Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondu, Respublika üzrə rayon şöbələri, Oğuz rayon şöbəsi, mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbəri - şöbə müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Struktur bölmə Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondu, Respublika üzrə rayon şöbələri, Oğuz rayon şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbəri - şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 6
Aylıq vəzifə maaşı 440
Qulluq funksiyaları
  • Şöbənin fəaliyyətinə rəhbərlik edilməsi, vəzifə və funksiyalarına müvafiq olaraq işinin təşkil edilməsi; 
  • işçilər arasında vəzifə bölgüsünü aparır,  şöbənin sektorlarının və ayrı-ayrı işçilərin iş planını təsdiq edir, onların həyata keçirilməsinə nəzarət edir;
  • müəyyən edilmiş qaydada şöbənin işçi ilə komplektləşdirmə məsələlərini yerinə yetirir; 
  • rayon ərazisində fəaliyyət göstərən bütün fiziki şəxslərin məcburi dövlət sosial sığortasına cəlb olunmasının təmin edilməsi; 
  • məcburi dövlət sosial sığorta haqları üzrə daxil olan vəsaitlərin düzgün xərclənməsinə nəzarətin təmin edilməsi; 
  • məcburi dövlət sosial sığorta haqlarını ödəməyən və ya ödənilməsini  gecikdirən bütün sığortaedənlərin hesablaşma, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və maliyyə sanksiyalarının ödənilməsi üçün banka və ya digər kredit təşkilatına sərəncamların təqdim edilməsi və onların icrasının izlənilməsinin təmin edilməsi; 
  • ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi məqsədilə iddia qaldırılması üçün tədbirlərin görülməsi; 
  • müavinətlərin, sosial yardımların və digər ödənişlərin qanunvericiliklə müəyyən olunmuş qaydada düzgün və öz vaxtında təyin olunması və ödənilməsi işini təşkil edir; 
  • qanunvericilik dairəsində inzibati qaydada cərimələrin tətbiq edilməsinə dair qərarların verilməsi, vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin təşkil edilməsi; 
  • pensiyaların maliyyə təminatı və ödənişinə nəzarət üzrə tədbirlərin yerinə yetirilməsi; 
  • vergilərin vaxtında və düzgün ödənilməsinin təmin edilməsi; 
  • müvafiq hesabatların müəyyən edilmiş qaydada Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmasının təmin edilməsi; 
  • pensiya, müavinət, sosial yardım və digər ödənişləri təyin edən komissiyanın işinə rəhbərlik etməklə onun çıxardığı qərarların düzgünlüyünü təsdiq edir; 
  • pensiya, müavinət, sosial yardım və digər ödənişlərin təyin olunması üçün müraciət edən vətəndaşların pensiya, müavinət, sosial yardım və digər ödənişlərlə təmin olunması məsələlərinə baxır; 
  • pensiyaların, müavinətlərin, sosial yardımların və digər ödənişlərin ödənilməsinə dair və digər xərclər barəsində hesabatın tərtib edilərək aidiyyəti  orqanlara təqdim olunmasına, maliyyə ştat intizamına riayət olunmasına, pul vəsaitlərinin təyinatı üzrə düzgün xərclənməsinə, qiymətli inventar və avadanlıqların qorunub saxlanmasına nəzarəti həyata keçirir;
  • vətəndaşları qəbul edir, onların ərizə, şikayət və təkliflərinə baxır və həll edilməsi üçün müvafiq tədbirlər görür; 
  • kadrların  hazırlığı və biliklərinin artırılması işinə rəhbərlik və nəzarət edir; 
  • qanunvericiliklə müəyyən edilmiş qaydada tənha ahıl vətəndaşların, başqasının köməyinə ehtiyacı olan tənha əlillərin müəyyən edilməsi, onlara müxtəlif növ sosial – məişət xidməti göstərilməsi işini təşkil edir, zəruri hallarda onların internat evlərində yerləşdirilməsi məsələsini həll edir; 
  • başqasının köməyinə ehtiyacı olan tənha şəxslərin mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar tərəfindən hamiliyə götürülməsi işini təşkil edir;
  • ahıl və tənha vətəndaşlara müxtəlif növ xidmətlərin göstərilməsi işlərinin yerinə yetirilməsinə köməklik göstərir;
  • əhalinin sosial müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlayır və s.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: iqtisadiyyat və idarəetmə, beynəlxalq hüquq, hüquqşünaslıq ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: 3 il dövlət qulluğu stajı və yaxud 4 il ümumi iş stajı
  • Kompyuter tələbləri: MS Windows, MS Office, Internet və s. (yüksək səviyyədə)
  • Xarici dil bilikləri: Rus dili-A2;İngilis dili-A1;
Xüsusi tələblər Təşkilatçılıq səriştəsi (yüksək), problemi həll etmək səriştəsi (yüksək), qərarvermə qabiliyyəti (yüksək), ünsiyyət qabiliyyəti (yüksək)
Müsahibədə iştirak etmək hüququ verən sertifikat AC2
Müsahibə elanının tarixi 02.08.2019 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 02.09.2019 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 2 avqust 2019-cu il tarixdən 2 sentyabr 2019-cu il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir