Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Dövlət Məşqulluq Xidməti, Samux rayon Məşğulluq Mərkəzi, aparıcı məsləhətçi


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə: Samux rayon, Nəbiağalı qəsəbəsi
Dövlət orqanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Struktur bölmə Dövlət Məşqulluq Xidməti, Samux rayon Məşğulluq Mərkəzi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı aparıcı məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 7
Aylıq vəzifə maaşı 270
Qulluq funksiyaları
  • Peşə hazırlığı və əlavə təhsil kurslarını, haqqı ödənilən ictimai işləri, peşəyönümü tədbirlərini təşkil edir və bu işlərin yerinə yetirilməsini təmin edir;
  • Hər ayın 10-dək Vergilər Nazirliyi tərəfindən verilmiş məlumatlara əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatların Mərkəzdə tam və dolğun qeydiyyata alınmasını təmin edir;
  • müəssisə və təşkilatlardan təqdim olunmuş boş iş yerləri (vakansiyalar)  haqqında məlumatları və işə qəbul edilən və işdən çıxarılan işçilər haqqında aylıq hesabatları qəbul edir, qeydiyyatının və uçotunun aparılmasını və eləcə də lokal şəbəkəyə ötürülməsini təmin edir;
  • boş (vakant) iş yerləri haqqında məlumatlara müvafiq olaraq işaxtaran və işsiz vətəndaşların iş yerlərinə göndərilməsini və nəticəsi barədə məlumatların alınmasını təmin edir;
  • işaxtaran və işsiz vətəndaşları qəbul edir və onlara məşğulluq xidməti orqanları tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri haqqinda məlumat verir
  • reklam-informasiya işlərinin təşkilini təmin edir;
  • işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə aktiv  məşğulluq tədbirlərinin keçirilməsində iştirak edir; 
  • əhalinin məlumatlandırılması üçün  məşğulluğa  dair hazırlanmış  izahatları, o cümlədən boş (vakant) iş yerləri haqqında məlumatları mütəmadi olaraq yeniləşdirməklə Məşğulluq Mərkəzinin reklam stendlərində yerləşdirir;
  • Qeydiyyatda olan işaxtaran və işsiz vətəndaşların qeydiyyat və uçot sənədlərinin vaxtaşırı inventarizasiyasının aparılmasını təmin edir;
  • işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinə dair aylıq, rüblük və illik hesabatların hazırlayır;
  • işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sahəsində görülən işlər haqqında məlumatların müvafiq proqramlara uyğun olaraq kompyuter vasitəsi ilə işlənməsini təmin edir;
  • sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşların kvota üzrə mövcud boş (vakant) iş yerləri haqqında məlumatlara müvafiq olaraq münasib iş yerlərinə göndərilməsini və işə qəbul olunması haqqında məlumatın alınmasını ümumiləşdirir;
  • işsizlik müavinəti alan vətəndaşların hər ay yenidən qeydiyyatının aparılmasına nəzarət edir;
  • işaxtaran və işsiz vətəndaşları qəbul edir və onlara sosial müdafiə sahəsində məşğulluq xidməti orqanlarının imkanları haqqında məlumatlar verir;
  • işaxtaran və işsiz vətəndaşlara müvafiq arayışların verilməsini  təmin edir;
  • işsizlik müavinətinin təyin olunması üçün təkliflər verir;
  • vətəndaşların ərizə və müraciətlərinə  baxır.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: ali təhsil
  • Staj tələbi: yoxdur
  • Kompyuter tələbləri: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (yüksək səviyyədə)
  • Xarici dil bilikləri: yoxdur
Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB4
Müsahibə elanının tarixi 08.02.2018 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 09.03.2018 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 8 fevral 2018-ci il tarixdən 9 mart 2018-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyatları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas asöektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir