Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə: Bakı şəhəri, S.Əsgərova 85
|
Dövlət orqanı |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Struktur bölmə |
İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi, Kommunikasiya sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
5 |
Aylıq vəzifə maaşı |
680 |
Qulluq funksiyaları |
- Şöbənin
Əsasnaməsinə uyğun olaraq sektorda çalışan işçilər arasında iş bölgüsünü
müəyyənləşdirir və şöbə müdirinə təqdim edir;
- Nazirliyin fəaliyyəti ilə bağlı videoçarxların,
infoqrafikaların, reklam lövhələrinin, afişaların və s. reklam məhsullarının hazırlanmasının
təşkili;
- Nazirliyin fəaliyyəti, həyata keçirilən islahatlar
və görülən işlər barədə KİVə müsahibələrin təşkili;
- Bölgələrdə və Bakıda özünüməşğulluq proqramı çərçivəsində
aktivlərin verilməsi, mənzillərin və fərdi evlərin paylanması, protez-ortopedik
vasitələrin evlərdə vətəndaşlara təqdim edilməsi tədbirlərinin təşkil edilməsi
və KİV-də yayımının təmin edilməsi;
- Nazirliyin ayrı-ayrı struktur bölmələrinin,
tabeliyində olan qurumların rəsmi internet saytlarının fəaliyyətinin
monitorinqini və bu sahəyə nəzarəti həyata keçirmək, onların fəaliyyətinə əməli
və metodik köməklik göstərmək;
- rəhbərlik tərəfindən
verilmiş tapşırıqları yerinə yetirmək;
- sektorun fəaliyətinin
təkmilləşdirilməsi istiqamətində öz səlahiyyəti daxilində təkliflər vermək;
- şöbə müdiri tərəfindən
sektora tapşırılmış digər sənədlərin layihələrinin müəyyən edilmiş müddətdə və
keyfiyyətlə hazırlayaraq təqdim edir;
- nazirliyin rəhbərliyinin
tapşırıqlarının, əmrlərinin, sərəncamlarının, kollegiya qərarlarının qüvvədə
olan qanunvericiliyə uyğun olaraq sektorda çalışan işçilər tərəfindən yerinə
yetirilməsinə nəzarət edir;
- KİV-in mətbuat
konfranslarına və tədbirlərə dəvət edilməsi;
- Jurnalist sorğularının cavablandırılmasını təmin etmək və vətəndaş müraciətlərinə baxmaq;
- Abunəliklə bağlı təkliflərin hazırlanması;
- Dövlət Proqramlarının, Strateji Yol Xəritələrinin, Nazirliyin Əmr və Kollegiya qərarlarından irəli gələn tapşırıqların icrası;
- Nazirliyin saytında məlumatların yenilənməsini təmin edir;
- Nazirliyin struktur bölmələrinin mətbuat katibləri ilə kordinasiya.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsil tələbləri: standartlaşdırma və sertifikasiya (sahələr üzrə), hüquqşünaslıq, jurnalistika, filologiya, beynəlxalq münasibətlər, beynəlxalq hüquq, tarix, politologiya, regionşünaslıq (regionlar üzrə) ixtisas istiqamətləri üzrə ali təhsil
-
Staj tələbi: 4 il ümumi iş stajı
-
Kompyuter tələbləri: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (yüksək səviyyədə)
-
Xarici dil bilikləri: Rus dili-B1;İngilis dili-A2;
|
Xüsusi tələblər |
Təşkilatçılıq səriştəsi (yüksək), problemi həll etmək səriştəsi (yüksək), qərarvermə qabiliyyəti (yüksək), ünsiyyət qabiliyyəti (yüksək) |
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
AB3 |
Müsahibə elanının tarixi |
02.08.2019 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
02.09.2019 18:00 |
Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər.
Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir.
Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir.
Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 2 avqust 2019-cu il tarixdən 2 sentyabr 2019-cu il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.