Ekologiya və Təbii Sərvətlər Nazirliyi
5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ətraf mühitin monitorinqi və ekoloji maarifləndirmə sektoru, sektor müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Struktur bölmə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ətraf mühitin monitorinqi və ekoloji maarifləndirmə sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 7
Aylıq vəzifə maaşı 555
Qulluq funksiyaları
  • sektorun iş fəaliyyətini təşkil etmək və ümumi rəhbərliyi həyata keçirimək;
  • xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi sahəsində monitorinqlərin keçirilməsinin təşkili; 
  • təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyət növləri nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün tədbirlərin görülməsi üzrə təkliflərin hazırlanmasının təmin edilməsi;
  • inzibati ərazilərdə ətraf mühiti çirkləndirici mənbələrin uçotunun aparılmasının, onların ekoloji zərərlilik dərəcəsinin müəyyənləşdirilməsinin, bunların aradan qaldırılması üzrə təkliflərin hazırlanmasının təşkili;
  • ətraf mühitə zərərli maddələr atılmasının (axıdılmasının) limitlərinin müəyyən edilməsində iştirakın təşkili; 
  • xidməti ərazidə obyektlərin təbiəti mühafizə təyinatlı qurğularının, avadanlıqlarının istismara buraxılması üzrə yaradılmış komissiyalarda iştirakın təşkili;
  • ətraf mühitin çirkləndirilməsi ilə əlaqədar torpaqdan, su hövzələrindən və atmosfer havaasından nümunələrin götürülərək analitik ölçmələr və labaratoriya analizlərinin aparılmasının təşkili; 
  • atmosfer havasına, su obyektlərinə, torpağa, yerin təkinə, bitki örtüyünə və heyvanat aləminə antropogen təsirlərin müəyyən edilməsi məqsədilə monitorinq müşahidələrinin təşkili;
  • keçirilmiş monitorinqlərin nəticələri əsasında məlumat bazasının yaradılmasının təşkili; 
  • hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühit və təbii sərvətlərin mühafizəsi və istifadəsi sahəsində qanunvericiliyə riayət olunmasına, ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsinə, ekoloji şəraitin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsində nəzarətdə iştirakın təşkili;
  • xidməti ərazidə ətraf mühitin mühafizəsi sahəsində ekoloji maarifləndirmənin həyata keçirilməsinin təşkili; 
  • əhalinin ekoloji maarifləndirilməsi üzrə dövlət və regional proqramların işlənilməsi və təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və proqramın həyata keçirilməsində iştirak; 
  • xidməti ərazidə ətraf mühitin ekoloji vəziyyəti, bu sahədə aşkar edilmiş nöqsan və çatışmazlıqlar, həmin istiqamətdə görülən tədbirlər haqqında KİV-ə məlumatların verilməsinin təşkili; 
  • ətraf mühitin monitorinqi və ekoloji maarifləndirmənin nəticələri barəsində idarənin rəhbərliyinə, baş idarəyə və Nazirliyə aidiyyatı üzrə məlumatların verilməsi;
  • daxil olan şikayət və məlumatların araşdırılmasının və cavablandırılmasının təşkili;
  • Xidməti ərazidə fəaliyyət göstərən xarici şirkətlərə məxsus obyektlərdə mütəmadi olaraq keçirilən monitorinq və maarifləndirmə tədbirlərində, həmçinin ətraf mühitə müdaxilələrin təhlilində, proqnozlaşdırılmasında iştirak edilməsi;
  • Qeyri hökumət təşkilatları, xarici şirkətlərlə birlikdə ətraf mühitin mühafizəsi sahəsində keçirilən dəyirmi masa, görüşlərdə, ekologiya sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edilməsi.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: təbiət elmləri istiqamətləri, ekologiya və təbiətdən istifadə, inzibati idarəetmə, texniki istiqamətlər, kimya və biologiya ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: 2 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internet və s, (orta-yüksək səviyyədə)
  • Xarici dil bilikləri: İngilis dili-B1;Rus dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat AC4
Müsahibə elanının tarixi 17.09.2019 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 17.10.2019 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 17 sentyabr 2019-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir