İstifadə qaydaları Abituriyentin yaddaş kitabçası Ödəmə kartları  
Dövlət İmtahan Mərkəzi 'Sınaq imtahanı' xidmətini təqdim edir.
ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib və YENİ İSTİFADƏÇİ  kimi qeydiyyatdan keçib özünüzə hesab açmış olursunuz (2017- Cİ İLDƏ BU SİSTEMDƏ İSTİFADƏÇİ ADINIZ OLUBSA, ONDAN İSTİFADƏ EDƏ BİLƏRSİNİZ!). İstədiyiniz zaman yeni ödəmə kartı əldə edib hesabınızın balansını artıra bilərsiniz. Balansınızdakı vəsaitdən istifadə edib ənənəvi (kağız daşıyıcılar vasitəsilə) üsulla keçirilən sınaq imtahanlarına bu səhifədən yazıla bilərsiniz.
Qeydiyyatdan keçib hesab açmısınızsa, istifadəçi adınızı və parolunuzu
aşağıdakı uyğun sahələrə daxil edib sistemə daxil olun.
İstifadəçi adı  *
Parol  *
 
  Parolumu unutmuşam

Elanlar

-Bakalavriat səviyyəsi (I-IV qruplar) üzrə sınaq imtahanı - 11- illik təhsil bazasında

-Sınaq imtahanı sizin qəbul imtahanına hazırlaşmağınıza, sizdə imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyənizi real qiymətləndirməyinizə kömək edir.
İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələr gətirməyin, cavabları köçürməyin və ya imtahan nəticələrinizin digər üsullarla süni artırılmasına çalışmayın.
Sınaq imtahanlarında əldə etdiyiniz nəticələr qəbul imtahanlarının nəticələri hesablanarkən nəzərə alınmır və heç bir hüquqi əhəmiyyətə malik deyil.
-Sınaq imtahanlarına yazılış yalnız İNTERNET vasitəsilə aparılır və imtahan keçiriləcək həftənin çərşənbə axşamı günü səhər saat 10:00-da başa çatır.
-İmtahana yazılmaq üçün ŞƏXSİYYƏT (QEYDİYYAT, İCAZƏ, QAÇQIN) VƏSİQƏSİ və ÖDƏMƏ KARTI (20 AZN) tələb olunur. 2017- ci ildə əldə edlib istifadə edilməmiş ödəmə kartları da etibarlıdır.
-Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətindən MYİ, DYİ və ya QV seriyalı icazə (qaçqın) vəsiqəsi almış əcnəbilər sınaq imtahanına internet vasitəsilə ümumi qaydada yazıla bilərlər.
-Sınaq imtahanı zamanı I qrup əlil vətəndaşlar üçün zəruri şəraitin yaradılması məqsədilə həmin şəxslərdən əlillik haqqında arayışı və imtahana buraxılış vərəqəsinin surətini sınaq imtahanına yazıldıqdan sonra bir gün ərzində DİM- ə təqdim etmək xahiş olunur!
Sənədlərin elektron surətlərini info@dim.gov.az elektron poçt ünvanına da göndərmək olar.
-Azercell, Bakcell və Nar Mobile abunəçiləri sınaq imtahanı nəticələrini SMS vəsitəsilə də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini SMS-lə 7727-yə göndərmək kifayətdir!
-Sınaq imtahanının nəticələri növbəti həftənin cümə axşamı günü elan edilir.
-Aprel ayının 15-də keçiriləcək sınaq imtahanı iştirakçılarına 2 nömrəli test kitabçası təqdim olunacaq! Yazılış mart ayının 15-i saat 10:00-dan aprel ayının 10-u saat 10:00-dək aparılacaq.
-Aprel ayının 29-də keçiriləcək sınaq imtahanı iştirakçılarına 3 nömrəli test kitabçası təqdim olunacaq! Yazılış aprel ayının 3-ü saat 10:00-dan aprel ayının 24-ü saat 10:00-dək aparılacaq.
-Aprel ayının 1-də keçiriləcək sınaq imtahanı iştirakçılarına 1 nömrəli test kitabçası təqdim olunacaq! Yazılış mart ayının 6-sı saat 10:00-dan mart ayının 28-i saat 10:00-dək aparılacaq.

-Bakalavriat səviyyəsi (I-IV qruplar) üzrə sınaq imtahanı - 11- illik təhsil bazasında

Növbəti sınaq imtahanlarının cədvəli və boş oturacaq yerlərinin sayı

Tarix və saatBinaÜnvanAzərb. bölməsi
üzrə boş yer
Rus bölməsi
üzrə boş yer

Daha ətraflı məlumat almaq üçün info@dim.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.