Əmlak Məsələləri Dövlət Komitəsi
Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Maliyyə, mühasibat və təsərrüfat-təchizat şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri - baş mühasib


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Əmlak Məsələləri Dövlət Komitəsi üzrə: Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 261
Dövlət orqanı Əmlak Məsələləri Dövlət Komitəsi
Struktur bölmə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Maliyyə, mühasibat və təsərrüfat-təchizat şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı aparatında şöbə müdiri - baş mühasib (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı
Aylıq vəzifə maaşı 590
Qulluq funksiyaları
  • Şöbənin işinin təşkili və ona rəhbərlik edilməsi, işçilərin işə davamiyyətinə və əmək intizamına nəzarət edilməsi
  • Xidmətin aktivlərinin, öhdəliklərinin, kapitalının, gəlir və xərclərinin, təşkilatlararası hesablaşmalarının, pul vəsaitlərinin və maddi qiymətlilərinin və digər maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılması
  • Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq maliyyə Hesabatlarının tərtib və təqdim edilməsi, Xidmətin tabeliyində olan qurumlardan illik maliyyə hesabatlarını və həmin hesabatlarda qeyd olunan maddələr üzrə informasiyaların alınması
  • Əmək haqqı, mükafat və ştatların müəyyən edilməsi, dəyişdirilməsi, maddi-məsul şəxslərin işə qəbul edilməsi və işdən çıxarılması, mal-materialların mədaxil-məxaric və silinməsinə aid əmr, sərəncam və digər sənədlərin hazırlanmasında iştirak edilməsi
  • Xidmətin əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normativlərə və smetalara müvafiq olaraq istifadəsi, əmlakın mövcudluğu və hərəkəti, maliyyə təsərrüfat fəaliyyətindəki mənfi halları aşkar edib vaxtında aradan qaldırmaq üçün tədbirlərin həyata keçirilməsi
  • Xidmətin saxlanma xərcləri və fəaliyyəti üzrə büdcə və büdcədənkənar vəsaitlərinin layihəsinin tərtib və təqdim edilməsi, Xidmətin smeta ilə nəzərdə tutulan xərclərinin ödənilməsinin təmin edilməsi
  • Bank hesablarını, öhdəlikləri və hesablaşmaları üzrə xarici valyuta əməliyyatlarını, eləcə də xarici valyuta ilə daxil olmuş maddi sərvətləri, qeyri-maddi aktivləri, qiymətli kağızları və əmlakın digər növlərini mühasibat uçotunda əməliyyatın aparılma tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının qüvvədə olan valyuta məzənnələri üzrə xarici valyutanın yenidən haqq-hesab edilmə yolu ilə qiymətləndirərək müəyyən edilmiş məbləğdə manatla əks etdirilməsinin, eyni zamanda göstərilənlərin valyuta hesablaşmalarının və tədiyyələrinin analitik uçotunda da əks etdirməsinin təmin edilməsi
  • Ştat sayı və nəzərdə tutulmuş əməyin ödənilməsi fondu dairəsində Xidmətin ştat cədvəlinin hazırlanmasının təmin edilməsi
  • “Xəzinə uçotu haqında Təlimat”a uyğun olaraq Xidmətin gəlirlərinin və xərclərinin kassa icrasını bütünlüklə dövlət xəzinədarlığı vasitəsilə aparılmasının, bank işlərinin həyata keçirilməsinin, Xidmətin rəisinin göstərişi ilə bankda hesablaşma hesabı və digər hesabların açılması və bağlanılmasının təmin edilməsi, xəzinə uçotu və bank hesabları üzrə əməliyyatlara nəzarət edilməsinin təmin edilməsi, həmçinin Xidmətin tabeliyində olan təşkilatların bank və kassa hesabları üzrə əməliyyatların aparılmasına nəzarət edilməsi; Xidmətin işçilərinə verilən pul ödənişlərinin (əmək haqqı, mükafat, maddi yardım, ezamiyyə xərcləri və s.) hesablanmasının