Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Yerli bölmələri, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi, Əməyin mühafizəsi məsələləri üzrə nəzarət sektoru, baş məsləhətçi - baş əmək müfəttişi


Əlaqə məlumatları
Dövlət orqanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Struktur bölmə Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Yerli bölmələri, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi, Əməyin mühafizəsi məsələləri üzrə nəzarət sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı baş məsləhətçi - baş əmək müfəttişi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 7
Aylıq vəzifə maaşı 490
Qulluq funksiyaları
  • sektor müdirinin sərəncam və tapşırıqlarını yerinə yetirmək;
  • müəssisələrdə işəgötürənlər tərəfindən işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsi tələblərinin yerinə yetirilməsinə idarənin adından nəzarəti həyata keçirmək; 
  • sektora daxil olan müraciət, ərizə və şikayətlərə baxmaq, bununla bağlı müvafiq tədbirlər görmək və qanunvericiliklə müəyyən edilmiş müddətdə cavablandırmaq; 
  • işçilərin kollektiv və  fərdi mühafizə vasitələri ilə təmin edilməsinə və onlardan istifadə olunmasına, eləcə də ağır və zərərli əmək şəraitində işləyənlərin müvafiq müalicəvi-profilaktik qida maddələri ilə təmin olunmasına və müəssisələrdə əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək; 
  • istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və ya yenidən qurulması zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası tələblərinə əməl olunması üzrə nəzarəti həyata keçirmək;    istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatını aparmaq; 
  • işəgötürənlərə əməyin mühafizəsi sahəsində qanunvercilik aktlarının tələblərinə əməl olunmasına dair öz səlahiyyətləri dairəsində göstəriş vermək;
  • əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərin yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını işəgötürənlərdən tələb etmək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək üçün təkliflər vermək; 
  • öz səlahiyyətləri daxilində dövlət və yerli özünüidarəetmə orqanlarına, vəzifəli və hüququ şəxslərə dair zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları almaq və s.
  • qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək;
  • vətəndaşların qəbulunu təşkil etmək, ərizə, təklif və şikayətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək;
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: hüquqşünaslıq , beynəlxalq hüquq, iqtisadiyyat və idarəetmə, həyat fəaliyyətinin təhlükəsizliyi (sahələr üzrə), istehsalatların və texnoloji proseslərin təhlükəsizliyi (sahələr üzrə) ixtisas istiqamətləri üzrə ali təhsil
  • Staj tələbi: 1 il ümumi iş stajı
  • Kompyuter tələbləri: MS WINDOWS, MS OFFICE, INTERNET (yüksək səviyyədə)
  • Xarici dil bilikləri: Rus dili-A2;
Müsahibə elanının tarixi 13.01.2020 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 03.02.2020 18:00

Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 13 yanvar 2020-ci il tarixdən 3 fevral 2020-ci il tarixi saat 18:00-dək Dövlət qulluğu üzrə müraciət Forması vasitəsilə Mərkəzə təqdim edilməlidir.

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak edə bilərlər:

Vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər

Bu şəxslər ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantını onlayn qeydiyyat zamanı müraciət formasına əlavə etməlidir:

Dövlət orqanında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • ixtisas dərəcəsini təsdiq edən sənədin surəti (əgər əmək kitabçasında qeyd edilməyibsə).

Azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • ixtisas dərəcəsini təsdiq edən sənədin surəti (olduğu təqdirdə).

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər.
  • Əmək kitabçasının surəti notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən, ixtisas dərəcəsini təsdiq edən sənədin (olduğu təqdirdə) surəti isə dövlət orqanı tərəfindən təsdiq edilməlidir.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
  • 1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • Qanunvericiliklə başqa hal nəzərdə tutulmadıqda yalnız son 6 ay ərzində verilmiş sağlamlıq haqqında arayış qəbul edilir.
  • Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən, yerli icra hakimiyyəti orqanlarının aparatlarında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 14 may 2008-ci il tarixindən sonra dövlət qulluğuna qəbul edilmiş şəxslər ümumi müsahibədə iştirak hüququna malik deyillər.
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Müsahibə namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla vəzifəyə uyğunluğunu müəyyən etmək məqsədi daşıyır. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibədə namizədin ixtisas dərəcəsi, vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasının artırılması da nəzərə alınacaq.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə etməlidirlər.

Müsahibəyə və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Əlaqə telefonları: Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Dövlət qulluğu məsələləri şöbəsi, (012) 465 87 93/94/97 (daxili: 119, 123, 130)