Qida Təhlükəsizliyi Agentliyi
Şamaxı regional bölmə, Bitki sağlamlığı və fitosanitar nəzarəti sektoru, sektor müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Qida Təhlükəsizliyi Agentliyi
Struktur bölmə Şamaxı regional bölmə, Bitki sağlamlığı və fitosanitar nəzarəti sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 7
Aylıq vəzifə maaşı 555
Qulluq funksiyaları
  • Regional bölmənin əhatə dairəsində karantin obyekti olan bitki zərərvericilərinin, xəstəlik törədicilərinin və alaq otlarının geniş yayılmasının qarşısını almaq, onların mənbələrini ləğv etmək üçün karantin məhdudiyyət tədbirlərinin görülməsi ilə bağlı regional bölmə rəhbərinə müvafiq məlumatları vermək;
  • Bitki sağlamlığı və fitosanitar nəzarəti sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı regional bölməyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsini təmin etmək;
  • Karantin obyektlərinin siyahısının hazırlanması, müəyyənləşdirilmiş ərazidə fitosanitar karantin rejiminin elan edilməsi və götürülməsi barədə regional bölmə rəhbərinə təkliflər vermək;
  • Bitki sağlamlığı ilə bağlı dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə aparılan yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı), qida məhsullarının təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsi barədə qərar qəbul edilməsi, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması və qanunla nəzərdə tutulmuş digər tədbirlərin görülməsini təmin etmək;
  • Bitki sağlamlığına dair dövlət siyasətinin və normativ tənzimləmənin təmin edilməsi məqsədi ilə sertifikat, arayış, şəhadətnamə və.s icazə sənədlərinin hazırlanmasını təmin etmək;
  • Regional bölməyə daxil olan inzibati ərazi vahidlərində pestisidlərin, bioloji vasitələrin və aqrokimyəvi maddələrin istehsalına, saxlanmasına, satışına və tətbiqinə dair dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək və bu sahədə müvafiq təkliflər vermək;
  • Bitki mühafizəsi sahəsində, habelə pestisidlərin, aqrokimyəvi maddələrin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin toksikoloji təsiri, ətraf mühitin çirklənməsi, keyfiyyətini itirmiş və istifadəsi qadağan olunmuş kimyəvi maddələrin zərərsizləşdirilməsi məsələlərində Agentlik Aparatının müvafiq struktur bölməsi ilə birgə fəaliyyət göstərmək;
  • Regional bölməyə daxil olan inzibati ərazi vahidlərində ölkəyə idxal olunan pestisidlərin, aqrokimyəvi maddələrin, bioloji və digər preparatların qeydiyyatının aparılmasında və istifadəsinə icazə verilmiş preparatların siyahısının hazırlanması, habelə həmin preparatların qeydiyyata alınmasını təmin etmək;
  • Regional bölmənin əhatə dairəsində bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə onların müraciəti əsasında bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr vermək;
  • Bitki sağlamlığı sahəsində qanunvericiliyin pozulmasının qarşısını almaq məqsədilə hüquqi və fiziki şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhdudiyyət, xəbərdarlıq və digər profilaktik tədbirlər tətbiq edilməsi ilə bağlı aidiyyəti struktur bölməyə təkliflər vermək;
  • Sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda və digər istehsalat binalarında, satış yerlərində bitki mühafizə vasitələrinin, dərmanlanmış toxum və əkin materiallarının saxlanılmasının və satışının qadağan edilməsi ilə bağlı aidiyyəti struktur bölməyə təkliflər vermək;
  • İstifadəyə yararsız və yüksək toksiki xassəyə malik preparatlardan istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydada qadağan edilməsi və dövriyyədən çıxarılıb məhv olunması haqqında regional bölmə rəhbərinə təkliflər vermək; 
  • Karantin tətbiq edilən zərərli orqanizmlərin regional bölməyə daxil olan bir ərazidən digər əraziyə yayılmasının qarşısının alınması, həmin ərazidə fitosanitar tədbirlərin həyata keçirilməsi üçün karantin postlarının qoyulması, onların sayı və yerləşməsi barədə təkliflər vermək;
  • Bitkilərin zərərli orqanizmlərlə sirayətlənmək təhlükəsi müəyyən edildikdə, bu təhlükəni yaradan subyektlər barədə tədbirlər görülməsi üçün Agentlik Aparatının aidiyyəti struktur bölməsinə müraciət etməklə bağlı təkliflər vermək;
  • Torpaq istifadəçiləri tərəfindən aqrotexniki, kimyəvi, bioloji və digər tədbirlərin aparılmasına, bitki mühafizəsi vasitələrinin istifadəsinə dair reqlamentlərin hazırlanmasında regional bölmənin təkliflərinin aidiyyəti struktur bölməyə çatdırılmasını təmin etmək;
  • Qanunvericiliyə uyğun olaraq dövlət sınağından keçməmiş, qeydə alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalının, daşınmasının, satışının, idxalının, ixracının və təkrar ixracının qarşısının alınması üçün müvafiq təkliflər vermək; 
  • Regional bölməyə daxil olan inzibati ərazi vahidlərinin bitki sağlamlığı vəziyyəti barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada regional bölmə rəhbərinə hesabat vermək;
  • Sektorun işçiləri arasında vəzifə bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, barələrində intizam və həvəsləndirmə tədbirlərinin görülməsi məqsədilə regional bölmə rəhbərinə təqdimatlar vermək;
  • Sektorun əməkdaşları tərəfindən xidməti vəzifələrini yerinə yetirərkən onlara məlum olan xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını qanunvericiliyə uyğun olaraq təmin etmək;
  • Sektora daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: aqrokimya və torpaqşünaslıq, aqronomluq, kimya, biologiya ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: 2 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internet və s. yüksək səviyyədə
  • Xarici dil bilikləri: İngilis dili-A2;Rus dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat AC4
Müsahibə elanının tarixi 17.09.2019 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 17.10.2019 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 17 sentyabr 2019-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir