Qida Təhlükəsizliyi Agentliyi
Bakı regional bölmə, Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektoru, baş məsləhətçi


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Qida Təhlükəsizliyi Agentliyi üzrə: Bakı şəhəri, Nərimanov rayonu, məhəllə 1969, akademik Ziya Bünyadov prospekti 86b
Dövlət orqanı Qida Təhlükəsizliyi Agentliyi
Struktur bölmə Bakı regional bölmə, Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı baş məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 7
Aylıq vəzifə maaşı 525
Qulluq funksiyaları
  • Heyvan sağlamlığı və baytarlıq nəzarətinə dair dövlət siyasətinin və normativ tənzimləmənin həyata keçirilməsinin təşkili ilə əlaqədar regional bölməyə daxil olan inzibati ərazi vahidlərində işlərin həyata keçirilməsində iştirak etmək və sektor müdirinin verdiyi aidiyyəti göstərişləri yerinə yetirmək;
  • Heyvan sağlamlığı və baytarlıq nəzarəti sahəsində normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin regional bölmənin əhatə dairəsi üzrə yerinə yetirilməsində birbaşa iştirak etmək;
  • Dövlət baytarlıq nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı regional bölməyə daxil olan inzibati ərazi vahidlərində müvafiq tədbirlər görmək;
  • Regional bölmənin əhatə dairəsi üzrə heyvan sağlamlığı ilə bağlı dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə aparılan yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı), qida məhsullarının təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsində iştirak etmək və götürülmüş nümunələrin Agentliyin tabeliyindəki akkreditasiya olunmuş laboratoriyalara təhvil vermək, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması və qanunla nəzərdə tutulmuş digər tədbirlərin görülməsi ilə bağlı sektor müdirinin verdiyi müvafiq tapşırıqları yerinə yetirmək;
  • Heyvan sağlamlığına dair dövlət siyasətinin və normativ tənzimləmənin təmin edilməsi məqsədi ilə sertifikat, arayış, şəhadətnamə və.s icazə sənədlərini hazırlamaq;
  • Heyvan sağlamlığının izlənməsi ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması ilə bağlı sektora həvalə edilmiş vəzifələri yerinə yetirmək;
  • Regional bölməyə daxil olan inzibati ərazi vahidlərində xüsusi təhlükəli heyvan xəstəlikləri baş verdikdə qoruyucu karantin, xüsusi baytarlıq tədbirlərinin və digər tədbirlərin həyata keçirilməsi qaydalarının tətbiq edilməsi, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan zonalarda qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət və xəbərdarlıq təyinatlı tədbirlərin görülməsində iştirak etmək;
  • Qanunla müəyyən edilmiş qaydada regional bölmə ərazisində yaşayan əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Regional bölməyə daxil olan inzibati ərazi vahidlərində dövlət baytarlıq nəzarətində olan qida məhsullarının istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən müvafiq sahədə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı sektor müdirinə təkliflər vermək;
  • Regional bölmənin əhatə dairəsində qanunla müəyyən edilmiş hallarda və qaydada baytarlıq sahəsində yoxlamalar aparmaq və digər dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsində iştirak etmək, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar layihələrini hazırlamaq ;
  • Heyvan mənşəli məhsulların zərərsizləşdirilməsi və utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi və ya məhv edilməsi) barədə qanunla müəyyən edilmiş hallarda və qaydada qəbul edilən qərarların icrasını həyata keçirmək;
  • Baytarlıq preparatlarının, vitaminlərin, yem əlavələrinin, habelə mal-qaranın boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən bioloji stimulyatorların və hormonların təhlükəsizliyinə, istehsalına, saxlanmasına, heyvandarlıqda və baytarlıqda tətbiqinə, dövriyyəsinə qanunla müəyyən edilmiş qaydada nəzarətin həyata keçirilməsində iştirak etmək;
  • Mülkiyyət formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslərə baytarlıq xidmətlərin göstərilməsinə nəzarətin təşkil edilməsi ilə əlaqədar sektor müdirinə müvafiq təkliflər vermək;
  • Dövlət büdcəsi və qanunla qadağan edilməyən digər mənbələr hesabına alınmış baytarlıq preparatlarının saxlanmasına, daşınmasına, dövriyyəsinə, istifadəsinə və keyfiyyətinə nəzarətin təşkil edilməsi ilə əlaqədar regional bölmənin əhatə dairəsində müvafiq işləri həyata keçirmək;
  • Baytarlıq preparatlarının aprobasiyasının, ekspertizasının, sınaqdan keçirilməsinin təşkil edilməsi ilə əlaqədar təkliflər vermək və həmin preparatlardan nümunələr götürərək aidiyyəti üzrə təhvil vermək;
  • Baytarlıq sahəsində dövlət nəzarətini həyata keçirmək məqsədi ilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq regional bölməyə daxil olan inzibati ərazi vahidlərində hüquqi və fiziki şəxslərin istehsal, satış, xidmət və saxlama sahələrinə qanunamüvafiq qaydada daxil olmaq, nəzarət sahəsinə aid məlumat və sənədləri almaq, satılan və ya satılması nəzərdə tutulan baytarlıq nəzarətində olan məhsullarının müayinəsini həyata keçirmək üçün sektor müdirinə təkliflər vermək;
  • Sektora daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada müraciətləri cavablandırmaq.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: balıqçılıq, baytarlıq ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: 1 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internet və s. orta səviyyədə
  • Xarici dil bilikləri: Rus dili-A2;İngilis dili-A1;
Müsahibə elanının tarixi 17.09.2019 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 17.10.2019 18:00

Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 17 sentyabr 2019-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixi saat 18:00-dək Dövlət qulluğu üzrə müraciət Forması vasitəsilə Mərkəzə təqdim edilməlidir.

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak edə bilərlər:

Vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər

Bu şəxslər ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantını onlayn qeydiyyat zamanı müraciət formasına əlavə etməlidir:

Dövlət orqanında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • ixtisas dərəcəsini təsdiq edən sənədin surəti (əgər əmək kitabçasında qeyd edilməyibsə).

Azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • ixtisas dərəcəsini təsdiq edən sənədin surəti (olduğu təqdirdə).

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər.
  • Əmək kitabçasının surəti notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən, ixtisas dərəcəsini təsdiq edən sənədin (olduğu təqdirdə) surəti isə dövlət orqanı tərəfindən təsdiq edilməlidir.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  • 1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • Qanunvericiliklə başqa hal nəzərdə tutulmadıqda yalnız son 6 ay ərzində verilmiş sağlamlıq haqqında arayış qəbul edilir.
  • Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən, yerli icra hakimiyyəti orqanlarının aparatlarında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 14 may 2008-ci il tarixindən sonra dövlət qulluğuna qəbul edilmiş şəxslər ümumi müsahibədə iştirak hüququna malik deyillər.
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Müsahibə namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla vəzifəyə uyğunluğunu müəyyən etmək məqsədi daşıyır. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibədə namizədin ixtisas dərəcəsi, vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasının artırılması da nəzərə alınacaq.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə etməlidirlər.

Müsahibəyə və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Əlaqə telefonları: Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Dövlət qulluğu məsələləri şöbəsi, (012) 465 87 93/94/97 (daxili: 119, 123, 130)