Ekologiya və Təbii Sərvətlər Nazirliyi
6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ətraf mühitdən istifadənin tənzimlənməsi və tullantıların idarə edilməsinin təhlili sektoru, sektor müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Struktur bölmə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ətraf mühitdən istifadənin tənzimlənməsi və tullantıların idarə edilməsinin təhlili sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 7
Aylıq vəzifə maaşı 550
Qulluq funksiyaları
  • sektorun işçiləri arasında iş bölgüsünün aparılması, sektorun rəhbərliyinin həyata keçirilməsi;
  • xidməti ərazidə fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantılarla təqdim edilən 2 TG (su, hava, tullantı) dövlət statistik hesabatların, ekoloji tədbirlər planının və digər sənədlərin qəbul edilməsi, razılaşdırılmasının təmin edilməsi;
  • ətraf mühitin mühafizəsi ilə bağlı hesabatların ümumiləşdirilməsi əsasında məlumat bankının yaradılmasının və təkmilləşdirilməsinin təmin edilməsi; 
  • ətraf mühitin mühafizəsi üzrə təhlillərin aparılması və məlumatların  rəhbərliyə təqdim edilməsi;
  • xidməti ərazidə ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlər barədə 15 günlük, aylıq, rüblük və illik hesabatların hazırlanaraq İdarənin rəhbərliyinə,baş idarəyə və aidiyyəti üzrə Nazirliyə təqdim edilməsi; 
  • dövlət ekoloji ekspertizası subyekti olan obyektlərin inventarizasiyasının aparılmasının təmin edilməsi; 
  • təbii sərvətlərdən istifadə, təbiəti mühafizə, ekoloji təhlükəsizlik məsələləri ilə bağlı region üzrə sosial-iqtisadi inkişaf proqramlarına daxil edilən layihələrin hazırlanmasında iştirak edilməsi; 
  • təbiəti mühafizə və təbiətdən istifadə sahəsində ekoloji normalara və standartlara təklif rəylərin bildirilməsi; 
  • xidməti ərazidə təhlükəli və təhlükəsiz sənaye, məişət, tikinti, tibbi və radioaktiv tullantıların qeydiyyatının aparılması, bu tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunmasının (əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi,  utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) təhlil edilməsi və qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılmasının və sistemləşdirilməsinin təmin edilməsi; 
  • xidməti ərazidə təbii sferalara antropogen və digər təsirlərin, o cümlədən ətraf mühitə atılan tullantıların müəyyənləşdirilməsi, qeydiyyata alınması, təhlillərin aparılması və məlumat bazasının yaradılmasının təmin olunması;
  • xidməti ərazidə ətraf mühitə atılan tullantıların uçotunu aparılması, tullantıların idarə edilməsinin qanunauyğunluğu barədə rəy və təkliflərin öz rəhbərliyinə və baş idarəyə təqdim olunması;
  • xidməti ərazidə ekoloji problemlərin həllinə əhalinin və ictimai təşkilatların cəlb edilməsi məqsədilə informasiyanın yayılması, ekoloji təhsil, tərbiyə və təbliğat işinin aparılmasının təşkili; 
  • inkişaf etmiş ölkələrdə ekoloji nəzarətin təşkili təcrübəsinin öyrənilməsi və tətbiqi barədə təkliflərin hazırlanması.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: texniki istiqamətlər, təbiət elmləri istiqamətləri, ekologiya və təbiətdən istifadə, inzibati idarəetmə, kimya və biologiya ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: 2 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internet və s, (orta-yüksək səviyyədə)
  • Xarici dil bilikləri: Rus dili-B1;İngilis dili-B1;
Müsahibə elanının tarixi 17.09.2019 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 17.10.2019 18:00

Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 17 sentyabr 2019-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixi saat 18:00-dək Dövlət qulluğu üzrə müraciət Forması vasitəsilə Mərkəzə təqdim edilməlidir.

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak edə bilərlər:

Vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər

Bu şəxslər ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantını onlayn qeydiyyat zamanı müraciət formasına əlavə etməlidir:

Dövlət orqanında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • ixtisas dərəcəsini təsdiq edən sənədin surəti (əgər əmək kitabçasında qeyd edilməyibsə).

Azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • ixtisas dərəcəsini təsdiq edən sənədin surəti (olduğu təqdirdə).

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər.
  • Əmək kitabçasının surəti notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən, ixtisas dərəcəsini təsdiq edən sənədin (olduğu təqdirdə) surəti isə dövlət orqanı tərəfindən təsdiq edilməlidir.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  • 1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • Qanunvericiliklə başqa hal nəzərdə tutulmadıqda yalnız son 6 ay ərzində verilmiş sağlamlıq haqqında arayış qəbul edilir.
  • Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən, yerli icra hakimiyyəti orqanlarının aparatlarında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 14 may 2008-ci il tarixindən sonra dövlət qulluğuna qəbul edilmiş şəxslər ümumi müsahibədə iştirak hüququna malik deyillər.
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Müsahibə namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla vəzifəyə uyğunluğunu müəyyən etmək məqsədi daşıyır. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibədə namizədin ixtisas dərəcəsi, vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasının artırılması da nəzərə alınacaq.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə etməlidirlər.

Müsahibəyə və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Əlaqə telefonları: Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Dövlət qulluğu məsələləri şöbəsi, (012) 465 87 93/94/97 (daxili: 119, 123, 130)