DÖVLƏT İMTAHAN MƏRKƏZİ 2019/2020-ci TƏDRİS İLİ ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASININ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ TƏLƏBƏ QƏBULU ELAN EDİR

1. Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurması haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbulu 2019-cu il martın 15-dən aprelin 15-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (bundan sonra - DİM) internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur (bax: səh. 19-21, “Abitu­riyentin elektron ərizəsi” formasının doldurulma qay­dası və nümunəsi) və təsdiq edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respub­lika­sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respub­likası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən qəbul imtahanında (imtahanın ikinci mərhələsi üzrə keçirilən imtahanlarda ikinci dəfə iştirak istisna olmaqla) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq (bax: səh. 16, “Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi haqqında məlumat). Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edirlər (bax: səh. 17, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası) və həmin məbləğ ərizə təsdiq olun­duq­dan sonra onların şəxsi kabinetindəki hesabından çıxılır.

 

 

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbulu 2019-cu il martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılır. Ərizələrin təs­diqi vəziyyətdən asılı olaraq iki üsulla həyata ke­çirilir. Ərizəsini təsdiq etməyən (etdirməyən) abi­turiyent müsabiqəyə buraxılmır.

 

 

Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçirilir və imtahanın ikinci mərhələsi iki dəfə (yaz və yay sessiyaları) keçirilir. Abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər. İkinci mərhələ üzrə hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də verə bilər. Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsinin birinci imtahanında iştirak etmək istədi­yi­ni qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda 2019-cu il mayın 30-dan iyunun 12-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize in­ter­net səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetinin hesabına əlavə etməli, imtahan verəcəkləri ixtisas qrupunu seçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istə­diklərini qeyd etməyən abituriyentlər isə qeydiy­yatdan keçmədən ikinci imtahanda iştirak edirlər.

Abituriyentlər eyni zamanda ali təhsil müəs­sisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisaslar, V ixtisas qrupuna daxil olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildir­məlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlu­matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla (bax: 1.1 və 1.2-ci bəndlər) həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):

1.1. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən 1-ci bənddə göstərilən müddətdə özləri təsdiq edirlər (bax: səh. 19-21, “Abitu­riyentin elektron ərizəsi” formasının doldurulma qay­dası və nümunəsi):

-   Azərbaycan Respublikasının ümumi təhsil  müəssisələrini cari ildə bitirən abituriyentlər;

-   Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirən qadın cinsli abituriyentlər;

-   Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən qadın cinsli abituriyentlər;

-   2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qadın cinsli abituriyentlər.

1.2. Digər abituriyentlər tələb olunan sənədləri (bax: 2-ci bənd) təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər:

-  Azərbaycanda təhsil almış Azərbaycan Respub­likasının vətəndaşları (1.1-ci bənddə göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla) ərizələrini aşağıdakı ünvanlarda yaradılmış SQK-larda təsdiq etdirirlər:

 

DİM-in Naxçıvan MR  Regional Bölməsi      (Naxçıvan ş., Nizami küçəsi, 10);

DİM-in Gəncə Regional Bölməsi

   (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);

DİM-in Lənkəran Regional Bölməsi

   (Lənkəran ş., H.Aslanov xiyabanı, 52);

DİM-in Xaçmaz Regional Bölməsi

   (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);

DİM-in Şəki Regional Bölməsi

   (Şəki ş., M.Rəsulzadə prospekti, 182);

DİM-in Şirvan Regional Bölməsi

   (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);

DİM-in Göyçay Regional Bölməsi

   (Göyçay ş., Rauf İsayev küçəsi, 43);

DİM-in Bərdə Regional Bölməsi
   (Bərdə ş., H. Əliyev prospekti, 88);

DİM-in Şəmkir Regional Bölməsi

  (Şəmkir ş., Bakı - Qazax şosesi, İnzibati bina –“west gate”).

Bakı Dövlət Universiteti
(Bakı ş., Z.Xəlilov küçəsi, 23);

Azərbaycan Texniki Universiteti
(Bakı ş., H.Cavid prospekti, 25);

Azərbaycan Universiteti
(Bakı ş., C.Hacıbəyli küçəsi, 71);

Sumqayıt Dövlət Universiteti
(Sumqayıt ş., 43-cü məhəllə);

-  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (1.1-ci bənddə göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini DİM-də (Bakı ş., M.Müşfiq, 1M) və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər;

 

 

Elektron ərizəsini SQK-da təsdiq etdirməli olan abituriyent özü şəxsən SQK-ya müraciət edir və tələb olunan sənədləri təqdim edir.

 

 

2. Elektron ərizələrini SQK-larda təsdiq etdir­məli olan abituriyentlər  SQK-ya aşağıdakı sə­nəd­ləri təq­dim edirlər:

-    elektron ərizəsinin iş nömrəsi və şəxsi kabinetinin istifadəçi adını (şəxsiyyəti  təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN));                    

-    tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini[1] (orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin məzunu olduqları ümumi təhsil müəssisəsi tərəfindən verilən, müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı - “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na
 2 nömrəli əlavə[2]);

-    şəxsiyyətlərini təsdiq edən sənədin əslini:

·       Azərbaycan Respublikasının vətəndaşları
şəxsiyyət vəsiqələrini;

·       əcnəbilər icazə vəsiqələrini və (və ya) pasportlarını;

·       vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və ya yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədlərini;

·       Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini;

·       qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədlərini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, digər sənədləri və ya icazə vəsiqələrini;

 

-    Azərbaycan Respublikasında ali təhsil müəssisələrini ödənişli əsaslarla bitirən abituriyentlər (2012 və ondan sonrakı illərdə ali təhsil müəssisələrini bitirənlər istisna olmaqla) dövlət hesablı yerlərin müsabiqəsində iştirak etmək üçün bitirdikləri təhsil müəssisələri tərəfindən verilən və ali təhsilinin ödənişli əsaslarla olmasını təsdiq edən arayışı (“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na
3 nömrəli əlavə
[3]);

-    hərbi bilet və ya çağırışçı şəhadətnaməsini;

-    əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.

 

3. 1984-2001-ci il təvəllüdlü (2001-ci il iyulun 30-na qə­dər anadan olmuş) 35 yaşınadək olan çağırışçıların ali təhsil müəssisələrinə sənəd vermək üçün möhlət haq­qında arayışı və hərbi sənədlərində bu barədə Azər­bay­can Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı ol­malıdır. Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

 

4. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən və imtahanda topladıqları ümumi balları mü­vafiq müsabiqə şərtlərini (bax: səh. 13) ödəyən abituriyentlər im­ta­hanların nəticəsi elan olunduqdan sonra V ixtisas qrupu üzrə 2019-cu il iyunun 20-dən iyulun 3-dək (“Bədən tərbiyəsi və idman” istiqamətinin 60, 61 və 62-ci komissiyaları üzrə qeydiyyat iyunun 28-də başa çatır), I ixtisas        qrupu üzrə isə iyulun 8-dən 13-dək eservices.dim.gov.az/erizebak/qabiliyyet inter­net səhi­fə­sinə daxil olaraq seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir (bax: səh. 17, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası). “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq (bax: səh. 16, “Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi haqqında məlumat).

 

 

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyent müvafiq qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçir və müəyyən olunmuş cədvəl üzrə qabiliyyət imtahanı verir.

 

 

Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 1-dən avqustun 2-dək qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanları DİM tərəfindən mər­kəz­ləşdirilmiş qaydada keçirilir (“Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayı)  və imtahanların nəticəsi balla və ya “məqbul/qeyri-məqbul”la qiymətləndirilir. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən (bax: səh. 13-də “Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri” adlı  cədvəl) abituriyentlər seçə bilərlər.

 

5. “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri müvafiq müsabiqə şərtlərini ödədikləri halda, III ixtisas qrupu üzrə imtahan nəticələri elan olunduqdan sonra 2019-cu il iyulun 22-dən 25-dək eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir (bax: səh. 17, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası). Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaş­larının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına  olacaq.

Qeydiy­yatdan keçən abituriyentlər 2019-cu il avqustun 1-də qabiliyyət imtahanında iştirak edirlər. Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, “Jurnalistika” ixtisasını da seçə bilərlər.

 

6. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq istəyən abituriyentlər 1-ci bənddə gös­təri­lən müddətdə və qaydada elektron ərizələrini təsdiq etməklə (etdirməklə) yanaşı, müvafiq ali təhsil müəs­sisələrinin müəyyən etdikləri xüsusi prosedur­lardan keçməlidirlər (bax: Xüsusi təyinatlı ali təhsil müəs­sisələrinə qəbul elanları, “Abituriyent” jurna­lının 2019-cu il tarixli 1-ci nömrəsi, səh. 171-182).

 

7. Dövlət Gömrük Komitəsinin Akademiya­sında təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

 

8. Milli Aviasiya Akademiyasının I qrup ix­ti­sas­la­rı üzrə təhsil almaq istəyən abituriyentlər ərizə­lərində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

Milli Aviasiya Akademiyasının “Uçuş mühən­disliyi” ixtisasına 23 yaşına çatmamış kişi cinsli abituriyentlər, “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühən­disliyi” ixtisasına isə 23 ya­şına çatmamış həm kişi, həm də qadın cinsli abi­turiyentlər ərizə verə bilərlər.

Milli Aviasiya Akademiyasının “Uçuş mühən­disliyi” və “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər 1-ci bənddə göstərilən müd­dətdə və qaydada elektron ərizələrini təsdiq etdikdən sonra Heydər Əliyev Beynəlxalq Aeroportu Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasında xü­su­si tibbi və psixoloji mü­ayinə­­dən və “Psixofizioloji peşə seçimi” üzrə qabiliyyət müsabiqəsindən, Milli Aviasiya Akademiyasında isə “Fiziki hazırlıq” üzrə qabiliyyət müsabiqəsindən keçmə­lidirlər.

 

9. “ADA” Universitetində təhsil almaq istəyən abituriyentlər “Abituriyentin elektron ərizəsi” forması ilə yanaşı, “ADA” Universitetinin də elektron ərizə formasını universitet tərəfindən müəyyən olunmuş qaydada doldurmalıdırlar.

“ADA” Universitetinin I qrupa daxil olan ixtisasları üzrə müsabiqəyə ümumi balı 300-dən, II və III qruplara daxil olan ixtisasları üzrə müsabiqəyə isə 400-dən az olmayan abituriyentlər buraxılırlar.

“ADA” Universitetinin ixtisaslarının mü­sabiqəsinə beynəlxalq SAT imtahanı üzrə ən azı 1200 bal toplayan (esse tələb olunmur) və IELTS Academic üzrə minimum 6.0 və ya IBT üzrə minimum 75 balı olan abituriyentlər də buraxılacaqlar. “Biznesin idarə edilməsi”, “İqtisadiyyat”, “Kompüter elmləri”, “Kompüter mühəndisliyi”“İnformasiya texnologiyaları” ixtisaslarına müraciət edən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 600 bal toplamaları tələb olunur.   Qeyd olunan şərtləri ödəyən abituriyentlər 1-ci bənddə gös­təri­lən müd­dət­də və qaydada “Abituriyentin elektron ərizəsi” formasını təsdiq etməklə yanaşı, 2019-cu il iyunun 15-dək SAT və IELTS Academic (və yaxud IBT) imtahanlarının nəticə­lərini DİM-ə (elektron və kağız formada) və “ADA” Universitetinə (elektron formada) təqdim etməlidirlər.

“ADA” Universitetinin “Hüquqşünaslıq” ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.

 

10. Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühən­disliyi”, “Dəniz  naviqasiyası mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər 1-ci bənddə göstərilən müd­dətdə və qaydada elektron ərizələrini təsdiq  etdikdən sonra 2019-cu il aprelin 1-dən iyulun 31-dək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçilər poliklinikası”nda xü­su­si tibbi və psixoloji mü­ayinə­­dən keçməlidirlər.

 

11. Azərbaycan Tibb Universitetinin “Hərbi həkim işi” ixtisası üzrə 15.09.2019-cu il tarixinədək  16 yaşı tamam olan, lakin 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları təhsil ala bilərlər. Bu ixtisas üzrə təhsil almaq istəyən abituriyentlər 1-ci bənddə göstərilən müddətdə və  qay­da­da elektron əri­zə­lərini təsdiq etdikdən (etdirdikdən) sonra 2019-cu il aprelin 1-dən etibarən Azərbaycan Tibb Univer­sitetinin Hərbi Tibb Fakültəsi rəisinin adına ərizə ilə müraciət etməli, sonra hərbi tibb fakültəsində hərbi həkim komissiyasından keçmə­lidirlər.

