Kənd Təsərrüfatı Nazirliyi
Ərazi Kənd Təsərrüfatı İdarələri , Zərdab Rayon Kənd Təsərrüfatı İdarəsi , Heyvandarlıq sektoru, sektor müdiri

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
Dövlət qulluğu məsələləri və insan resursları şöbəsinin Dövlət qulluğu məsələləri üzrə sektorunun aparıcı məsləhətçisi
Elnur Abbasov
Əlaqə vasitələri:
Email: e.abbasov@dim.gov.az
Telefon: (012)465 87 93 daxili: 123,138


  1. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə; Heyvanlar aləmindən istifadə; Heyvanlar aləminin mühafizəsi; Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə nəzarət; Heyvanlar aləminin mühafizəsi və istifadəsinin iqtisadi tənzimlənməsi [1]
    • Damazlıq işinin dövlət tənzimlənməsi; Damazlıq işinin təşkili; Damazlıq heyvandarlıq təsərrüfatları və onların fəaliyyətinin əsas istiqamətləri; Damazlıq heyvandarlığın maliyyələşdirilməsi, kadr və elmi təminatı [2]
      • Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili qaydaları [3] 
        • Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı [4]
          • Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri [5]
            • Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınması [6]
              • Elektron kənd təsərrüfatı informasiya sistemi [7]
                • “Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi və onların damazlıq təsərrüfat növünün müəyyən edilməsi qaydaları [8]
                  • Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi qaydası [9]
                    • Ev heyvanlarinin saxlanmasi prinsipləri; Sahibsiz heyvanlar üçün əlavə tədbirlər [10]
                      • Fiziki və hüquqi şəxslərə qeyri-sərbəst və yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanlar, habelə onların saxlanılması, mühafizəsi və istifadəsinə dair tələblər [11]
                        • Bruselyoza və vərəmə yoluxmuş heyvanların məcburi kəsilərək zərərsizləşdirilməsi nəticəsində heyvan sahibinə dəyən zərərin kompensasiyasının ödənilməsi qaydası [12]
                          • Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydası [13]
                            • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin  fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları, fəaliyyətinin təşkili [14]
                              • Atçılığın dövlət tənzimlənməsi, atçılıqla məşğul olan subyektlər, atçılıqda damazlıq işi, atçılıq biznesinin təşkili [15]
                                • Arıçılıq sahəsində dövlət tənzimlənməsi, arıçılığın təşkili, arıçılıq məhsullarının dövriyyəsi, bal arılarının mühafizəsi [16]

                                  Ədəbiyyat:

                                  1. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının 1999-cu il 4 iyun tarixli 675-IQ nömrəli Qanunu.
                                  2. “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanunu.
                                  3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı.
                                  4. Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş  "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı  Dövlət Proqramı"
                                  5. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
                                  6. “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 22 may tarixli 222 nömrəli Sərəncamı.
                                  7. “Elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 408 nömrəli qərarı.
                                  8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 26 aprel 2012-ci il tarixli 03Q nömrəli qərarı ilə təsdiq edilmiş “Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi və onların damazlıq təsərrüfat növünün müəyyən edilməsi Qaydaları”.
                                  9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmiş “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”.
                                  10. “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli 354-IIIQ nömrəli Qanunu.
                                  11. “Fiziki və hüquqi şəxslərə qeyri-sərbəst və yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanların Siyahısı, habelə onların saxlanılmasına, mühafizəsinə və istifadəsinə dair Tələblər”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 may tarixli 86 nömrəli qərarı.
                                  12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Bruselyoza və vərəmə yoluxmuş heyvanların məcburi kəsilərək zərərsizləşdirilməsi nəticəsində heyvan sahibinə dəyən zərərin kompensasiyasının ödənilməsi Qaydaları”.
                                  13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”.
                                  14. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2018-ci il 16 avqust tarixli 04-Q nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin Əsasnaməsi”.
                                  15. “Atçılıq haqqında” Azərbaycan Respublikasının 2007-ci il 27 fevral tarixli 255-IIIQ nömrəli  Qanunu. 
                                  16. “Arıçılıq haqqında” Azərbaycan Respublikasının 2009-cu il 2 fevral tarixli 765-IIIQ nömrəli  Qanunu.