Tədris ili:    

                
  
Təqvim planı                                                  
  
 
 
 
                                                                                                         
 
Əlaqələndiricilərin nəzərinə Xəbərlər

Ümumtəhsil müəssisələri rəhbərlərinin və əlaqələndiricilərinin nəzərinə!

21 noyabr 2024-cü il tarixdən etibarən “Şagird-məzun” dövlət elektron informasiya sisteminə giriş yalnız Digital Login vasitəsilə mümkündür. Əlaqələndiricilərin və məsul şəxslərin həmin giriş imkanından istifadə edə bilmələri üçün https://digital.login.gov.az/ linkinə daxil olmaqla qeydiyyatdan keçmələri zəruridir.

 

Ümumtəhsil müəssisələri rəhbərlərinin və əlaqələndiricilərinin nəzərinə!

2023/2024-cü tədris ilində “Şagird-məzun” dövlət elektron informasiya sistemində məlumatların daxil edilməsi 01.11.2023-cü il tarixdən aktiv ediləcək.

 

Diqqət!

Buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan şagirdlərin siyahısına baxmaq və çap etmək üçün “Hesabatlar” bölməsində təhsil müəssisəsini, sinfi və imtahan tarixini seçərək “İmtahan kontingenti” düyməsini sıxmaq lazımdır.

 

Ümumtəhsil müəssisələri rəhbərlərinin nəzərinə!

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsinə əsasən ümumi təhsil və peşə təhsili müəssisələrinin “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə-

vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

Diqqət!

Əgər məktəbdə şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, həmin şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil  (bundan sonra əsas xarici dil) fənnindən imtahan verəcəklər. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul  müsabiqəsi zamanı abituriyentlərin həmin xarici dil fənnindən topladıqları bal nəzərə alınacaq.

Buraxılış sinfini cari ildə bitirərək  ali və orta ixtisas təhsili müəssisələrinə qəbul müsabiqəsində iştirak etmək istəyən abituriyentlər istənilən digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, həmin abituriyentlərə xarici dil fənnindən əlavə imtahan vermək imkanı yaradılacaq.

Həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılacaq, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınacaq.

 

Diqqət!

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanında iştirak etmək üçün ümumtəhsil müəssisələri tərəfindən verilməli olan arayış formasını buradan yükləmək mümkündür.

Təhsil müəssisələri rəhbərlərinin nəzərinə!

Azərbaycan Respublikası Təhsil nazirinin 08.06.2017 tarixli 129 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi orta və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi qaydası”na görə ümumi orta təhsil haqqında fərqlənmə attestatları aşağıdakı tələblərə uyğun gələn məzunlara verilir:

-         bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin “5” olması;

-         buraxılış imtahanında hər bir fənn üzrə  ən azı  75 bal toplaması;

-         buraxılış imtahanında inşa (esse) üzrə   ən azı 7 bal toplaması.

Diqqət! Digər hallarda fərqlənmə attestatı verilə bilməz.

 

01.11.2024

 

2024/2025-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə “Təqvim planı” Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.

2024/2025-ci tədris ilində “Şagird-məzun” dövlət elektron informasiya sistemində məlumatların daxil edilməsi 01.11.2024-cü il tarixdən aktivdir.

Regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, cari tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarınının təqvim planına uyğun olaraq “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər.

 

24.10.2023

 

2023/2024-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə “Təqvim planı” Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.

2023/2024-cü tədris ilində “Şagird-məzun” dövlət elektron informasiya sistemində məlumatların daxil edilməsi 01.11.2023-cü il tarixdən aktiv ediləcək.

Regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, cari tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarınının təqvim planına uyğun olaraq “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər.

 

 

06.12.2021

 

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.

İmtahanda abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılacaq. Həmçinin, yazılı şəkildə cavablandırılması tələb olunan 3 tapşırıqdan istifadə olunacaq.

Sınaq imtahanı abituriyentlərin biliyinin diaqnostikası ilə bərabər, imtahanın texnologiyası, cavab kartının dolduirulması və s. ilə tanışlıq, imtahan zamanı vaxtın düzgün bölgüsü baxımından mühüm əhəmiyyətə malikdir. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edəcək 11-ci sinif şagirdləri isə müsabiqəyə buraxılmaq üçün keçiriləcək imtahanda 50%-dən yuxarı nəticə göstərməlidirlər.

Qeyd olunanları nəzərə alaraq, rəhbəri olduğunuz təhsil müəssisəsinin Azərbaycan dilindən fərqli dillərdə təhsil alan buraxılış sinif şagirdlərinə yeni modelə uyğun hazırlanmış sınaq imtahanında iştirakın tövsiyə edilməsini xahiş edirik.  

Sınaq imtahanına qeydiyyat 16 dekabr saat 23:59-dək DİM-in internet saytında aparılacaq.

 

 

28.12.2020

 

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.12.2020-ci il tarixli 488 nömrəli qərarına əsasən ölkə ərazisində bir sıra iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmış, habelə bir sıra dövlət orqanlarının, o cümlədən idarə, müəssisə və təşkilatların fəaliyyəti məhdudlaşdırılmış, həmçinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların hərəkətinə məhdudiyyət tətbiq edilmişdir. Bununla əlaqədar vətəndaşların üzləşə biləcəyi əlavə çətinliklərin qarşısının alınması məqsədilə ölkədə tətbiq edilmiş sərtləşdirilmiş karantin rejimi nəzərə alınmaqla Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə  qarşılıqlı razılığa əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının “Şagird-məzun” sisteminə əlavə edilməsi zamanı aşağıda qeyd olunan dəyişikliklər nəzərdə tutulmuşdur:

1.    Fərdi məlumatları Şagird-məzun sisteminə artıq daxil edilərək qeydiyyatdan keçmiş, lakin şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlər həmin sənədlə buraxılış imtahanlarında iştirak edə biləcək;

2.    01.09.2020-ci il tarixdən sonrakı müddətdə  şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlərin müvafiq məlumatlarının həmin sənəddə göstərilən şəkildə "Şagird-məzun" sisteminə daxil edilməsi mümkün olacaq;

3.    Buraxılış sinif şagirdləri haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi müddəti fevral ayının sonunadək uzadılacaq.

 

 

03.03.2020

 

Diqqət!

09.03.2020-ci ildə keçirilməsi nəzərdə tutulan buraxılış imtahanı təxirə salındı. Bu istiqamət üzrə imtahanın vaxtı imtahanın keçiriləcəyi tarixdən 1 həftə əvvəl elan olunacaqdır. Ümumtəhsil müəssisələrinin rəhbərlərindən xahiş olunur ki, imtahanda iştirak etməli olan şagirdlərə bu barədə məlumat verilsin.

 

04.10.2018

 

 

12.01.2018

 

Ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların  "Şagird-məzun" sisteminə daxil edilməsi haqqında

Daxiletmə faizi 100-dən aşağı olan rayonların (şəhərlərin) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş olunur ki, daxil edilməmiş məlumatların "Şagird-məzun" sisteminə əlavə edərək təsdiq edilməsini təmin etsinlər!

Diqqət! Buraxılış imtahanında esse yazmaq istəyən IX sinif şagirdlərinin “Şagird-məzun” sistemindəki məlumatlarında müvafiq qeyd aparılması zəruridir. Xatırladırıq ki, mövcud qaydalara görə buraxılış imtahanlarında iştirak etməyən şagirdlərin biliyinin yekun qiymətləndirilməsi aparılmır!

Ümumtəhsil məktəbləri IX sinif şagirdlərinin məlumatlarının "Şagird-məzun" sisteminə daxil edilməsi üzrə 12.01.2018-ci il tarixə olan ümumi statistika

05.12.2016

 

Ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların  "Şagird-məzun" sisteminə daxil edilməsi haqqında

Naxçıvan MR Kəngərli, Sədərək rayonları və Naftalan şəhəri  üzrə buraxılış sinif şagirdləri haqqında ilkin məlumatların sistemə daxil edilməsi və təsdiqlənməsi prosesi başa çatmışdır.

Daxiletmə faizi 100-dən aşağı olan rayonların (şəhərlərin) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş olunur ki, daxil edilməmiş məlumatların "Şagird-məzun" sisteminə əlavə edərək təsdiq edilməsini təmin etsinlər!

Diqqət! IX sinif şagirdlərinin buraxılış imtahanının birinci mərhələsində iştirakını təmin etmək üçün onlar haqqında məlumatlar təcili “Şagird-məzun” sisteminə işlənməlidir. Xatırladırıq ki, yeni qaydalara görə buraxılış imtahanlarında iştirak etməyən IX sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi aparılmır!

Ümumtəhsil məktəbləri IX sinif şagirdlərinin məlumatlarının "Şagird-məzun" sisteminə daxil edilməsi üzrə 05.12.2016-cı il tarixə olan ümumi statistika

 

05.12.2016

Təqvim planının növbəti mərhələsi haqqında

Təhsil Nazirliyi tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında sağlamlıq imkanları məhdud IX sinif şagirdlərinin siyahısının Dövlət İmtahan Mərkəzinə (DİM) təqdim edilməsi mərhələsi 01.12.2016 – 15.01.2017 tarixləri aralığını əhatə edir. Təhsil Nazirliyindən (şəhər (rayon) təhsil şöbələrindən) xahiş olunur ki, IX sinif üzrə buraxılış imtahanlarının I mərhələsinin fevral-mart aylarında keçiriləcəyini nəzərə alaraq, siyahını təqvim planında göstərilən müddətdən gec olmayaraq DİM-ə təqdim etsinlər.

 

 

22.11.2016

Ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların  "Şagird-məzun" sisteminə daxil edilməsi haqqında

Naftalan şəhəri üzrə buraxılış sinif şagirdləri haqqında ilkin məlumatların sistemə daxil edilməsi və təsdiqlənməsi prosesi başa çatmışdır.

Daxiletmə faizi 100-dən aşağı olan rayonların (şəhərlərin) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş olunur ki, daxil edilməmiş məlumatları "Şagird-məzun" sisteminə əlavə edərək təsdiq etsinlər!

Diqqət! IX sinif şagirdlərinin buraxılış imtahanının birinci mərhələsində iştirakını təmin etmək üçün onlar haqqında məlumatlar təcili “Şagird-məzun” sisteminə işlənməlidir. Xatırladırıq ki, yeni qaydalara görə buraxılış imtahanlarında iştirak etməyən IX sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi aparılmır!