Naxçıvan Muxtar Respublikasında yaşayanlar ərizələrini Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə təqdim edib, həmin təhsil müəs­sisəsində hərbi həkim komissiyasından keçmə­lidirlər.

 

12. Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixti­sa­sına qəbul olmaq istəyən abituriyentlər III ixtisas qrupu üzrə qəbul imtahanında topladıqları ümumi balları ən azı 150, imtahanın ikinci mərhələsi üzrə balları isə ən azı 50 olduğu halda, imtahan nəticələri elan olunduqdan sonra                 2019-cu il iyulun 20-dən 24-dək eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində müvafiq bölməyə daxil olaraq qeydiy­yatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir (bax: səh. 17, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası). Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respubli­ka­sı­nın vətəndaş­larının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə Azərbaycan İlahiyyat İnstitutunun “İslamşü­nas­lıq” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq.

Qeydiy­yatdan keçən abituriyentlər 2019-cu il iyulun 27-dən avqustun 2-dək  Azərbaycan İlahiyyat İnstitutunda yaradılan dini-psixoloji komissiya tərəfindən aparılan qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanı­nın proqramı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında verilmişdir. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşü­nas­lıq” ixtisasını da seçə bilərlər.

 

13. Azərbaycan Dillər Universitetində təhsil almaq istəyən abituriyentlərin imtahan verəcəyi xarici dil seçiminə müəyyən məhdudiyyətlər qoyulur. Aşağıdakı cədvəldə hər bir ixtisas üzrə müsabiqədə iştirak etmək üçün abituriyentin hansı xarici dildən imtahan verəcəyi göstərilir:

 

İxtisasların adları

Xarici dillər

Filologiya (Azərbaycan dili və ədəbiy­yatı)

 

Beynəlxalq münasibətlər

xarici dil seçiminə heç bir məhdudiyyət qoyulmur

Xarici dil müəllimliyi (alman dili)

 

Dil və ədəbiyyat müəllimliyi (alman dili və ədəbiyyatı müəllimliyi)

 

Regionşünaslıq (Almaniya üzrə)

 

Filologiya (alman dili və ədəbiy­yatı)

 

Tərcümə (alman dili)

alman və ya ingilis dili

Xarici dil müəllimliyi (fransız dili)

 

Dil və ədəbiyyat müəllimliyi (fransız dili və ədəbiyyatı müəllimliyi)

 

Regionşünaslıq (Fransa üzrə)

 

Filologiya (fransız dili və ədəbiyyatı)

 

Tərcümə (fransız dili)

fransız və ya ingilis dili

Regionşünaslıq (ərəb ölkələri üzrə)

ərəb və ya ingilis dili

digər ixtisaslar

ingilis dili

 

14. Lənkəran Dövlət Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” və “Tərcümə (ingilis dili üzrə)ixtisaslarını qəbul imtahanında xarici dil kimi ingilis dilindən imtahan vermiş abituriyentlər seçə bilərlər.

 

15. Qəbul imtahanları Bakı, Sumqayıt, Naxçı­van, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Göyçay, Mingəçevir və Bərdə şəhərlərində keçirilir.

 

 

Qəbul imtahanı iki mərhələdə keçirilir.

 

 

Cari ilin məzunları (peşə liseylərinin məzun­ları istisna olmaqla) bitirdikləri təhsil müəs­sisə­lərinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verirlər. Əvvəlki illərin məzunları və peşə lisey­ləri­nin cari il məzunları ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsi­qəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər.

Qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə I-IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmır.

 

 

Azərbaycan Respublikasının tam orta təhsil müəs­sisələrini cari ildə bitirən abituriyent birinci mərhələ üzrə imtahan vermir və onun buraxılış imtahanında əldə etdiyi nəticəsi qəbul imta­hanının birinci mərhələsinin nəticəsi kimi götürülür.

 

 

Qəbul imtahanının birinci mərhələsi 2019-cu ilin aprel ayında keçirilir. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər bu mərhələ üzrə imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

 

 

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi iki dəfə keçirilir. Abituriyent hər iki imtahanda eyni və ya fərqli ixtisas qrupu üzrə iştirak edə bilər.

 

 

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi iki dəfə - 1-ci dəfə 2019-cu ilin may, 2-ci dəfə isə iyun (I və IV ixtisas qrupları) və iyul (II və III ixtisas qrupları) aylarında keçirilir. Abi­turiyent­lər hər iki imtahanda iştirak edə bilərlər. Hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də, eyni ixtisas qrupu üzrə də verə bilər.

 

 

V ixtisas qrupu üzrə müsabiqə qəbul imtahanının birinci mərhələsi və qabiliyyət imtahanının nə­ti­cə­ləri əsasında aparılır.

 

 

V ixtisas qrupu üzrə müsabiqə qəbul imtaha­nı­nın birinci mərhələsinin və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılır. Azərbaycan Respubli­kasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul im­ta­hanı vermirlər və müsabiqədə cari ilin buraxılış imta­hanındakı nəticələri əsasında iştirak edirlər.

 

16. Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituri­yentlər “Azərbaycan Res­publi­kasında dövlət dili haqqında” Azərbaycan Res­pub­li­kasının qanununa əsasən, “Azərbaycan dili” (dövlət dili kimi) fənnindən test imtahanı verirlər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymət­lən­diri­lir. Bu imtahanda abituri­yentlərə 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

“Azər­baycan dili” (dövlət dili kimi) fənnindən test imtahanı iki dəfə – 2019-cu il mayın 5-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, mayın 26-da isə yalnız Bakı və Nax­çı­van şəhərlərində keçirilir.

