|
|
Şagird - məzun sistemi
|
|
Buraxılış imtahanı üçün "İmtahana buraxılış vərəqəsi"nin çapı
6 aprel 2025-ci il buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Dövlət İmtahan Mərkəzinə müraciət edilmiş, həmçinin eksternat formasında təhsil almış XI sinif şagirdləri üçün tam orta təhsil səviyyəlsi üzrə buraxılış imtahanı keçiriləcəkdir.
13 aprel 2025-ci il tarixdə Bakı şəhəri Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı və Səbail rayonlarında, Gəncə (I zona), Lənkəran (I zona), Yevlax, Şəki, Şirvan, Şuşa, Xankəndi şəhərlərində, Samux, Qazax, Ağstafa, Astara, Yardımlı, Ağdam, Ağcabədi, Xocalı, Ağsu, Zərdab, İsmayıllı, İmişli, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında yerləşən ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 2024/2025-ci tədris ili üçün ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Bu səhifədən istifadə etməklə şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Çap etmək üçün kompüterə Adobe Reader quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir.
|
|
|
|
|
|
|
|
|