunmasına məsuliyyət daşıyır.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsil tələbləri: hüquqşünaslıq , iqtisadiyyat və idarəetmə, beynəlxalq hüquq ixtisas istiqamətləri üzrə ali təhsil
-
Staj tələbi: 2 il ümumi iş stajı
-
Kompyuter tələbləri: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (yüksək səviyyədə)
-
Xarici dil bilikləri: Rus dili-A1;
|
Xüsusi tələblər |
Təşkilatçılıq səriştəsi (yüksək), problemi həll etmək səriştəsi (yüksək), qərarvermə qabiliyyəti (yüksək), ünsiyyət qabiliyyəti (yüksək) |
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
AC4 |
Müsahibə elanının tarixi |
02.08.2019 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
02.09.2019 18:00 |
Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər.
Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir.
Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir.
Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 2 avqust 2019-cu il tarixdən 2 sentyabr 2019-cu il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.