Azərbaycan Respublikasının tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan tam orta təhsil   müəssisələrini cari ildə bitirən abituriyentlərin buraxılış imtahanı çərçivəsində mayın 5-də verdikləri “Azərbaycan dili” (dövlət dili kimi) fənni imtahanı üzrə nisbi balı ən azı 50 olduqda, onların həmin nəticələri əsas götürülür və “məqbul” almış hesab olunurlar. Həmin imtahanda nisbi balı 50-dən az olan abituriyentlər isə “qeyri-məqbul” almış hesab olunurlar vəAzərbaycan dili” (dövlət dili kimi) fənnindən yenidən imtahan verirlər. Bu halda imtahan ödənişli olur və abituriyentin öz hesabına keçirilir.

 

 

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dil­də verən abituriyentlər “Azərbaycan Respub­li­kasında dövlət dili haqqında” Azərbaycan Res­publikasının qanununa əsasən “Azərbaycan dili” (dövlət dili kimi) fənnindən test imtahanı verirlər. İmtahandan məqbul ala bilməyən abituriyentlər müsabiqəyə buraxılmırlar.

 

 

2019-cu il mayın 5-də keçirilən (birinci) imtahanda iştirak etməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər, həmçinin buraxılış imtahanı çərçi­vəsində bu fənn üzrə verdikləri imtahanda nisbi balı 50-dən az olan cari il məzunları, mayın 26-da keçirilən (ikinci) imtahanda iştirak etmək üçün 2019-cu il mayın    8-dən 14-dək eservices.dim.gov.az/erizebak/azdili internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir (bax: səh. 17, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası).

“Azər­baycan dili” (dövlət dili kimi) fənni imtahanından “məq­bul” ala bilməyən abituriyentlər müsabiqəyə buraxıl­mır­lar.

“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2018-ci ildə bu imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.

 

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla yanaşı, ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün də ərizə verən abituriyentlərin nəzərinə!

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla yanaşı, ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün də ərizə verən abituriyentlər 2019-cu il mayın 5-də keçirilən birinci imtahanda ali təhsil müəssisələri və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə, mayın 26-da keçirilən ikinci imtahanda isə ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə “Azərbaycan dili” (dövlət dili kimi) fənnindən imtahanda iştirak edirlər. Qeyd edək ki, birinci imtahanın nəticəsi yalnız ali təhsil müəssisələri və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı, ikinci imtahanın nəticəsi isə yalnız ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı nəzərə alınır.

Abituriyentlər birinci imtahanda iştirak etmədikləri və yaxud “qeyri-məqbul” aldıqları (cari il məzunlarının buraxılış imtahanı çərçivəsində bu fənn üzrə verdikləri imtahanda nisbi balları 50-dən az olduğu) halda və ikinci imtahanda da təkrar olaraq ali təhsil müəssisələri və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən “Azərbaycan dili” (dövlət dili kimi) fənni imtahanında iştirak etmək istədikləri halda, 2019-cu il mayın 8-dən 14-dək eservices.dim.gov.az/erizebak/azdili internet səhi­fəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən abituriyentlər mayın 26-da keçirilən “Azərbaycan dili” (dövlət dili kimi) fənni  imtahanını ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə verirlər və ali təhsil müəssisələri və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmırlar. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir.

 

17. İmtahanlarda iştirak etmək üçün abituriyent müəyyən olunmuş tarixlərdə internetdən hər bir imtahan üçün ayrıca «İmtahana buraxılış və­rəqəsi»ni çap edir.

Abituriyent imtahana gələrkən aşağıdakı sənəd­ləri özü ilə mütləq gətirməlidir:

- İmtahana buraxılış vərəqə­sini;

- Şəxsiyyətini təsdiq edən sənədin əslini:

·       Azərbaycan Respublikasının vətəndaşları
şəxsiyyət vəsiqələrini;

·       əcnəbilər icazə vəsiqələrini və (və ya) pasportlarını;

·       vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və ya yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədlərini;

·       Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini;

·       qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini.

- 16 yaşı mayın 1-dək tamam olmayan şəxslər (“yeni nəsil şəxsiyyət vəsiqəsi” olanlar istisna olmaqla), digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş fotoşəkilli arayışı.

 

 

İmtahana bir neçə gün qalmış abituriyent inter­net vasitəsilə şəxsi kabinetinə daxil olaraq “İmta­hana buraxılış vərəqəsi”ni çap edir və imtahana gələrkən “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı tələb olunan sənədləri də mütləq özü ilə gətirir.

 

 

18. Qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.

 

Qəbul imtahanının birinci mərhələsində abituri­yentə üç fənn üzrə ümumilikdə 85 tapşırıq, ikinci mərhələsində isə üç fənn üzrə ümumilikdə 90 tapşırıq təqdim olunur. Birinci mərhələdə mak­simal toplanıla bilən bal 300-ə, ikinci mərhələdə isə 400-ə bərabərdir. İmtahanın hər iki mər­hə­ləsində tapşırıqların cavablandırılmasına 3 saat vaxt ayrılır.

 

 

İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. İmtahan fənləri üzrə  tapşırıqların strukturu aşağıdakı kimidir:

Xarici dil

-        Dinləyib-anlamaya dair  mətn (publisistik və ya dialoq formalı)  və mətnə aid 6 tapşırıq: yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 və qapalı tipli 3 tapşırıq;

-        Qapalı tipli 16 tapşırıq;

-        Oxuyub-anlamaya dair  mətn və mətnə aid 8 tapşırıq; yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 4 və qapalı tipli 4 tapşırıq.

Azərbaycan (rus) dili

-        Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;

-        Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq): yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 5 və qapalı tipli 5 tapşırıq.

Riyaziyyat

-        Qapalı tipli 13 tapşırıq;

-        Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 5 tapşırıq;

-        Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 7 tapşırıq.

Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahan üzrə balların hesablanma (ümumi və fənlər üzrə) qaydası 11-ci səhifədə təqdim olunub. İmtahanın müddəti 3 saatdır.

Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər birinci mərhələ üzrə imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Lakin aşağıdakı xüsusi hallarda bu abituriyentlər qəbul imtahanın birinci mərhələsi üzrə əlavə olaraq 2019-cu il aprelin 28-də bəzi fənn və yaxud fənlərdən imtahan verirlər:

-          Tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda ərizədə qeyd etdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən əlavə olaraq imtahan verirlər. Bu halda abituriyentlər imtahan üçün əlavə ödəniş edirlər. Ödəniş etmək üçün abituriyentlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

-          Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali təhsil müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün əlavə olaraq rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər isə ali təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər. Bu halda abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını  doldurarkən, müsabiqəsində iştirak etmək istədikləri ixtisasların tədris dilinə uyğun olaraq ərizənin “Test imtahanı verəcəyi dil (Bölmə)” bölməsində Azərbaycan və ya rus dilini seçirlər və imtahan üçün əlavə ödəniş edirlər. Ödəniş etmək üçün abituriyentlər tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

-       Qəbul imtahanında buraxılış imtahanı çərçivəsində verdikləri xarici dil fənnindən fərqli xarici dil fənni üzrə imtahan vermək istəyən məzunlar müsabiqədə iştirak etmək üçün həmin xarici dildən imtahan verirlər. Bu halda abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını  doldurarkən “Xarici dil” bölməsində istədikləri xarici dili seçirlər və imtahan üçün əlavə ödəniş edirlər. Ödəniş etmək üçün abituriyentlər  tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

-       Xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin məzunları istədikləri halda qəbul imtahanında xarici dil fənni üzrə imtahan verə bilərlər. Bu halda abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını  doldurarkən “Xarici dil” bölməsində istədikləri xarici dili seçirlər və imtahan üçün əlavə ödəniş edirlər. Ödəniş etmək üçün abituriyentlər tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər. Qeyd olunan kateqoriyadan olan məzunlar xarici dil fənnindən imtahan vermək istəmədikləri halda "Abituriyentin elektron ərizəsi" formasını  doldurarkən “Xarici dil” bölməsində “Xarici dildən imtahan vermək istəmirəm” bəndini seçirlər. Bu zaman onların qəbul imtahanının birinci mərhələsindən toplaya biləcəkləri maksimal balları iki fənn (Azərbaycan və ya rus dili və riyaziyyat) üzrə toplanan balların cəmlənməsi əsasında müəyyənləşməklə 200 bal təşkil edir.

 

 

Qəbul imtahanının birinci mərhələsinin nəticəsi iki il qüvvədə olur.

 

 

Qəbul imtahanlarının birinci mərhələsinin nəticəsi 2 il qüvvədə olur. Abituriyent müvafiq illər üzrə müsabiqə şərtlərini ödədiyi halda həmin nəticə əsasında cari və növbəti tədris illərində ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak edə bilər. Lakin abituriyentin I-IV ixtisas qrupları üzrə müsabiqəyə buraxılması üçün müvafiq illərdə qəbul imtahanının ikinci mərhələsində iştirakı zəruridir. Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanının birinci mərhələsində də iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak etmək üçün tələb olunan qabiliyyət imtahanının nəticəsi yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olur və növbəti il üçün bu nəticə öz qüvvəsini itirir.

 

Qəbul imtahanının ikinci mərhələsində (I-IV ixtisas qrupları üzrə) abituri­yentlər ixtisas qrupları üzrə 3 fəndən imtahan verirlər. Hər bir fəndən 30 tapşırıq (ümumilikdə 90 tapşırıq) təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidır. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan  hesablama, seçim və ya  uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan, meyarlar əsasında markerlər tərəfindən qiymətləndirilən situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Bu tapşırıqlar riyaziyyat, fizika, kimya, biologiya və coğrafiya fənləri üzrə situasiya, Azərbaycan (rus) dili və ədəbiyyat fənləri üzrə mətn, tarix fənni üzrə isə mənbə əsasında hazırlanır. İxtisas qrupları üzrə imtahan fənləri aşağı­dakılardır:

I    

riyaziyyat, fizika, kimya;

II  

riyaziyyat, coğrafiya, tarix;

III

qəbul imtahanı dilinə uyğun olaraq Azərbaycan və ya rus dili, tarix, ədəbiyyat;

IV

biologiya, kimya, fizika.

 

     Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür (jurnalın 14-15-ci səhifələrində balların hesablanma qaydası təqdim olunub). Test tapşırıqlarının cavablandırılmasına ümu­milik­­də 3 saat vaxt ayrılır.

Qəbul imtahanlarının ikinci mərhələsinin (I-IV ixtisas qrupları üzrə) nəticələri yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir.

 

19. Abituriyentlərin qəbul imtahanının mərhələləri üzrə topla­dıq­ları ballar elan olunduqdan sonra ali təhsil müəs­sisə­lərinə qəbul aparılan ixtisaslar üzrə internet vasitəsilə ixtisas seçimi aparılır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin  2.1.3-cü bəndinə uyğun olaraq, müsabiqə şərtləri DİM tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilir.

Ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır.

 

 

İxtisas seçiminə yalnız müvafiq müsabiqə şərt­lərini ödəyən abituriyent buraxılır.

 

 

Cari ildə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsində  iki müxtəlif ixtisas qrupu üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədə iştirak etmək üçün abituriyentlərin nəticələri aşağıdakı tələbləri ödəməlidir:

 

I ixtisas qrupu üzrə:

-    Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan  abituriyentlər buraxılır;

-    “Riyaziyyat”, “Fizika”, “Kompüter elmləri”, “Nəqliyyat tikintisi mü­hən­disliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geolo­giya”, “Elektronika, telekommunikasiya və radio­texnika mühən­dis­liyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan  abituriyentlər buraxılır;

-    Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­versiteti, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attesta­tında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili  fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

-    Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təh­sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

Torpaqşünaslıq və aqrokimya

Azərbaycan Dövlət Aqrar Universiteti

Lənkəran Dövlət Universiteti

Meşəçilik

Lənkəran Dövlət Universiteti

Qərbi Kaspi Universiteti

Aqronomluq

Lənkəran Dövlət Universiteti

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi

Naxçıvan Dövlət Universiteti

Texnologiya müəllimliyi

Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi

Azərbaycan Texnologiya Universiteti

Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi

Qərbi Kaspi Universiteti

Çoxişlənən malların texnologiyası mühəndisliyi

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Mingəçevir Dövlət Universiteti

İstehlak mallarının ekspertizası və marketinqi

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Qərbi Kaspi Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Poliqrafiya mühəndisliyi

Qərbi Kaspi Universiteti

- Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqromühəndislik", "Balıqçılıq və balıqçılıq tə­sər­rü­fatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", "Me­liora­siya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisasları və Naxçıvan Dövlət Universitetinin "Torpaqşünaslıq və aqrokimya" ixtisası üzrə ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