və ödənilməsinin təşkili; Xidmətin aktivlərinin və öhdəliklərinin inventarizasiyasının aparılması və faktiki mövcudluğunun aşkar edilməsi, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin yoxlanılması, inventarizasiya zamanı çatışmazlıq aşkar edilərsə maddi-məsul şəxslərin məsuliyyətə cəlb edilməsi üçün təqdimat verilməsinin təmin edilməsi; Xidmətin əmlakını, kapitalını, öhdəliklərini, dövriyyə aktivlərini, fondlarını və bütün maliyyə-təsərrüfat fəaliyyətindəki əməliyyatlarını mühasibat uçotunda və hesabatında düzgün əks etdirmək üçün onların ilkin və ya bərpa dəyəri ilə qiymətləndirilməsinin və yenidən qiymətləndirilməsinin təmin edilməsi; Xidmətdə struktur bölmələrin maddi-texniki təminatının, vəsait və avadanlıqların istifadəsinin, qorunub saxlanılmasının təşkili, habelə Xidmətin inzibati binasının mühafizəsi sahəsində tədbirlərin hazırlanıb həyata keçirilməsinin təmin edilməsi; Xidmətin strukturuna daxil olan və tabeliyində olan qurumların fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması və inkişafının qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinin təşkili;
  • Layihə, tikinti, yenidənqurma, təmir, abadlıq, reklam və təchizat işlərinin aparılması üçün təkliflərin verilməsi; Xidmətin və tabeliyində olan qurumların inzibati binalarının tikintisi məqsədilə torpaq sahələrinin ayrılması, habelə tikinti işlərinin aparılması üçün müvafiq texniki şərtlərin alınmasının təşkili; Xidmətin və tabeliyində olan qurumların inzibati binalarının tikintisi üçün layihə-smeta və digər texniki sənədlərin hazırlanmasının, müvafiq icra strukturları və digər qurumlarda razılaşdırılmasının təmin edilməsi; Tender komissiyalarında iştirak edilməsi; Xidmətin və tabeliyində olan qurumların inzibati binalarında yenidənqurma, əsaslı və cari təmirlərin aparılması məqsədilə həyata keçirilən işlərin icrasına nəzarət edilməsi; Xidmətin və tabeliyində olan qurumların inzibati binalarının inşasına, mövcud inzibati binalarda aparılması nəzərdə tutulan yenidənqurma, əsaslı və cari təmir işlərinin vaxtaşırı həyata keçirilməsinə nəzarət edilməsi; Tikintisi başa çatmış binaların istismarına icazə verilməsi üçün müvafiq sənədlərin hazırlanmasının təmin edilməsi və tədbirlər görülməsi; Şöbənin işçiləri arasında iş bölgüsünün aparılması; Şöbənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxılmasının və tədbirlər görülməsinin təşkili; Müvafiq sahəni tənzimləyən normativ-hüquqi, metodik və digər sənədlərin layihələrinin hazırlanmasının təşkili və ya onların hazırlanmasında iştirak edilməsi; Şöbənin fəaliyyətinin yekunu olan sənədlərin müəyyən olunmuş qaydada aidiyyəti üzrə və ya arxivə təhvil verilməsinin təmin edilməsi; Xidmətin müəyyən edilmiş vəzifə və hüquqlarının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan vahid informasiya sistemi tətbiq edilməklə həyata keçirilməsi; Xidməti vəzifələrin icrası ilə bağlı Komitə və Xidmət rəhbərliyinin tapşırıqlarının yerinə yetirilməsi.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompyuter tələbləri: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə)
  • Xarici dil bilikləri: yoxdur
Müsahibədə iştirak etmək hüququ verən sertifikat AB3
Müsahibə elanının tarixi 25.08.2017 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 14.09.2017 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 25 avqust 2017-ci il tarixdən 14 sentyabr 2017-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir