DÖVLƏT İMTAHAN MƏRKƏZİ

2018/2019-cu TƏDRİS İLİ ÜÇÜN BAZA ALİ TİBB TƏHSİLİ ƏSASINDA REZİDENTURAYA QƏBUL

"Namizədin elektron ərizəsi" səhifəsinə xoş gəlmisiniz
Bu sayt 2018/2019-cu tədris ilində Azərbaycan Respublikasında ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya sənəd vermək istəyənlər üçün sistemə giriş səhifəsidir. Səhifədən istifadə qaydaları və digər köməkçi vasitələr ilə tanış olmaq üçün aşağıdakı linklərdən istifadə edin. 

Diqqət! Dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra (hərbi tibb fakultəsini bitirənlər istisna olmaqla) əmək fəaliyyətlərini 3 (üç) il müddətində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı, bənd: 2.4)
SİZ elektron ərizəni təsdiq etdiyiniz andan qeyd edilmiş bu öhdəliyə razılıq vermiş hesab olunursunuz.

DİQQƏT: Rezidenturada ikinci dəfə təhsil almaq istəyənlərin nəzərinə!
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən rezidenturada ikinci dəfə təhsil ödənişli əsaslarla həyata keçirilir.

İxtisas seçimi etmiş namizədlərin sayı:
Azərbaycan bölməsi - 457; rus bölməsi - 68; cəmi - 525
Diqqət! Müsabiqəyə yalnız "Namizədin  elektron ərizəsi"ndə  ixtisasları seçmiş və  təsdiq etmiş namizədlər buraxılacaq.