 

II ixtisas qrupu üzrə:

-    Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

-    Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­ver­siteti istisna olmaqla) “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisas­larının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 30-dan az olmayan abituriyentlər buraxılır;

-    Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­ver­si­teti və Bakı Mühəndislik Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili  fən­ni üzrə nisbi balı       40-dan az olmayan abituriyentlər buraxılır;

-    Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təh­sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

Marketinq

Gəncə Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

Azərbaycan Texnologiya Universiteti

Mingəçevir Dövlət Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Azərbaycan Universiteti

Xəzər Universiteti

"Odlar Yurdu" Universiteti

Bakı Biznes Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Qərbi Kaspi Universiteti

Bakı Avrasiya Universiteti

Biznesin idarə edilməsi

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

Gəncə Dövlət Universiteti

Azərbaycan Texnologiya Universiteti

Mingəçevir Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Universiteti

"Odlar Yurdu" Universiteti

Qərbi Kaspi Universiteti

Bakı Biznes Universiteti

Xəzər Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Bakı Avrasiya Universiteti

Kommersiya

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Regionşünaslıq (regionlar üzrə)

Qərbi Kaspi Universiteti

Xəzər Universiteti

Bakı Avrasiya Universiteti

Turizm və otelçilik

Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Mingəçevir Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Bakı Dövlət Universitetinin Qazax filialı

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Qərbi Kaspi Universiteti

Xəzər Universiteti

"Odlar Yurdu" Universiteti

Naxçıvan Universiteti

III ixtisas qrupu üzrə:

-    Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituri­yentlər buraxılır;

-    Dövlət ali təhsil müəssisələrinin “Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 30-dan az olmayan abituriyentlər buraxılır;

-    Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­versiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attesta­tında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili  fənni üzrə nisbi balı 40-dan az olmayan abituri­yentlər buraxılır;

-    Azərbaycan İlahiyyat İnstitutunun ixtisasları üzrə mü­sa­bi­qəyə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılır;

-    Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təh­sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olma­yan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümu­mi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

Naxçıvan Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Sosial iş

Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Bakı Dövlət Universitetinin Qazax filialı

Azərbaycan Universiteti

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

Azərbaycan Kooperasiya Universiteti

 

IV ixtisas qrupu üzrə:

-  Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan  abituri­yentlər buraxılır;

-  Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attesta­tında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili  fənni üzrə nisbi balı 40-dan az olmayan abituri­yentlər buraxılır;

-    Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təh­sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

Baytarlıq

Lənkəran Dövlət Universiteti

Ekologiya

Lənkəran Dövlət Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Qərbi Kaspi Universiteti

 

-    Azərbaycan Dövlət Aqrar Universitetinin "Bay­tar­lıq", "Su bioehtiyatları və akvabitkilər", "Eko­lo­giya", "Əczaçılıq" ixtisasları və Naxçıvan Dövlət Universitetinin "Baytarlıq" ixtisası üzrə ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qa­bi­liy­yət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı,  qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır. Müsabiqə şərtləri “Xüsusi qabiliyyət tələb edən  ixtisaslar üzrə müsabiqə şərtləri” adlı cədvəldə verilmişdir (bax: səh. 13).

Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər, ilk növbədə həmin ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə müsabiqədə iştirak edirlər. Abituriyent yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə keçirilən müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir. 

 

20. Ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisasları üzrə müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

-   təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

-   xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal)[4];

-   qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi bal;

-   qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə nisbi balların cəmi;

-   qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə düzgün cavabların (yazılı suallar üzrə balların) sayı;

-   qəbul imtahanının ikinci mərhələsinin imtahan fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;

-   qəbul imtahanının birinci mərhələsi üzrə Azərbaycan və ya rus dili fənnindən toplanılan bal;

-   qəbul imtahanının birinci mərhələsi üzrə riyaziyyat fənnindən toplanılan bal.

 

Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətlən­diri­lən ixtisasları üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Yekun balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

-   abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal;

-   təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

-   riyaziyyat fənni üzrə imtahan balı;

-   Azərbaycan dili və ya rus dili fənni üzrə üzrə imtahan balı.

 

Ali  təhsil müəssisələrinin V ixtisas qrupunda qa­biliy­yət imtahanlarının nəticələri məqbulla qiymət­ləndirilən ixtisasları üzrə müsabiqə abituriyentin  qəbul (cari ilin abituriyentləri üçün buraxılış)  imtahanında topladığı ümumi balı əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıl­lıqla əlavə göstəricilərdən istifadə edilir:

-   təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

-   riyaziyyat fənni üzrə imtahan balı;

-   Azərbaycan dili və ya rus dili fənni üzrə imtahan balı.

 

21. Ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqənin nəticələri (həmçinin boş qalan yerlər üzrə) elan olunduqdan sonra, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir. Bundan sonra  ali təhsil müəssisələrinə qəbul olmayan və DİM tərəfindən müəyyən olunan müsabiqə şərtlərini[5] ödəyən abituriyentlər həmin yerlər üzrə ixtisas seçimində iştirak edirlər. İxtisas seçimində işirak edən abituriyentlərin hazırlıq qruplarının yerləri üzrə yerləşdirilməsi DİM tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Hazırlıq qruplarında tədrisin sonunda DİM tərəfindən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”nda nəzərdə tutulmuş qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçiri­lir və buraxılış imtahanları nəticə­sində müvəf­fəqiyyət[6] qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar.

 

22. Abituriyentlər müəyyən olunmuş müddətdə imta­han nəticələri ilə əlaqədar DİM tərəfindən yaradılan Apel­lyasiya Komissiyasına müraciət edə bilərlər. Apellyasiya Komissiyasına abituriyent şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət etməlidir. 

23. Qəbul kampaniyası dövründə abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

-      saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;

-      imtahana mobil telefon və digər rabitə vasitələri, xarici yaddaş qurğusu, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər  yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;

-      yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə tütün məmulatı gətirmək;

-      səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq, “İmtahan başlandı!” elan olunan andan 2 saat müddət  keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində  zaldan çıxmaq;

-      başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;

-      nəzarətçiyə və ya digər şəxslərə  tapşırıqların həllində kömək üçün müraciət etmək;

-       cavab kartını (vərəqini) və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq

 

Abituriyentin 23-cü bənddə göstərilən hərəkətlərə yol verməsi halları DİM tərə­findən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.


