Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Əmlak Məsələləri Dövlət Komitəsi üzrə: Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 261
|
Dövlət orqanı |
Əmlak Məsələləri Dövlət Komitəsi |
Struktur bölmə |
Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Hüquq və insan resurslarının idarə edilməsi şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
baş məsləhətçi (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
6 |
Aylıq vəzifə maaşı |
410 |
Qulluq funksiyaları |
- Əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlara əsasən Xidmətdə və tabeliyində olan qurumlarda (Xidmətin rəis müavinləri, Xidmətin aparatının struktur bölmələrinin rəhbərləri və Xidmətin tabeliyində olan qurumlarının rəhbərləri və müavinləri istisna olmaqla) işçilərin işə qəbulu, işdən azad edilməsi, başqa işə keçirilməsi, dövlət qulluğunda irəli çəkilməsi, kadrların ixtisasının artırılması sahəsində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi
- Əmək bazarı ilə qarşılıqlı əlaqələrin qurulması, kadrların seçilməsi və yerləşdirilməsi işində iştirak edilməsi
- Dövlət qulluqçularının və Xidmətin tabeliyində olan qurumların işçilərinin attestasiyasının keçirilməsinin və bu məqsədlə lazımi sənədlərin və materialların hazırlanmasında iştirak edilməsi
- Xidməti zərurətlə əlaqədar Xidmətə ezam olunmuş Xidmətin tabeliyində olan qurumların işçilərinin ezamiyyət vəsiqələrinin qeydiyyata alınmasında iştirak edilməsi
- Şöbənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxılması və tədbirlər görülməsi
- Şöbənin fəaliyyətinin yekunu olan sənədlərin müəyyən olunmuş qaydada aidiyyəti üzrə və ya arxivə təhvil verilməsi;
Xidmətin müəyyən edilmiş vəzifə və hüquqlarının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan vahid informasiya sistemi tətbiq edilməklə həyata keçirilməsi;
Xidməti vəzifələrin icrası ilə bağlı Komitə, Xidmət və şöbə rəhbərliyinin tapşırıqlarının yerinə yetirilməsi.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsil tələbləri: filologiya, hüquqşünaslıq , beynəlxalq münasibətlər, beynəlxalq hüquq, maarif, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil
-
Staj tələbi: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompyuter tələbləri: MS Windows, MS Office, Internet və s. (orta səviyyədə)
-
Xarici dil bilikləri: Rus dili-B1;
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
BB1 |
Müsahibə elanının tarixi |
07.03.2018 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
07.04.2018 18:00 |
Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər.
Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir.
Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir.
Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 7 mart 2018-ci il tarixdən 7 aprel 2018-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.