Bu xidmət Magistratura səviyyəsinə qəbul imtahanı üzrə sınaq imtahanına yazılış xidmətidir. Bu xidmətdən istifadə etmək üçün ödəniş tələb olunur.

Sınaq imtahanı sizdə imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyənizi real qiymətləndirməyinizə kömək edir. Sınaq imtahanına mobil telefon, kalkulyator və digər köməkçi vasitələr gətirməyin, cavabları köçürməyin və ya imtahan nəticələrinizin digər üsullarla süni artırılmasına çalışmayın. Bu sınaq imtahanında əldə etdiyiniz nəticələr qəbul imtahanlarının nəticələri hesablanarkən nəzərə alınmır və heç bir hüquqi əhəmiyyətə malik deyil.

Sistemə daxil ol


Diqqət!

Sınaq imtahanlarına yazılmaq üçün sistemə giriş üçün şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə edilir. Əgər şəxsi kabinetiniz yoxdursa yuxarıdakı müvafiq linkə basmaqla şəxsi kabinet yaratmaq lazımdır. İmtahana yazılan hər bir şəxs üçün şəxsi kabinetin hesabına 40.00 AZN məbləğində vəsait əlavə edilməlidir.

Sınaq imtahanı zamanı I qrup əlil vətəndaşlar üçün zəruri şəraitin yaradılması məqsədilə həmin şəxslərdən əlillik haqqında arayışı sınaq imtahanına yazıldıqdan sonra bir gün ərzində DİM- ə təqdim etmək xahiş olunur! Sənədlərin elektron surətlərini info@dim.gov.az elektron poçt ünvanına da göndərmək olar.

Diqqət! Magistraturaya hazırlaşan bakalavrların nəzərinə (yeni imtahan modelinə uyğun sınaq imtahanı)...

Növbəti sınaq imtahanlarının cədvəli və boş yerlərin sayı

Tarix və saat İmtahan yeri Boş qalan yerlərin sayı

© 2024 - DIM