 

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri

 

İxtisasın adı

Minimal bal

II mərhələ üzrə minimal bal

Qabiliyyət imtahanının yekun nəticəsi

 

I qrup

 

Memarlıq

200

100

məqbul

 

III qrup

 

İslamşünaslıq

150

50

məqbul

Jurnalistika

200

100

məqbul

 

V qrup

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)

Musiqi müəllimliyi

Rəqs müəllimliyi

Təsviri incəsənət müəllimliyi

Dizayn

Bədən tərbiyəsi və idman

Məşqçi (idman növü üzrə)

60

---

məqbul

Dekorativ sənət

İnstrumental ifaçılıq

Solo oxuma

Dirijorluq

Bəstəkarlıq

Musiqişünaslıq

Estrada sənəti

Xalq çalğı alətləri ifaçılığı

Aktyor sənəti

Rejissorluq

Operator sənəti

Rəngkarlıq

Qrafika

Heykəltəraşlıq

Xoreoqrafiya sənəti (sahələr üzrə)

60

---

6

 

Qeyd: Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları haqqında ətraflı məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının ilk sayında nəşr ediləcəkdir. Burada xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, bu ixtisaslar üzrə müsabiqə şərtləri və kadr hazırlığının hansı ali təhsil müəssisələrində aparılması haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər əksini tapacaq.

Balların hesablanma qaydası

 

I-IV ixtisas qrupları üzrə

 

Qəbul qaydalarına əsasən, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı iki mərhələdən ibarətdir. Abituriyentlər qəbul imtahanının birinci (maksimal toplanıla bilən bal – 300) və ikinci (maksimal toplanıla bilən bal – 400) mərhələlərindən topladıqları ümumi balların cəminə (maksimal toplanıla bilən bal – 700) əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edirlər.  Cari ilin məzunları üçün qəbul imtahanının birinci mərhələsinin nəticəsi kimi onların buraxılış imtahanında əldə etdikləri nəticələr götürülür.

 

Qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) üzrə imtahan fənləri, tapşırıqların sayı və balların hesablanma qaydası

 

Qəbul imtahanının birinci mərhələsində şagird və abituriyentlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanın müddəti 3 saatdır.

 

Fənnin adı

Tapşırıqların sayı

Nisbi balın hesablanması düsturu

Xarici dil (ingilis, alman, fransız, rus, ərəb və ya
fars dili)

-          Dinləyib-anlamaya dair  mətn (publisistik və ya dialoq formalı)  və mətnə aid 6 tapşırıq: yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 və qapalı tipli 3 tapşırıq;

-          Qapalı tipli 16 tapşırıq;

-          Oxuyub-anlamaya dair  mətn və mətnə aid 8 tapşırıq:  yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 4 və qapalı tipli 4 tapşırıq.

Cəmi: 30 tapşırıq

·(2nd(açıq, yazılı)+nd(qapalı))

 

Maksimal bal: 100

Azərbaycan (rus) dili

-          Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;

-          Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq: yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 5 və qapalı tipli 5 tapşırıq (cəmi 20 tapşırıq).

Cəmi: 30 tapşırıq

·(2nd(açıq, yazılı)+nd(qapalı))

 

Maksimal bal: 100

Riyaziyyat

-          Qapalı tipli 13 tapşırıq.

-          Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 5 tapşırıq;

-          Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 7 tapşırıq;

Cəmi: 25 tapşırıq

·(2nd(açıq, yazılı)+nd(açıq, kod)+ +nd(qapalı))

 

Maksimal bal: 100

 

Birinci mərhələ üzrə toplanıla bilən maksimal ümumi bal: 300

 

Qeyd. 1. nd(açıq, kod) -        cavabların kodlaşdırılması tələb olunan açıq tipli* tapşırıqlar üzrə balların cəmi;

                nd(qapalı) -          qapalı tipli tapşırıqlar üzrə balların cəmi;

                nd(açıq, yazılı) -     yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə balların cəmi.

 

  2. Qapalı tipli və cavabların kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqların hər birinə verilən düzgün cavab 1 balla qiymətləndirilir.

  3. Yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar markerlər tərəfindən meyarlar əsasında
  0,
,  ,  və ya 1 balla qiymətləndirilə bilərlər.

 

Abituriyentin qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) üzrə ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar cəmlənir. Fənlər üzrə nisbi ballar yuxarıdakı cədvəldə göstərilən qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır. Tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

 

Qəbul imtahanının ikinci mərhələsi üzrə imtahan fənləri, ixtisas qrupları üzrə fənlərin çəki əmsalları, tapşırıqların sayı və balların hesablanma qaydası

 

Abituriyentlərə hər fənn üzrə 30 tapşırıq (ümumilikdə 90 tapşırıq) təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidır. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan  hesablama, seçim və ya  uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan, meyarlar əsasında markerlər tərəfindən qiymətləndirilən situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Bu tapşırıqlar riyaziyyat, fizika, kimya, biologiya və coğrafiya fənləri üzrə situasiya, Azərbaycan (rus) dili və ədəbiyyat fənləri üzrə mətn, tarix fənni üzrə isə mənbə əsasında hazırlanır.

İmtahanın müddəti 3 saatdır.

 

Abituriyentin qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar cədvəldə verilmiş müvafiq çəki əmsallarına vurulmaqla cəmlənir.

Hər bir fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır:

                                              

İmtahan fənni üzrə nisbi bal:                                                                  ,

burada   NB – fənn üzrə nisbi bal;

NBq – qapalı tipli tapşırıqlar üzrə nisbi bal;

NBa – açıq tipli tapşırıqlar üzrə nisbi baldır.

 

Qapalı tipli  tapşırıqlar üzrə nisbi bal:                                                   

                                                                                                                        (hesablamanın nəticəsi mənfi alınarsa, NBq=0  götürülür),

 

burada      Dq – qapalı tipli tapşırıqlar üzrə düzgün cavabların sayı;

Yq – qapalı tipli tapşırıqlar üzrə yanlış cavabların sayıdır.  

