Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Kənd Təsərrüfatı Nazirliyi üzrə: Bakı şəh., Ü.Hacıbəyov küç., 40, Hökümət Evi
|
Dövlət orqanı |
Kənd Təsərrüfatı Nazirliyi |
Struktur bölmə |
Ərazi Kənd Təsərrüfatı İdarələri , Cəlilabad Rayon Kənd Təsərrüfatı İdarəsi , Maliyyə-təsərrüfat sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərin müavini - sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
6 |
Aylıq vəzifə maaşı |
410 |
Qulluq funksiyaları |
- - Sektorun səlahiyyətinə aid olan məsələlərin həllini təmin etmək, sektorda çalışan işçilər arasında vəzifə bölgüsü aparmaq və onların fəaliyyətini əlaqələndirmək;
- İdarənin büdcə, gəlir, xərclər smetasının və digər sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanmasını təmin etmək;
- Əmək haqqı, əmək haqqına əlavələr, mükafat və digər güzəştlərin verilməsi ilə bağlı qanunvericiliyin düzgün tətbiq edilməsinə nəzarət etmək;
- İdarə rəisinin xidməti tapşırıqlarının sektorun səlahiyyəti daxilində yerinə yetirilməsini təmin etmək;
- İdarə üzrə aylıq, rüblük və illik hesabatlar hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
- Sektorun əməkdaşları tərəfindən əmək intizamına riayət olunmasına nəzarət etmək
- - qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə idarənin balansında və istifadəsində olan əmlakın inventarizasiyasını aparılmasını təmin etmək;
- İdarə üçün ayrılmış xidməti minik avtomobilinin (avtomobillərınin) və yanacaq-sürtgü materiallarının uçotunun aparılmasına, sürücülərə yol vərəqələrinin verilməsinə nəzarəti həyata keçirmək;
- İdarənin inzibati binasında texniki təhlükəsizlik qaydaları və yanğın təhlükəsizliyi ilə bağlı idarə əməkdaşlarını təlimatlandırmaq və bu tələblərə əməl olunmasına nəzarət etmək;
- İdarə tərəfindən keçirilən konfrans, müşavirə və seminarların təşkili ilə əlaqədar hazırlıq işlərinin görülməsində iştirak etmək;
- İdarəyə və sektora daxil olan müraciətləriin araşdırılaraq cavablandırılmasını təmin etmək;
- Sektorun fəaliyyət istiqamətinə uyğun olaraq səlahiyyətləri daxilində digər funksiyaları həyata keçirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsil tələbləri: mühasibat ucotu və audit, maliyyə və kredit ixtisas istiqamətləri üzrə ali təhsil
-
Staj tələbi: rəhbər vəzifələr üzrə 1 ildən az olmamaqla 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompyuter tələbləri: MS Windows, MS Office, Internet və s. (orta səviyyədə)
-
Xarici dil bilikləri: İngilis dili-B1;Rus dili-B1;
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
AC3 |
Müsahibə elanının tarixi |
07.03.2018 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
07.04.2018 18:00 |
Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər.
Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir.
Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir.
Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 7 mart 2018-ci il tarixdən 7 aprel 2018-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.