Qida Təhlükəsizliyi Agentliyi
Aparat, Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsi, Qida zəncirinə nəzarət sektoru, şöbə müdirinin müavini - sektor müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Qida Təhlükəsizliyi Agentliyi üzrə: Az1022, Bakı şəhəri, Nizami r-nu, H.Əliyev pr-ti152, Çinar Plaza
Dövlət orqanı Qida Təhlükəsizliyi Agentliyi
Struktur bölmə Aparat, Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsi, Qida zəncirinə nəzarət sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdirinin müavini - sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1240
Qulluq funksiyaları
  • Qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinin təşkili ilə əlaqədar işlərin həyata keçirilməsini təşkil etmək və şöbə müdirinin verdiyi aidiyyəti göstərişləri yerinə yetirmək;
  • Qanunla müəyyən edilmiş hallarda və qaydada qida təhlükəsizliyi sahəsində yoxlamalar aparılmasını təşkil etmək və digər dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsində iştirak etmək, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarların qəbul edilməsi (göstərişlərin verilməsi) üçün şöbə müdirinə təkliflər vermək;
  • Aşkarlanmış qanun pozuntularının aradan qaldırılması ilə bağlı verilmiş qərarların (göstərişlərin) yerinə yetirilməsini nəzarətdə saxlamaq, belə qərarların (göstərişlərin) yerinə yetirilmədiyi məlum olduqda, onların məcburi icrası məqsədi ilə məhkəməyə müraciət edilməsi üçün müvafiq sənədlərin hazırlanmasını təmin etmək;
  • Qida təhlükəsizliyi sahəsində mövcud vəziyyətin təhlil edilməsi, dövlət tənzimləməsi və nəzarəti sisteminin təkmilləşdirilməsi barədə mütəmadi olaraq təkliflər hazırlamaq və şöbə müdirinə təqdim etmək;
  • Qida təhlükəsizliyi ilə bağlı dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə aparılan yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı), qida məhsullarının təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsi barədə qərar qəbul edilməsi, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması və qanunla nəzərdə tutulmuş digər tədbirlərin görülməsini təmin etmək;
  • Qida təhlükəsizliyi sahəsində ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlərin görülməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək;
  • İstifadəyə yararsız yeyinti məhsullarının zərərsizləşdirilməsi və utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi və ya məhv edilməsi) barədə qanunla müəyyən edilmiş hallarda və qaydada qəbul edilən qərarların icrasını təmin etmək;
  • Qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanması, emalı, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan tikinti obyektlərinin tikintisi və yenidən qurulmasına dair layihələrə rəy verilməsini təmin etmək;
  • Qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi təminatının gücləndirilməsi məqsədi ilə qida məhsullarının izlənilməsi və geri götürülməsi sisteminin aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlanması və tətbiqi ilə bağlı tədbirlərin görülməsi üçün müvafiq təklifləri şöbə müdirinə təqdim etmək;
  • Yeyinti məhsuluna “müalicəvi”, “pəhriz” və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsi zamanı texniki reqlamentlərdə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulan tələblərin yerinə yetirilməsinə nəzarət etmək;
  • Qida məhsullarının saxlanması və ya satışı zamanı mal qonşuluğunun və satılmış malların dəyişdirilməsi və ya geri çağırılması qaydalarının pozulmasına qarşı tədbirlərin görülməsinə nəzarət etmək;
  • Qida zəncirinin müvafiq mərhələlərində işləyən şəxslərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada və müddətdə məcburi tibbi müayinədən keçmələrinə nəzarətin təşkili ilə bağlı təkliflər hazırlamaq;
  • Qida zəncirinin müvafiq mərhələlərində işləyən və çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar olaraq yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxslərin, habelə sanitariya norma və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxslərin işdən kənarlaşdırılması ilə bağlı təkliflər hazırlamaq və müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərə məxsus binalarda, qurğularda, sahələrdə, ərazilərdə, qida məhsulları daşınan nəqliyyat vasitələrində dezinfeksiya, dezinseksiya, deratizasiya və qida təhlükəsizliyi ilə bağlı digər tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Agentliyin nəzarət dairəsinə aid edilən malların idxal-ixrac əməliyyatlarını həyata keçirərkən qida təhlükəsizliyini təmin etmək məqsədilə mövcud vəziyyətin təhlil edilməsi, nəzarət fəaliyyətinin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanmasında iştirak etmək və bu sahədə araşdırma aparmaq, şöbə müdirinə arayışlar təqdim etmək;
  • Agentliyin regional bölmələr və tabeli qurumlarının problem və çatışmazlıqlarının aradan qaldırılması ilə bağlı regional bölmələr və tabeli qurumlarla birlikdə şöbə müdirinə müvafiq təkliflər vermək, onların fəaliyyətini əlaqələndirmək;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək və yeniliklərin tətbiqi məqsədilə təkliflər vermək;
  • Agentliyin fəaliyyət istiqamətləri üzrə aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və müvafiq hesabatları şöbə müdirinə təqdim etmək;
  • Sektorların əməkdaşları barəsində həvəsləndirici və intizam tənbehi tədbirləri görülməsi üçün şöbə müdirinə təqdimatlar hazırlamaq;
  • Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: tibbi profilaktika, qida məhsullarının texnologiyası, standartlaşdırma və sertifikasiya, istehlak mallarının keyfiyyət ekspertizası (sahələr üzrə), ərzaq məhsullarının əmtəəşünaslığı, aqrokimya və aqrotorpaqşünaslıq, aqronomluq, baytarlıq, balıqçılıq ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internet və s. yüksək səviyyədə
  • Xarici dil bilikləri: Rus dili-B1;İngilis dili-B1;
Müsahibə elanının tarixi 17.09.2019 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 17.10.2019 18:00

Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 17 sentyabr 2019-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixi saat 18:00-dək Dövlət qulluğu üzrə müraciət Forması vasitəsilə Mərkəzə təqdim edilməlidir.

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak edə bilərlər:

Vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər

Bu şəxslər ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantını onlayn qeydiyyat zamanı müraciət formasına əlavə etməlidir:

Dövlət orqanında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • ixtisas dərəcəsini təsdiq edən sənədin surəti (əgər əmək kitabçasında qeyd edilməyibsə).

Azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • ixtisas dərəcəsini təsdiq edən sənədin surəti (olduğu təqdirdə).

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər.
  • Əmək kitabçasının surəti notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən, ixtisas dərəcəsini təsdiq edən sənədin (olduğu təqdirdə) surəti isə dövlət orqanı tərəfindən təsdiq edilməlidir.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  • 1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • Qanunvericiliklə başqa hal nəzərdə tutulmadıqda yalnız son 6 ay ərzində verilmiş sağlamlıq haqqında arayış qəbul edilir.
  • Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən, yerli icra hakimiyyəti orqanlarının aparatlarında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 14 may 2008-ci il tarixindən sonra dövlət qulluğuna qəbul edilmiş şəxslər ümumi müsahibədə iştirak hüququna malik deyillər.
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Müsahibə namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla vəzifəyə uyğunluğunu müəyyən etmək məqsədi daşıyır. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibədə namizədin ixtisas dərəcəsi, vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasının artırılması da nəzərə alınacaq.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə etməlidirlər.

Müsahibəyə və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Əlaqə telefonları: Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Dövlət qulluğu məsələləri şöbəsi, (012) 465 87 93/94/97 (daxili: 119, 123, 130)