Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə: Bakı şəhəri, Füzuli küçəsi 65
|
Dövlət orqanı |
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi |
Struktur bölmə |
Nəqliyyat və mühəndis təminatı şöbəsi, Nəqliyyat infrastrukturu sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdirinin müavini - sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1270 |
Qulluq funksiyaları |
- Komitə rəhbərliyinin əmr
və tapşırıqlarını, şöbə müdirinin tapşırıq və göstərişlərini, habelə şöbənin
Əsasnaməsinə uyğun olaraq şəhərsalma fəaliyyətində yol-nəqliyyat
infrastrukturunun planlanlaşdırılması və layihələndirilməsi istiqamətində, eləcə
də texniki normayaratma sahəsində Komitə qarşısında duran vəzifələrin yerinə
yetirilməsini təmin etmək;
- Şöbə müdirinin müəyyənləşdirdiyi
iş bölgüsünə və təlimatlara uyğun olaraq şöbədə çalışan dövlət qulluqçuları ilə
şöbə müdirinin müavini vəzifəsinə uyğun analoji iş aparmaq, onların işinə nəzarət
etmək və
fəaliyyətlərini əlaqələndirmək;
- Şöbə müdirinin göstəriş və
tapşırıqlarına uyğun olaraq müvafiq mərkəzi və yerli icra hakimiyyəti
orqanlarından daxil olan məktubları, direktiv sənədləri, yazışmaları və
digər işləri araşdırmaq və şöbənin işçiləri ilə birlikdə həmin sənədlərin
icrasını təmin etmək;
- Şöbə müdiri tərəfindən
verilən tapşırıqları yerinə yetirmək və zərurət yarandığı halda həmin
tapşırıqları şöbənin işçilərinə həvalə etmək və onlar tərəfindən bu işlərin
yerinə yetirilməsinə köməklik etmək;
- Komitənin tabeliyində olan
və digər təşkilatlardan daxil olan sorğu xarakterli məktub və sənədləri təhlil
edərək araşdırmaq, sorğulara cavab vermək və izahat işləri apararaq elmi cəhətdən
düzgün istiqamətləndirmək məqsədilə tövsiyələr vermək;
- Qüvvədə olan texniki norma
və standartlara əlavə və dəyişikliklərin edilməsi, şəhərsalma və tikinti sahəsi
üzrə şəhərlərin nəqliyyat planlanlaşdırılması və layihələndirilməsinə dair yeni
milli norma və standartların işlənilməsinə dair təkliflər vermək;
- Texniki normalar sahəsində
inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmək və onların qabaqcıl iş təcrübələrinin
respublikada tətbiq olunması üçün təkliflər hazırlayaraq şöbə müdirinə təqdim
etmək;
- Sektorun iş planını işçilərlə
birlikdə tərtib etmək şöbənin əməkdaşları arasında (lazım gəldikdə bir-birini əvəz
etməklə) iş bölgüsünü aparmaq üçün iş planını şöbə müdirinə təqdim etmək;
- Sektorda inzibati vəzifə
tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi üçün sənədlərin
hazırlanmasını təmin etmək;
- Sektorun işini səmərəli təşkil
etmək və işdə olan nöqsanların aradan qaldırılması üçün şöbə müdirinə təkliflər
vermək;
- Şöbə
müdirinin göstərişlərinin icrasını, habelə sektora həvalə olunmuş vəzifə və
funksiyaların yerinə yetirilməsini təmin etmək;
- Sektorda çalışan işçilər tərəfindən sənədlərin düzgün hazırlanmasına nəzarət
etmək və qərar qəbul etmək üçün şöbə müdirinə təqdim etmək;
- Sektorda
çalışan işçilər tərəfindən əmək və icra intizamına riayət olunmasına nəzarət
etmək;
- Digər cari məsələləri həll
etmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsil tələbləri: yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı, inşaat, nəqliyyat tikintisi ixtisas istiqamətləri üzrə ali təhsil
-
Staj tələbi: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
-
Kompyuter tələbləri: MS Windows, MS Office, Internet və s. (orta-yüksək səviyyədə)
-
Xarici dil bilikləri: Rus dili-A2;İngilis dili-A2;
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
AB2 |
Müsahibə elanının tarixi |
05.11.2019 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
25.11.2019 18:00 |
Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər.
Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir.
Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir.
Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 5 noyabr 2019-cu il tarixdən 25 noyabr 2019-cu il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.