Qida Təhlükəsizliyi Agentliyi
Aparat, Bitki sağlamlığı şöbəsi, Bitki mühafizəsi vasitələri, gübrələr və pestisidlərin tənzimlənməsi sektoru, sektor müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Qida Təhlükəsizliyi Agentliyi üzrə: Az1022, Bakı şəhəri, Nizami r-nu, H.Əliyev pr-ti152, Çinar Plaza
Dövlət orqanı Qida Təhlükəsizliyi Agentliyi
Struktur bölmə Aparat, Bitki sağlamlığı şöbəsi, Bitki mühafizəsi vasitələri, gübrələr və pestisidlərin tənzimlənməsi sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 5
Aylıq vəzifə maaşı 960
Qulluq funksiyaları
  • Azərbaycan Respublikasının ərazisində karantin obyekti olan bitki zərərvericilərinin, xəstəlik törədicilərinin və alaq otlarının geniş yayılmasının qarşısını almaq, onların mənbələrini ləğv etmək üçün bitki mühafizəsi vasitələri, gübrələr və pestisidlərdən istifadə tədbirlərinin görülməsi ilə bağlı şöbə müdirinə məlumatların verilməsi;
  • Bitki sağlamlığı və fitosanitar nəzarəti sahəsində dövlət siyasətinin həyata keçirilməsində bilavasitə olaraq iştirak etmək;
  • Bitki sağlamlığı və fitosanitar nəzarəti sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək və bu prosesdə şöbə müdirinin göstərişlərini yerinə yetirmək;
  • Pestisidlərin, bioloji vasitələrin və aqrokimyəvi maddələrin istehsalına, saxlanmasına, satışına və tətbiqinə dair dövlət siyasətinin həyata keçirilməsində bilavasitə iştirak etmək və bu sahədə şöbə müdirinə müvafiq təkliflər vermək;
  • Bitki mühafizəsi sahəsində, habelə pestisidlərin, aqrokimyəvi maddələrin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin toksikoloji təsiri, ətraf mühitin çirklənməsi, keyfiyyətini itirmiş və istifadəsi qadağan olunmuş kimyəvi maddələrin zərərsizləşdirilməsi məsələlərində aidiyyəti dövlət strukturları ilə birgə fəaliyyət mexanizminin hazırlanmasında iştirak etmək və bu sahədə şöbə müdirinə təqdim etmək üçün müvafiq arayışlar hazırlamaq;
  • Pestisidlərin, aqrokimyəvi maddələrin, bioloji və digər preparatların qeydiyyatının aparılmasında və istifadəsinə icazə verilmiş preparatların siyahısının hazırlanması, habelə həmin preparatların qeydiyyata alınması və idxalına dair rəyin verilməsi işlərinə nəzarət etmək;
  • Səlahiyyətləri daxilində xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla müəyyən olunmuş qaydada qarşılıqlı əlaqələrin qurulması ilə bağlı şöbə müdirinə təkliflər vermək;
  • Bitkiçilikdə pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər bitki mühafizəsi vasitələrinin tətbiqi qaydalarını müəyyən edilməsini, bitki mühafizəsi üzrə normativ aktların layihələrinin hazırlanmasını təmin etmək; 
  • Bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə onların müraciəti əsasında bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr vermək;
  • Fəaliyyət istiqamətlərinə dair təlimatın, qaydaların, uçot və hesabat formalarının və layihələrinin qanunvericilikdə nəzərdə tutulan qaydada və müvafiq beynəlxalq təşkilatların tələblərinə uyğun hazırlanmasına nəzarət etmək; 
  • İstifadəyə yararsız və yüksək toksiki xassəyə malik preparatlardan istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydada qadağan edilməsi və dövriyyədən çıxarılıb məhv olunması haqqında qərar layihəsinin hazırlanmasını təmin etmək; 
  • Torpaq istifadəçiləri tərəfindən aqrotexniki, kimyəvi, bioloji və digər tədbirlərin aparılmasına, bitki mühafizəsi vasitələrinin istifadəsinə dair reqlamentlərin hazırlanmasını təmin etmək;
  • Qanunvericiliyə uyğun olaraq dövlət sınağından keçməmiş, qeydə alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalının, daşınmasının, satışının, idxalının, ixracının və təkrar ixracının qarşısının alınması üçün şöbə müdirinə  müvafiq təkliflər vermək; 
  • Ölkə ərazisində bitki mühafizəsi vasitələri, gübrələr və pestisidlərdən istifadənin vəziyyəti barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada şöbə müdirinə hesabat vermək;
  • Sektorun əməkdaşları barəsində həvəsləndirici və intizam tənbehi tədbirləri görülməsi üçün şöbə müdirinə təqdimatlar hazırlamaq;
  • Sektora daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: kimya, biologiya, aqrokimya və torpaqşünaslıq, aqronomluq ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: 4 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internet və s. orta səviyyədə
  • Xarici dil bilikləri: Rus dili-A2;İngilis dili-A2;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat AB3
Müsahibə elanının tarixi 17.09.2019 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 17.10.2019 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 17 sentyabr 2019-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir