Buraxılış imtahanı üçün "İmtahana buraxılış vərəqəsi"nin çapı
 


  08.09.2018-ci il tarixdə 2017/2018-ci tədris ilində keçirilmiş ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak etməmiş IX və XI sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcəkdir.

  Bu səhifədən istifadə etməklə şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Çap etmək üçün kompüterə  Adobe Reader  quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir.

  Şəxsiyyəti təsdiq edən sənədində şəkil olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı buradan yükləmək olar.