Buraxılış imtahanı üçün "İmtahana buraxılış vərəqəsi"nin çapı
 


  21.06.2018-ci il tarixdə Bakı, Şirvan şəhərlərində və Naxçıvan MR-də Dövlət İmtahan Mərkəzi tərəfindən 2017/2018-ci tədris ili üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı və ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının II mərhələsi keçiriləcəkdir.

  27.06.2018-ci il tarixdə Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oguz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax, Zərdab rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən 2017/2018-ci tədris ili üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı və ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının II mərhələsi keçiriləcəkdir.

  Bu səhifədən istifadə etməklə şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Çap etmək üçün kompüterə  Adobe Reader  quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir.

  Şəxsiyyəti təsdiq edən sənədində şəkil olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı buradan yükləmək olar.