Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Kənd Təsərrüfatı Nazirliyi üzrə: Bakı şəh., Ü.Hacıbəyov küç., 40, Hökümət Evi
|
Dövlət orqanı |
Kənd Təsərrüfatı Nazirliyi |
Struktur bölmə |
Ərazi Kənd Təsərrüfatı İdarələri , Qusar Rayon Kənd Təsərrüfatı İdarəsi , Heyvandarlıq sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
7 |
Aylıq vəzifə maaşı |
335 |
Qulluq funksiyaları |
- - Mal-qaranın, balıq və quşların xəstəliklərdən qorunması üçün epizootiya əleyhinə, sanitariya, profilaktik və digər baytarlıq tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
- Özəl damazlıq təsərrüfatlarının yaradılması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığının yüksədilməsi, yem ehtiaytının yaradılması sahəsində mütəxəssis məsləhətləri vermək və tövsiyələr hazırlamaq;
- Rayonda (şəhərdə) heyvandarlıqla məşğul olan sahibkarların təsərrüfatlarında damazlıq işinin həyata keçirilməsi üçün lazimi tədbirlər görmək;
- Rayonda (şəhərdə) heyvandarlığın inkişaf etdirilməsi məqsədilə yeni texnologiyaların tətbiq olunmasında heyvandarlıqla məşğul olan sahibkarlara qısamüddətli treninqlərin keçirilməsini, maldarlıq, qoyunçuluq, donuzçuluq, quşçuluq, atçılıq, arıçılıq və heyvandarlıq məhsullarının sərgi-satış yarmarkalarını təşkil etmək və ya təşkilində iştirak etmək;
- - Rayonda (şəhərdə) heyvandarlıq məhsullarının istehsalının artırılması, onların emalının genişləndirilməsi, itkilərin qarşısının alınması və məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə texniki, texnoloji, təşkilati və iqtisadi tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Damazlıq heyvandarlıq sahəsində qabaqcıl təcrübənin və elmi naliyyətlərin tətbiqi ilə bağlı tədbirlər görmək;
- Sektorda çalışan işçilər arasında vəzifə bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, tabeliyindəki işçilərin əmək və icra intizamına riayət etmələrinə nəzarət etmək;
- Səlahiyyəti daxilində sektora daxil olan ərizə, təklif və şikayətləri araşdıraraq cavablandırmaq;
- Əmək və icra intizamına riayət etmək;
- İdarənin rəisi tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsil tələbləri: zootexniklik, baytarlıq ixtisas istiqamətləri üzrə ali təhsil
-
Staj tələbi: vəzifə üzrə müəyyən edilmiş ixtisas üzrə 2 il iş stajı
-
Kompyuter tələbləri: MS Windows, MS Office, İnternet və s (orta səviyyədə)
-
Xarici dil bilikləri: İngilis dili-B1;Rus dili-B1;
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
AC4 |
Müsahibə elanının tarixi |
07.03.2018 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
07.04.2018 18:00 |
Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər.
Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir.
Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir.
Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 7 mart 2018-ci il tarixdən 7 aprel 2018-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.