 

Açıq tipli  tapşırıqlar üzrə nisbi bal:                                               NBa = (Dkod + 2Dyazılı)

burada         Dkod  – cavabların kodlaşdırılması tələb olunan açıq tipli (hesablama, seçim, uyğunluğu müəyyən etmək) tapşırıqlar üzrə düzgün cavabların sayı;

Dyazılı  – yazılı şəkildə cavablandırılması tələb olunan, situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan açıq tipli tapşırıqlar üzrə balların cəmidir. Bu tapşırıqlar markerlər tərəfindən meyarlar əsasında 0,  ya 1 balla qiymətləndirilir.

Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

 

İxtisas qrupları üzrə fənlərin çəki əmsalları

 

I qrup

II qrup

III qrup

IV qrup

Riyaziyyat çəki əmsalı: 1,5

Riyaziyyat çəki əmsalı: 1,5

Azərbaycan (rus) dili – çəki əmsalı: 1,5

Biologiya çəki əmsalı: 1,5

Fizika çəki əmsalı: 1,5

Coğrafiya çəki əmsalı: 1,5

Tarixçəki əmsalı: 1,5

Kimya çəki əmsalı: 1,5

Kimya çəki əmsalı: 1

Tarix çəki əmsalı: 1

Ədəbiyyat çəki
əmsalı: 1

Fizika çəki əmsalı: 1

 

İkinci mərhələ üzrə toplanıla bilən maksimal ümumi bal: 400

 

V ixtisas qrupu üzrə

 

V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə yalnız qəbul imtahanlarının birinci mərhələsinin (cari ilin məzunları üçün buraxılış imtahanının) nəticə­lərinə əsasən aparılacaq.

 

Ali təhsil müəssisələrinin ixtisaslarının qruplar üzrə siyahısı “Abituriyent” jurnalının 2019-cu il 1-ci nömrəsinin 8-9-cu səhifələrində və DİM-in eservices.dim.gov.az/erizebak/erize internet ünvanında verilmişdir.

                                                                                              

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi haqqında məlumat

 

           İmtahan (müsabiqə)

 

 

Kontingent

V ixtisas qrupu üzrə qəbul imtahanı

Bir komissiya üzrə qabiliyyət imtahanı

(ixtisas qrupundan asılı olmayaraq)

I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanının ikinci mərhələsinin ilk imtahanı

Rus bölməsi üçün Azərbaycan dili fənni üzrə ilk imtahan

Cari ilin məzunları  və cari ildə eksternat qaydasında tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyada iştirak edənlər

dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün cari ilə kimi heç vaxt müraciət etməyən (və ya müraciəti müəyyən edilməyən) əvvəlki illərin məzunları

dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

a) V ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün müraciət etmədiyi halda dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

b) V ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün müraciət etdiyi halda öz hesabına

Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün cari ilə kimi ən azı bir dəfə müraciət edən əvvəlki illərin məzunları

öz hesabına

öz hesabına

öz hesabına

öz hesabına

 

QEYD 1:  Cari ildə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsinin birinci imtahanında iştirak edən bütün abituriyentlər üçün istisnasız olaraq ikinci imtahan həmin abituriyentlərin hesabına həyata keçirilir.

 

QEYD 2: Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ilk dəfə müraciət edən və cari ildə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ilk imtahanda iştirak etmədiyi və yaxud “qeyri-məqbul” aldığı halda, Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə 26 maydakı ikinci imtahan həmin abituriyentlərin hesabına həyata keçirilir. 

 

QEYD 3: “Şəxsi kabinet”inizin hesabına vəsait köçürərkən iştirak edəcəyiniz imtahanların və bu imtahanlar üçün müəyyən edilmiş qiymətləri nəzərə alın. “Şəxsi kabinet”inizin hesabına köçürdüyünüz istifadə edilməmiş vəsait qəbul kampaniyası bitdikdən sonra geri qaytarılacaq, lakin bu zaman həmin vəsaitdən ödəmə sistemləri tərəfindən pul köçürmələri ilə bağlı göstərilən xidmətlərin haqqı  tutulacaq.

 

QEYD 4: Ali təhsil və orta ixtisas təhsili müəssisələrini bitirən bütün abituriyentlər üçün ali təhsil müəssisələrinə qəbul imtahanları həmin abituriyentlərin hesabına həyata keçirilir.

 

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin göstərdiyi xidmətlərin haqqı aşağıdakı kimi  müəyyən edilmişdir:

 

Xidmətlərin adı

Ölçü vahidi

Tarif*

(ƏDV-siz, manat)

Ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı

1 iştirak üçün

40

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən (o cümlədən “Jurnalistika” və Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq”) ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı

1 iştirak üçün

30

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı

1 iştirak üçün

10

Ümumi təhsil müəssisələrinin cari il məzunlarının əlavə olaraq verdikləri Azərbaycan dili və ya rus  dili fənnindən imtahan

 

1 iştirak üçün

 

10

Ümumi təhsil müəssisələrinin cari il məzunlarının qəbul imtahanında əlavə olaraq verdikləri xarici dil fənni imtahanı

 

1 iştirak üçün

 

10

 

             * Bu qiymətlərdən ƏDV tutulmur.



[1]     Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər tam orta təhsil haqqında sənədi və ya attestat qiymətləri göstərilən arayışı təqdim etmirlər:

-     Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirən abituriyentlər;

-     Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən abituriyentlər;

-     2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib, onu təsdiq etdirmiş abituriyentlər.

 

[2]     “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 2 nömrəli əlavəni eservices.dim.gov.az/erizebak/erize internet ünvanından əldə etmək olar.

 

[3]     “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 3 nömrəli əlavəni eservices.dim.gov.az/erizebak/erize internet ünvanından əldə etmək olar.

[4] Bu bənd yalnız I ixtisas qrupunun “Memarlıq” ixtisası üzrə müsabiqə zamanı nəzərə alınır.

[5]     Müsabiqənin şərtləri Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaqdır.

[6]     Hazırlıq qruplarının buraxılış imtahanının nəticəsinə qoyulan tələblər Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaqdır.

*    Açıq tipli tapşırıqlar haqqında məlumat və nümunələrlə “Abituriyent” jurnalının 2019-cu il 1-ci nömrəsinin 162-166-cı səhifələrdə ətraflı tanış ola bilərsiniz.