Energetika Nazirliyi
Elektroenergetika və enerji səmərəliliyi şöbəsi, şöbə müdirinin müavini


Əlaqə məlumatları
Dövlət orqanı Energetika Nazirliyi
Struktur bölmə Elektroenergetika və enerji səmərəliliyi şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdirinin müavini (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1270
Qulluq funksiyaları
  • Energetika sahəsinin strukturunun təkmilləşdirilməsi və bura investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədilə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • Elektrik və istilik enerjisi istehsalı və istehlakının proqnozlaşdırılması və balansını hazırlamaq, texnoloji itkilərin hesabatını və analizini aparmaq;
  • Azərbaycan Respublikasının yanacaq-enerji balansının tərtib edilməsində və onun yerinə yetirilməsi üçün tədbirlərin görülməsində iştirak etmək;
  • Energetika sisteminin subyektlərinin (elektrik stansiya və şəbəkələrin) maya dəyəri, rentabellik məsələləri və texniki-iqtisadi göstəricilərinin analizini aparmaq;
  • Elektrik və istilik enerjisinə qənaətə görə müvafiq iqtisadi-maliyyə həvəsləndirilmə  mexanizminin yaradılması və tətbiqində, həmçinin enerjiyə qənaət edən proqramların enerjidən səmərəli istifadə fondundan maliyyələşdirilməsi istiqamətlərinin müəyyən edilməsində iştirak etmək;
  • Azərbaycan Respublikası enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • enerji səmərəliliyi,  alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahələrinin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət və sahə proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
  • enerji resurslarından səmərəli istifadə sahəsində iqtisadi, texniki və təşkilati tələblərin müəyyən edilməsi;
  • enerji resurslarından səmərəli istifadə mexanizmlərinin hazırlanmasının və həyata keçirilməsinin təmin edilməsi, həmçinin enerji resurslarından istifadənin səmərəliliyinin artırılması işlərinin əlaqələndirilməsinin həyata keçirilməsi;
  • enerjiyə qənaətə görə müvafiq iqtisadi-maliyyə həvəsləndirilməsi mexanizminin yaradılmasında və tətbiqində iştirak edilməsi;
  • enerjiyə qənaət edən proqramların enerjidən səmərəli istifadə fondundan maliyyələşdirilməsi istiqamətlərini müəyyən edilməsində iştirak edilməsi;
  • dövlət müəssisələri üzrə enerjidaşıyıcıların istehlak limitlərinin müəyyən olunmasında iştirak edilməsi;
  • müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün yanacaq-enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarını müəyyən edərək təsdiq edilməsi üçün rəhbərliyə təqdim edilməsi, təsdiq edilmiş normaların icrasına nəzarətin həyata keçirilməsi;
  • qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahələrində elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nəaliyyətlərin tətbiqinin təmin edilməsi;
  • alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasətinin formalaşdırlması üçün həyata keçirilən tədbirlərdə iştirak edilməsi;
  • enerji resurslarından istifadə sahəsində vəziyyətin və mövcud problemlərin təhlilinin aparılması, onların həlli yolları ilə bağlı təkliflərin hazırlanması, tədbirlərin həyata keçirılməsi;
  • enerji səmərəliliyinin təmin olunmasına dövlət dəstəyinin göstərilməsi, dövlət maliyyə yardımlarının ayrılması və digər güzəştlərin müəyyən edilməsi imkanlarını araşdırıb təkliflər hazırlanması, edilən yardım və güzəştlərdən təyinatı üzrə istifadə edilməsinə nəzarət edilməsi;
  • enerji səmərəliliyi sahəsində normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin həyata keçirilməsi;
  • yanacaq-energetika sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən irəli gələn vəzifələrin həyata keçirilməsində iştirak edilməsi;
  • enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına müəyyən zərərli təsir təhlükəsi yarandıqda, bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması üçün təkliflərin verilməsi;
  • yanacaq və energetika obyektlərinin tikilməsi və yenidən qurulması, qurğu və avadanlıqların quraşdırılması layihələrinin ekoloji və texniki ekspertizasının həyata keçirilməsində iştirak edilməsi;
  • yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində ətraf mühitin qorunması sahəsində elmi-texniki nəaliyyətlərin və beynəlxalq təcrübənin tətbiq edilməsində, müasir tipli texnologiyaların, avadanlıqların və cihazların tətbiqi və sınanmasında, istehsalat və məişət tullantılarının yerləşdirilməsinə dair tədbirlərdə iştirak edilməsi;
  • yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində ekologiya sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün iqtisadi stimulların hazırlanmasında iştirak edilməsi;
  • enerji səmərəliliyi,  alternativ və bərpa olunan enerji məbələrindən istifadə sahəsində əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştirak edilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin öz səlahiyyətləri daxilində təmin edilməsi və bu sahədə görülən işlərin əlaqələndirilməsi;
  • Nazirliyin müəyyən etdiyi bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar haqqında işlərə baxılması və müvafiq qərarlar qəbul edilməsi;
  • fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin və onların pozulmasının qarşısını alınmasının təmin edilməsi;
  • şöbənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxılması və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülməsi;
  • şöbə müdiri olmadıqda onun səlahiyyətlərinin müəyyən edilmiş qaydada həyata keçirilməsi;
  • Şöbənin effektiv fəaliyyətinin təşkilində bilavasitə iştirak etmək, görülən işləri təhlil etmək, nöqsanları aradan qaldırmaq üçün müvafiq təkliflər vermək;
  • Ona tapşırılan sahədə şöbə işçiləri arasında optimal vəzifə bölgüsünü aparmaq;
  • Şöbə işçilərinin müəyyən olunmuş qaydada həvəsləndirmə və intizam tədbiri görülməsi barədə şöbə müdirinə müvafiq təkliflər vermək;
  • Şöbəyə daxil olmuş sənədlərin icraçılar arasında bölüşdürülməsi və zəruri hallarda şöbə daxilində icraçısının dəyişdirilməsində iştirak etmək;
  • Tərtib olunan sənədlərdə məlumatların düzgünlüyü və keyfiyyətinə nəzarət etmək və lazım gələrsə işçilərə metodik kömək göstərmək;
  • Şöbə müdirinin işdə olmadığı dövrdə müvafiq qaydada onun vəzifəsini müvəqqəti icra etmək;
  • şöbə müdiri tərəfindən verilən digər vəzifələrin yerinə yetirilməsi.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: elektroenergetika, istilik elektrik stansiyaları, istilik elektrik stansiyalarında yanacaq və su texnologiyası, daxili yanma mühərrikləri, iqtisadiyyat və idarəetmə, texniki istiqamətlər, ekologiya ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: (MS WINDOWS, MS OFFICE, INTERNET və s.) – yüksək səviyyədə
  • Xarici dil bilikləri: İngilis dili-B1;Rus dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat AB2
Müsahibə elanının tarixi 13.01.2020 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 03.02.2020 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 13 yanvar 2020-ci il tarixdən 3 fevral 2020-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir