Əmlak Məsələləri Dövlət Komitəsi
Torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsi, məsləhətçi


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Əmlak Məsələləri Dövlət Komitəsi üzrə: Bakı ş. Xətai r. Y.Səfərov küç. 50
Dövlət orqanı Əmlak Məsələləri Dövlət Komitəsi
Struktur bölmə Torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 5
Aylıq vəzifə maaşı 560
Qulluq funksiyaları
  • Torpaqların dövlət idarəetməsinin təşkili, torpaq bazarının təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində həyata keçirilən işlərin əlaqələndirilməsində iştirak edilməsi və görülmüş işlər barədə məlumatların toplanılması və ümumiləşdirilməsində iştirak edilməsi;
  • Torpaq bazarının təşkili sahəsində şəffaflığı təmin etmək məqsədi ilə təkliflərin hazırlanmasında iştirak edilməsi;
  • Torpaqların idarə edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət sahəsində dövlət proqramlarının layihələrinin hazırlanmasında və onların həyata keçirilməsində iştirak edilməsi;
  • Torpaq sahələrinin normativ qiymətlərinin və dövlət torpaqlarının icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak edilməsi;  
  • Torpaqlardan səmərəli istifadə olunması və onların mühafizəsini təmin edən iqtisadi həvəsləndirmə tədbirlərinə dair təkliflərin hazırlanmasında iştirak edilməsi;
  • Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsinin səmərəliliyinin artırılması istiqamətində təkliflərin hazırlanmasında iştirak edilməsi;  
  • Yerquruluşu, torpaqların monitorinqi və xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinin həyata keçirilməsi və dövlət nəzarətinin təşkil edilməsi barədə təkliflərin hazırlanmasında iştirak edilməsi;
  • Daşınmaz əmlakın vahid dövlət kadastrı və dövlət torpaq kadastrının tərtib edilməsi və aparılması, yerquruluşu, torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi, mərzçəkmə, torpaqların monitorinqinin nəticələrinə uyğun həyata keçirilən işlərin əlaqələndirilməsi işində iştirak edilməsi;
  • Yerquruluşu, torpaqların monitorinqi və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin nəticəsində əldə olunan məlumatların və sənədlərin saxlanılması və istifadəsinin təmin edilməsi işində iştirak edilməsi;
  • Torpaqların şorlaşma, şorakətləşmə və müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, torpaqların münbitliyinin qorunması layihələrinin aidiyyəti təşkilatlarla birlikdə tərtibində iştirak edilməsinin, həmin layihələrin yerinə yetirilməsinə nəzarət işində iştirak edilməsi;
  • Hər il 1 yanvar vəziyyətinə əvvəlki il üçün torpaq fondunun növlərinə, torpaqların rekultivasiyasına, mülkiyyətçilər və istifadəçilər üzrə torpaq bölgüsünə, hər 5 ildən bir isə torpaqların keyfiyyətinə (bonitirovka, iqtisadi qiymətləndirmə) dair aidiyyəti qurum tərəfindən hesabatların tərtibinə nəzarət işində iştirak edilməsi;
  • Kadastr qiymət rayonları və oraya daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi, habelə torpağın normativ qiymətinin müəyyənləşdirilməsi, torpaqlardan səmərəli istifadə olunması və onların mühafizəsini təmin edən iqtisadi həvəsləndirmə tədbirlərinə dair təkliflərin hazırlanmasında iştirak edilməsi və s.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: coğrafiya, geodeziya və xəritəçilik, aqrokimya və torpaqşünaslıq, yer quruluşu və yer kadastrı ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: yoxdur
  • Kompyuter tələbləri: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə)
  • Xarici dil bilikləri: Rus dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4
Müsahibə elanının tarixi 07.03.2018 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 07.04.2018 18:00

Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 7 mart 2018-ci il tarixdən 7 aprel 2018-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
  1. Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
  4. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
  5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
  6. Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir