İstifadəçi adı:   
  Şifrə:   
  Tədris ili:  
 
    
  Yeni kod                         
 
Təqvim planı                                                  
  
 
 
 
                                                                                                         
 
Əlaqələndiricilərin nəzərinə Xəbərlər

Təhsil müəssisələri rəhbərlərinin nəzərinə!

Azərbaycan Respublikası Təhsil nazirinin 08.06.2017 tarixli 129 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi orta və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi qaydası”na görə ümumi orta təhsil haqqında fərqlənmə attestatları aşağıdakı tələblərə uyğun gələn məzunlara verilir:

-         bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin “5” olması;

-         buraxılış imtahanında hər bir fənn üzrə  ən azı  75 bal toplaması;

-         buraxılış imtahanında inşa (esse) üzrə   ən azı 7 bal toplaması.

Diqqət! Digər hallarda fərqlənmə attestatı verilə bilməz.

 

Diqqət!

2016/2017-ci tədris ilində monitorinq imtahanları keçiriləcək ümumtəhsil müəssisələrinin nəzərinə!

 

Ümumtəhsil müəssisələri əlaqələndiricilərindən xahiş edilir ki, monitorinq imtahanları ilə bağlı aşağıdakı təlimatı çap edib, direktorlara təqdim etsinlər!

 

Təhsil müəssisəsinin rəhbəri üçün təlimat (monitorinq imtahanları)

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarına əsasən IX sinif buraxılış imtahanlarının birinci mərhələsində şagirdlər təqdim edilmiş mövzulardan birini seçməklə könüllülük əsasında inşa (esse) yaza bilərlər. Bunu nəzərə alaraq, inşa (esse) yazmaq istəyən şagirdlərin "Şagird-məzun" sistemindəki məlumatlarında  bu barədə müvafiq qeyd aparılmalıdır. Bunun üçün sistemin şagirdlər haqqında məlumatlar hissəsində  "İnşa (esse) yazmaq istəyir" bəndi seçilməlidir. Məlumatlarında bu bəndin seçilmədiyi şagirdlər imtahan vaxtı inşa (esse) yazmayacaqlar.

Diqqət! Ümumi orta təhsil haq­qında fərqlənmə attestatı almaq istəyən şagirdlərin inşa (esse) yazmaları məcburidir!

 

Diqqət!

Diqqət!

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan buraxılış imtahanında iştirak edəcək şagirdlərə ümumtəhsil müəssisələri tərəfindən verilməli olan arayış formasını buradan yükləmək mümkündür.

Diqqət!

Xatırladırıq ki, ümumtəhsil məktəbləri buraxılış sinif şagirdləri haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi prosesi 29.02.2016 tarixdə başa çatır. Bunu nəzərə alaraq, əlaqələndiricilərdən xahiş edilir ki, qalan məlumatların daxil edilməsini təmin etsinlər.

 

Diqqət!

          1. İki xarici dil keçən XI sinif şagirdləri bu xarici dillərdən hər hansı biri üzrə buraxılış imtahanı verə bilər. Bu məqsədlə şagirdin imtahan vermək istədiyi xarici dil buraxılış imtahanı fənni kimi sistemdə indidən seçilməlidir. Tədris olunan digər xarici dil isə sistemdə ikinci xarici dil kimi qeyd edilməlidir.

2. Tədris olunmayan xarici dil XI siniflərdə imtahan fənni kimi seçilə bilməz!

3. Xarici dil tədris olunan XI siniflərdə kimya imtahan fənni kimi seçilə bilməz!

 

Xəbər verildiyi kimi, 2014/2015-ci tədris ilində XI sinif şagirdlərinin buraxılış imtahanı üç fənn üzrə keçiriləcəkdir. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər.

Bununla bağlı olaraq, ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş edilir ki, təhsil müəssisəsində tədris edilən xarici dili müvafiq bölmədə düzgün qeyd etsinlər.

Diqqət! Xarici dil bölməsində "Tədris edilmir" qeydi olan şagirdlər buraxılış imtahanlarında kimya fənnindən imtahan verəcəklər !

 

05.12.2016

Ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların  "Şagird-məzun" sisteminə daxil edilməsi haqqında

Naxçıvan MR Kəngərli, Sədərək rayonları və Naftalan şəhəri  üzrə buraxılış sinif şagirdləri haqqında ilkin məlumatların sistemə daxil edilməsi və təsdiqlənməsi prosesi başa çatmışdır.

Daxiletmə faizi 100-dən aşağı olan rayonların (şəhərlərin) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş olunur ki, daxil edilməmiş məlumatların "Şagird-məzun" sisteminə əlavə edərək təsdiq edilməsini təmin etsinlər!

Diqqət! IX sinif şagirdlərinin buraxılış imtahanının birinci mərhələsində iştirakını təmin etmək üçün onlar haqqında məlumatlar təcili “Şagird-məzun” sisteminə işlənməlidir. Xatırladırıq ki, yeni qaydalara görə buraxılış imtahanlarında iştirak etməyən IX sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi aparılmır!

Ümumtəhsil məktəbləri IX sinif şagirdlərinin məlumatlarının "Şagird-məzun" sisteminə daxil edilməsi üzrə 05.12.2016-cı il tarixinə olan ümumi statistika

 

05.12.2016

Təqvim planının növbəti mərhələsi haqqında

Təhsil Nazirliyi tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında sağlamlıq imkanları məhdud IX sinif şagirdlərinin siyahısının Dövlət İmtahan Mərkəzinə (DİM) təqdim edilməsi mərhələsi 01.12.2016 – 15.01.2017 tarixləri aralığını əhatə edir. Təhsil Nazirliyindən (şəhər (rayon) təhsil şöbələrindən) xahiş olunur ki, IX sinif üzrə buraxılış imtahanlarının I mərhələsinin fevral-mart aylarında keçiriləcəyini nəzərə alaraq, siyahını təqvim planında göstərilən müddətdən gec olmayaraq DİM-ə təqdim etsinlər.

 

 

22.11.2016

Ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların  "Şagird-məzun" sisteminə daxil edilməsi haqqında

Naftalan şəhəri üzrə buraxılış sinif şagirdləri haqqında ilkin məlumatların sistemə daxil edilməsi və təsdiqlənməsi prosesi başa çatmışdır.

Daxiletmə faizi 100-dən aşağı olan rayonların (şəhərlərin) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş olunur ki, daxil edilməmiş məlumatları "Şagird-məzun" sisteminə əlavə edərək təsdiq etsinlər!

Diqqət! IX sinif şagirdlərinin buraxılış imtahanının birinci mərhələsində iştirakını təmin etmək üçün onlar haqqında məlumatlar təcili “Şagird-məzun” sisteminə işlənməlidir. Xatırladırıq ki, yeni qaydalara görə buraxılış imtahanlarında iştirak etməyən IX sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi aparılmır!